06 Oktyabr 2025 18:24
718
SİYASƏT
A- A+
Türk ekspert: TDT zamanın ruhunu doğru oxuyur, regional sülh və təhlükəsizlik gündəliyini formalaşdırır  

Türk ekspert: TDT zamanın ruhunu doğru oxuyur, regional sülh və təhlükəsizlik gündəliyini formalaşdırır  


Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunması, təşkilatın dinamik və dəyişən geosiyasi reallıqlara uyğun fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz səsləndirib.

Ekspert qeyd edib ki, müasir dövrdə həm dövlətlər, həm də beynəlxalq təşkilatlar dinamik struktur daşıyır və dəyişən strateji, geosiyasi reallıqlara uyğun mövqe formalaşdırırlar.

“Qəbələdə keçirilən Zirvə Görüşünün regional sülh və təhlükəsizlik mövzusuna həsr olunması Türk Dövlətləri Təşkilatının zamanın tələblərinə uyğun şəkildə fəaliyyət göstərdiyini göstərir. Dünyada artan təhlükəsizlik riskləri və yeni təhdidlər fonunda TDT regional və qlobal miqyasda təhlükəsizlik məsələlərini diqqət mərkəzinə gətirir”, - deyə Yücel Karauz vurğulayıb.

O qeyd edib ki, hazırda dünyanın güc mərkəzləri və potensial toqquşma bölgələri TDT məkanına yaxın coğrafiyalarda yerləşir. Bu isə Təşkilatın iqtisadi, enerji və strateji təhlükəsizlik məsələlərinə daha sistemli yanaşmasını zəruri edir. “Türk Dövlətləri Təşkilatının “Türk Dünyası 2040” vizyonu çərçivəsində sülh və təhlükəsizlik məsələlərini prioritet istiqamət kimi müəyyən etməsi son dərəcə önəmlidir. Bu, Təşkilatın yalnız iqtisadi əməkdaşlıqla deyil, həm də regional sabitliyin təmin edilməsi istiqamətində mühüm rola malik olduğunu göstərir”, – deyə ekspert bildirib.

Yücel Karauz vurğulayıb ki, TDT 16 illik fəaliyyət tarixinə baxmayaraq, onun tarixi kökləri və mənəvi dayaqları bundan daha dərin və qədimdir. “Təşkilatın əsas missiyası sülhün qorunmasıdır. Lakin bu istiqamətdə fəaliyyət yalnız hərbi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Müdafiə sənayesi, süni intellekt, kibertəhlükəsizlik, sərhəd keçidləri, qeyri-qanuni miqrasiya, narkotik və digər cinayətkar fəaliyyətlərlə mübarizə kimi mövzular da gündəlikdədir”, – deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı zamanın ruhunu düzgün oxuyur və regional sabitliyin təminində mühüm rol oynayır. “Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bizim bir ailəmiz var – o da türk dövlətləri ailəsidir. Hər bir üzv bu ailənin dəyərini bilməli, birliyimizi, həmrəyliyimizi və əməkdaşlığımızı daha da möhkəmləndirməlidir”, - deyə Yücel Karauz fikrini tamamlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!