07 Oktyabr 2024 16:43
5109
Səhiyyə
A- A+
Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimi keçirilib YENİLƏNİB

Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimi keçirilib YENİLƏNİB

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən ETKİ-nin direktoru, konqresin sədri, professor Gülnaz Dadaşova istər Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresini, istərsə də aprel ayında olmuş I Türk Dövlətləri Kardioloji Qurultayını ölkələrin tibb sahəsində əməkdaşlığının yeni mərhələsi və Türk Dövlətləri Təşkilatının dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisi kimi səciyyələndirib.

“Həmçinin qürurverici haldır ki, konqres oktyabrın 8-də Şuşada Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin dördüncü iclası ərəfəsində və çərçivəsində keçirilib”, - deyə Gülnaz Dadaşova vurğulayıb.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner diqqətə çatdırıb ki, beynəlxalq tədbir Türk dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətini artırmasına töhfə verəcək.

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxışında qeyd edib ki, konqresin proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan iclaslar, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında debatlar daxildir: “Tibbin kardiologiya və onkologiya sahələrini birləşdirən bir çox səbəb var. Onkoloji xəstəliklər, adətən, yaşlı nəslin problemidir. Onkoloqlar onları müalicə etdiyi zaman ürək-damar patologiyası ilə bağlı kardioloqlara müraciət edirlər. Eyni zamanda, elmi tədbirin internet üzərindən yayımı həkimlərin davamlı tibbi təhsili üçün unikal zəmin yaradıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın Türk dünyasının inteqrasiyasında müstəsna rol oynadığına diqqət çəkib: “Ölkəmiz türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsində özünəməxsus körpü funksiyasını yüksək səviyyədə yerinə yetirir. Bugünkü konqres də Azərbaycan Respublikasının aparılan dövlət siyasətinin, yəni Türk dünyasına inteqrasiyanın genişlənməsi və möhkəmlənməsi siyasətinin inkişafına öz töhfəsini verəcək. Konqres Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Türk dünyasına, türk birliyinə verdiyi əməli töhfə kimi də yüksək əhəmiyyətə malikdir. Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin Bakıda keçirilməsini ölkəmizdə gedən proseslərlə əlaqəli şəkildə əlamətdar elmi hadisə kimi yüksək qiymətləndirirəm”.

Türkiyədə ilk ürək transplantasiyası əməliyyatını icra edən qadın həkim, Siyami Ersek Xəstəxanasının həkim-kardioloqu, professor Serap Aykut Aka deyib: “Onkoloji xəstəliklər olduqca geniş yayılıb və təəssüf ki, hər 8 qadından birində süd vəzi xərçəngi aşkarlana bilər”.

Professor qeyd edib ki, türk dövlətləri bütün sahələrdə daim bir-birinə dəstək verməlidir: “Türkün ürəyi Bakıda döyünür. Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Ümid edirəm ki, türk dövlətləri arasında təlim proqramları geniş şəkildə davam edəcək”.

Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan elmi və tibb müəssisələrin rəhbərləri də çıxış ediblər.

Oktyabrın 4-dən 7-dək davam edən konqresə 1000-dən artıq yerli və xarici mütəxəssis qatılıb.

Qeyd edək ki, Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 30 DTT kredit balı ilə qiymətləndirilib.

Konqres bədii hissə və panel müzakirələr ilə davam edib.

Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimində dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və ETKİ-nin könüllüləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

DSX rəisinin müavini: Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi dəyəri 13 milyon 174 min manat təşkil edib  

10:05
22 Noyabr

General: 2017-ci ildən hazırki dövrədək 6 ton 928 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  

09:23
22 Noyabr

DSX: 2017-ci ildən indiyədək 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb  

09:22
22 Noyabr

İsveç COP29 iqlim sammitində tənqidə məruz qalıb  

09:21
22 Noyabr

Rusiya Prezidenti xüsusi əməliyyat zonasındakı hadisələrlə bağlı bəyanatla çıxış edib  

09:20
22 Noyabr

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti COP29-dan gözləntilərini açıqlayıb  

09:18
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!