Ermənilərin indi də mina terrorundan əziyyət çəkirik
Keçmişə nəzər salanda məlum olur ki, haylar uzaq və yaxın xarici ölkələrdən cənubi Qafqaza köçürüləndən yerli azərbaycanlılara qarşı qətl, qarət, terror, xəyanət və işğalçılıqla məşğul olublar. Beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi, xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bu sırada qanı və canı xəyanətdən yoğrulmuş ermənilərin mina terroru xüsusi yer tutur.
Azərbaycan uzun müddətdir ki, ermənilərin mina terrorundan əziyyət çəkir və bu dəhşətli bəla ilə təkbaşına mübarizə aparır. Buna baxmayaraq, iki gündənbir-üç gündənbir, həftəaşırı eşidirsən ki, işğaldan azad edilmiş hansısa ərazidə mülki şəxs, haradasa yol gedən piyada və ya nəqliyyat vasitəsi minaya düşür, yüngül və ya ciddi xəsarət alır, həyatını itirir. Məsələn, cari il aprelin 6-da Ağdamın Qalayçılar kəndi ərazisində ata, azyaşlı oğlu və qızı minaya düşüblər. 1983-cü il təvəllüdlü ataya sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Övladları da partlayışdan zədəsiz çıxmayıblar. Bundan bir gün sonra isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Aprelin 8-də işgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində də mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından ciddi zədə alıb.
Xatırladaq ki, ernməni işğalından azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək, yəni bir həftə ərzində, 107 piyada əleyhinə mina, 13 tank əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilmişdir. Təxminən 1 hektar ərazi minalardan təmizlənmişdir.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə demək olar ki, hər gün baş verən və insan itkisinə səbəb olan mina partlayışları onu deməyə əsas verir ki, ölkəmiz hələ uzun müddət bu təhlükə ilə üz-üzə qalacaq. Çünki ərazilərimiz kütləvi şəkildə minalarla çirkləndirilib. İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə, 1,5 milyondan artıq mina basdırılıb. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 400 nəfərə yaxın vətəndaşımız mina qurbanı olub - onlar ya həyatlarını dəyişiblər, ya da ağır bədən xəsarətləri alaraq sağlamlıqlarını itiriblər. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3500-ə yaxın vətəndaşımız minalardan zərər çəkib. Onların arasında çoxsayda uşaqlar, qadınlar da var.
Məlumdur ki, münaqişə bitdikdən sonra Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmişdir. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi də bu faktı təsdiqləyir. Azərbaycan tərəfi bu səbəbdən mina xəritələrinin təqdim edilməsinə dair Ermənistana dəfələrlə çağırışlar etsə də, qarşı tərəf manipulyasiya ilə məşğul olub. Hətta uzun müddət, ümumiyyətlə, belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunan, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25 faiz təşkil edib. Təsadüfi deyil ki, son dövrlər baş verən mina hadisələrinin böyük əksəriyyəti təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.
Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb: "Növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 393 nəfər ya həlak olub, ya da yaralanıb". Bəyanatda daha sonra bildirilir: "Beynəlxalq ictimaiyyəti mina əleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq".
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Cəbrayıl və Ağdamda baş vermiş mina hadisələri ilə bağlı bəyanatında isə qeyd edilib ki, işğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Ombudsman bildirib ki, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır: "Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur. Ombudsman olaraq, beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməyə, Azərbaycanın davam edən mina təmizləmə səylərinə dəstək olmağa və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırıram".
Dövlətimizin, xalqımızın tələbi və gözləntisi ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı mina terroruna son qoymaq üçün başda BMT, eləcə də digər xarici dövlətlər, hüquq müdafiəçiləri, tərəqqipərvər ictimaiyyət qətiyyətli mövqe nümayiş etdirsinlər, terrorçulara "dur" desinlər.
Rəhman SALMANLI,
"Azərbaycan"