27 Iyul 2024 01:50
223
Mədəniyyət
A- A+

Turizmin əhəmiyyəti

 

Turizm cəmiyyətin iqtisadi problemlərinin həllinə xeyli təsir göstərir. Bu sahədən gələn gəlir onun inkişaf etdiyi regionda iqtisadiyyatı yüksəltməyə qadirdir. Ayrı-ayrı regionlarda turizm inkişaf etdikcə ölkədaxili regionların iqtisadi göstəriciləri arasında fərqlər azalır.


Turizmin iqtisadi əhəmiyyəti və sahələri

Sahibkarlıq sahəsi - yaradılan hər bir müəssisə xeyir gətirməlidir, çünki o, müştərilərə öz məhsulunu və xidmətlərini təqdim edir, fəhlə və qulluqçulara əməkhaqqı və ödəmələrin digər növlərini, aksionerlərə gəlir, dövlətə vergi və rüsumlar ödəyir.
İstehlak sahəsi - turizm istehlak tələbinin yeni formasını gələn turistlərin müxtəlif mal və xidmətlərə olan tələbini canlandırır.
Gəlir sahəsi - turist axını sayəsində turizmin bir çox yerli, o cümlədən mədəni və əyləncə müəssisələrinin gəlirləri artır. Bu da öz növbəsində vergi ödəmələri hesanıa regiona və yerli əhaliyə fayda verir.
Valyuta sahəsi - turizm ölkəyə, regiona böyük miqdarda xarici valyuta axınına səbəb olur. 

 

Turizmin sosial əhəmiyyəti

İstirahətdən sonra işçi qüvvəsinin iş səmərəliyi artır;
Əhalinin maariflənməsinə müsbət təsir göstərir.

 

Turizmin humanitar əhəmiyyəti

Turizmin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq artır. O həm də turizmin mühüm funksiyasıdır, şəxsiyyətin inkişafı, onun dərketmə dairəsinin və yaradıcılıq potensialının genişlənməsi üçün imkanların yaradılmasıdır.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video