07 İyul 2026 08:40
243
SİYASƏT
A- A+
"Paşinyan hökuməti sülh gündəliyini real nəticəyə çatdırmaq istəyirsə, bu istiqamətdə konkret hüquqi və siyasi addımlar atmalı olacaq"

"Paşinyan hökuməti sülh gündəliyini real nəticəyə çatdırmaq istəyirsə, bu istiqamətdə konkret hüquqi və siyasi addımlar atmalı olacaq"


Ermənistan Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrini təsdiqləməsi Nikol Paşinyan hökumətinin siyasi və hüquqi legitimliyini daha da möhkəmləndirdi. Bu qərarla seçki sonrası mübarizələrə faktiki olaraq son qoyuldu və hökumət diqqətini daxili islahatlara, xarici siyasət prioritetlərinə, region gündəliyinə və digər məsələlərə yönəldə biləcək. Seçkilərin nəticələri Paşinyanın növbəti mərhələdə həyata keçirməyi planlaşdırdığı xarici siyasət üçün də əlavə siyasi mandat qazandırdı. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad ABDULLAYEVİN sözlərinə görə, yaxın perspektivdə Paşinyanın əsas məqsədi ölkədaxili siyasi sabitliyi qorumaq, dövlət institutlarını daha da gücləndirmək, müxalifətin təzyiqlərini minumuma endirmək olacaq. Artıq bunun ilk addımları görünür. Belə ki, müxalifətdə təmsil olunan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın evində və ona məxsus şirkətlərdə hüquq-mühafizə orqanlarının keçirdiyi axtarışlar, eləcə də digər müxalifət nümayəndələrinə qarşı həyata keçirilən təqiblər hakimiyyətin daxili siyasəti gücləndirmək niyyətindən xəbər verir. Bu isə göstərir ki, Paşinyan ilk növbədə mümkün daxili müqavimət mərkəzlərini zəiflətməyə, paralel olaraq qərar qəbuletmə imkanlarını genişləndirməyə çalışacaq. 

Siyasi təhlilçi Ermənistanın xarici siyasət kursunda ciddi dəyişikliyin gözlənilmədiyini diqqətə çatdırıb. Bildirib ki, son illər formalaşan xəttin davam etidirilməsi ehtimalı daha yüksəkdir: "Bu xətt Avropa İttifaqı və ABŞ ilə siyasi, iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini, həmçinin Rusiya ilə münasibətlərdə qarşıdurmadan yayınaraq praqmatik balansın qorunmasını nəzərdə tutur. Ermənistan rəhbərliyi anlayır ki, ölkənin enerji, iqtisadi və təhlükəsizlik maraqları hələ də müəyyən dərəcədə Rusiya ilə əlaqələrin saxlanılmasını tələb edir. Regional siyasətdə isə prioritetlərdən biri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması olacaq. Pa-şinyan hökuməti bilir ki, Ermənistanın uzunmüddətli iqtisadi inkişafa və regional layihələrə inteqrasiyası məhz Azərbay-can və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Bu, xüsusilə nəqliyyat və logistika marşrutlarının açılması, Ermənistanın regional təcridinin aradan qaldırılması, tranzit imkanlarının genişlənməsi və xarici investisiyaların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən yaxın dövrdə kommunikasiyaların açılması istiqamətində danışıqların daha da intensiv mərhələyə keçməsi gözləniləndir". 

F.Abdullayev deyib ki, Azərbaycanla sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması ilə paralel Türkiyə ilə normallaşma prosesi də İrəvanın xarici siyasət gündəliyində mühüm yer tutacaq. Son vaxtlar Ermənistan və Türkiyənin xüsusi və digər nümayəndələri arasında aparılan danışıqlar, keçirilən görüşlər göstərir ki, Paşinyan hökuməti Ankara ilə münasibətlərin mərhələli şəkildə normallaşmasında maraqlıdır. İrəvan hesab edir ki, Türkiyə və Azərbaycanla sərhədlərin açılması Ermənistanın təcridinin aradan qaldırılmasına, ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq nəqliyyat marşrutlarına çıxış imkanlarının artmasına mühüm töhfə verə bilər. Eyni zamanda Ermənistan İranla münasibətlərinə də xüsusi önəm verməyə davam edəcək. Son dövrlərdə Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik İranla əlaqələrə diqqəti daha da artırıb. 

