05 Mart 2024 10:07
2889
Səhiyyə
A- A+

“The Lancet”: D vitaminli əlavələr uşaqlarda sümüklərin möhkəmliyini artırmır

 

D vitaminli əlavələr bu maddə çatışmazlığı olan uşaqlarda sümükləri möhkəmləndirmir və sınıq riskini azaltmır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, London Kraliça Mariya Universiteti ilə Harvard İctimai Səhiyyə Məktəbi arasında birgə əməkdaşlıq nəticəsində alimlər bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “The Lancet Diabetes & Endocrinology” jurnalında dərc olunub.

Alimlər tədqiqatın gedişatında Monqolustanda yaşayan 6-13 yaşında 8 min məktəblini 3 il ərzində D vitaminli əlavələr qəbul etmək barədə təlimatlandırıblar. Qeyd olunur ki, sınaqda iştirak edənlərin 95,5 faizinin orqanizmində tədqiqat başlananda bu maddənin çatışmazlığı var idi.

Müdaxilə dövrü başa çatdıqdan sonra alimlər bəzi iştirakçıların sağlamlıq vəziyyəti barədə məlumatları yeniləyib və ultrasəs müayinəsinin köməyi ilə onların sümüklərinin möhkəmliyini dəyərləndiriblər. Məlum olub ki, əlavələrin qəbulu uşaqların və yeniyetmələrin nə sümüklərinin möhkəmliyinə, nə də potensial sınıq risklərinə heç bir təsir göstərməyib. Bununla yanaşı, üç illik eksperiment zamanı orqanizmdə bu maddənin çatışmazlığı aradan qaldırılıb.

Alimlər ehtimal ediblər ki, müsbət təsirin olmaması iştirakçıların kalsiumu eyni vaxtda D vitamini ilə birgə qəbul etməsi ilə şərtləndirilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video