05 Dekabr 2023 09:00
24966
SİYASƏT
A- A+

Təşəbbüs yenə İlham Əliyevdədir

 

Ölkələrarası münasibətlərin tənzimlənməsində, elcəcə də iqtisadi və siyasi əməkdaşlıqların dərinləşməsində mühüm rola malik olan beynəlxalq və regional təşkilatlarda fəal iştirak müasir dövrdə ciddi əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq arenada aparıcı aktora çevrilməsi ölkəmizin belə təşkilatların fəal üzvü, hətta sədri olmasına imkan yaradıb. 
Xəbər verildiyi kimi, GUAM-a sədrlik 2024-cü ildə Ukraynadan Azərbaycana keçir. GUAM-ın Milli Əlaqələndiricilər Şurasının məlumatına görə, Azərbaycan GUAM-a növbəti sədrliyinə yanvarın 1-də başlayacaq. Təşkilatın Nizamnaməsinə uyğun olaraq, GUAM-ın hər bir üzv dövləti rotasiya prinsipi əsasında öz sədrliyini birillik müddətdə həyata keçirir. 
Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna tərəfindən təsis edilmiş regional təşkilat olan GUAM 1997-ci ildə Strasburqda Birgə Kommünike imzalamaqla fəaliyyətə başlayıb. Azərbaycanın GUAM-a ilk sədrliyi 2007-ci ilin iyulun 19-da Bakı Zirvə Toplantısından sonra start götürüb. Bundan başqa, 2012, 2016 və 2020-ci illərdə də ölkəmiz GUAM-a sədrlik edib. Azərbaycanın COVID-19 pandemiyasına təsadüf edən sonuncu sədrliyi dövründə prioritet istiqamətlər isə enerji təhlükəsizliyi, nəqliyyat və ticarət dövriyyəsi olub.
Xatırladaq ki, GUAM təşkilatına 2003-cü ildə BMT Baş Assambleyasında müşahidəçi statusu verilib. BMT Baş Assambleyasının gündəliyinin BMT ilə regional və digər təşkilatlar arasında əməkdaşlıq bəndi altında 2012-ci ildən etibarən ardıcıl olaraq "Birləşmiş Millətlər Təşkilatı və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM arasında əməkdaşlıq" adlı qətnamə qəbul olunur. Bu qətnamələrdə layihələrin birgə həyata keçirilməsi və ümumi məqsədlərə nail olmaq üçün BMT-nin ixtisaslaşmış qurum, təşkilat, proqram və fondları GUAM-la əməkdaşlıq etməyə və birbaşa əlaqələri inkişaf etdirməyə dəvət olunurlar.
Azərbaycanın sədrliyi müddətində GUAM-ın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Sədr və üzv dövlətlərin birgə səyləri nəticəsində təşkilatın regional əhəmiyyəti yüksəlib və ona beynəlxalq dəstək güclənib. Həmçinin Azərbaycan sədr ölkə kimi üzvlərin ümumi maraqlarının uyğunlaşdırılması və təşkilat daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsi vəzifəsini də layiqincə yerinə yetirib. 
Ötən dövrlərdə uğurlu sədrlik təcrübəsi Azərbaycanın növbəti ildə də GUAM-a sədrliyi müddətində qarşıya qoyulmuş başlıca strateji istiqamətlərə xüsusi diqqət yetirəcəyinə və öhdəliklərini ən yaxşı şəkildə icra edəcəyinə əminlik yaradır. Prezident İlham Əliyevin irəli sürdüyü təkliflərin beynəlxalq miqyasda yüksək səviyyədə qəbul edildiyi bir dövrdə Azərbaycanın təşkilata sədrliyi daha mühüm töhfələr verəcək.
Xüsusilə Vətən müharibəsində və bu ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərində əldə etdiyimiz qələbələr nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir dövlət kimi Azərbaycanın regiondakı nüfuzu daha da artır. Ona görə də Azərbaycanın GUAM təşkilatına növbəti bir illik sədrliyinin kifayət qədər səmərəli və fəal olacağına şübhə yoxdur.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video