Ekspert hesab edir ki, Paşinyan Rusiyadan tam uzaqlaşmadan, amma ondan asılılığı azaltmaq məqsədilə İranla siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirməyə çalışacaq: "Ermənistan İranla əməkdaşlığı elə formatda inkişaf etdirməyə çalışacaq ki, bu, nə Qərblə münasibətlərə ciddi zərər vursun, nə də regionda yeni geosiyasi qarşıdurmaların tərkib hissəsinə çevrilsin. Bununla belə, sülh prosesinin yekun nəticə verməsi, sülh sazişinin imzalanması ilk növbədə Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməsindən asılı olacaq. Bu baxımdan ən fundamental məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılmasıdır. Azərbaycanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır və rəsmi Bakı dəfələrlə bəyan edib ki, konstitusiya dəyişikliyi dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinin əsas şərtlərindən biridir".

F.Abdullayev vurğulayıb ki, Paşinyan hökuməti sülh gündəliyini real nəticəyə çatdırmaq istəyirsə, bu istiqamətdə konkret hüquqi və siyasi addımlar atmalı olacaq: "Lakin belə islahatların həyata keçirilməsi Ermənistan daxilində revanşist qüvvələrin, müxalifətin və müəyyən siyasi dairələrin ciddi müqaviməti ilə üzləşə bilər. Məhz buna görə də Paşinyan üçün əsas sınaqlardan biri daxili siyasi müqaviməti aşaraq, konstitusiya islahatlarını həyata keçirməsi ilə bağlı olacaq". 

Siyasi təhlilçi bildirib ki, ümumilikdə Konstitusiya Məhkəməsinin qərarından sonra Paşinyan hökuməti xarici siyasətdə daha fəal və praqmatik kurs yürütməyə çalışacaq: "Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinin İrəvanın prioritetləri arasında olacağını düşünürəm. Lakin bu məqsədə nail olunması Ermənistanın daxili siyasi islahatları həyata keçirmə qabiliyyətindən, xüsusilə sülh prosesinin qarşısında duran hüquqi və siyasi maneələrin aradan qaldırılmasından birbaşa asılı olacaq".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

20:06
07 İyul

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

20:03
07 İyul

Azərbaycan və Zimbabve siyasi dialoq və parlamentlərarası əməkdaşlığı genişləndirmək niyyətindədir

19:47
07 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:43
07 İyul

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

19:35
07 İyul

Milli Məclisin komitəsində sığorta, innovasiya və rəqəmsal iqtisadiyyatla bağlı dəyişikliklərə baxılıb

19:10
07 İyul

İlyas Demirci: Qarabağdakı şəhərsalma təcrübəsi Türk dünyası üçün istinad mənbəyi olacaq 

19:05
07 İyul

Avropadakı qaz anbarlarının doluluq nisbəti ötənilki göstəricidən 8,3 faiz azdır

19:00
07 İyul

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib

18:55
07 İyul

Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin razılıq əldə etmək istədiklərini açıqlayıb

18:50
07 İyul

Gənclər Kitabxanasında “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazası istifadəçilərin ixtiyarına verilib

18:47
07 İyul

İsrailli politoloq: Prezident İlham Əliyev cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub

18:44
07 İyul

Özbəkistanlı ekspert:Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazın daha sıx inteqrasiyasına şərait yaradır

17:49
07 İyul

Dövlət İdarəçilik Akademiyasında “Məzun günü” qeyd olunub

17:45
07 İyul

Daha iki qanun layihəsi parlamentin iclasına tövsiyə edilib

17:44
07 İyul

Sinqapurun xarici işlər naziri Azərbaycanın azad edilmiş ərazilərindəki bərpa işləri barədə məlumatlandırılıb

17:03
07 İyul

Bu il 19 nəfər sudaboğulma təhlükəsindən xilas edilib

16:59
07 İyul

Ankarada Ərdoğanla Tramp arasında görüş keçirilir

16:59
07 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:56
07 İyul

Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə start verilib

16:53
07 İyul

Ərdoğan-Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq?

16:51
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!