11 Fevral 2025 09:20
2493
Oxucu məktubları
A- A+
Təmizlik keşikçiləri

Təmizlik keşikçiləri


Biz onların əməyini hər gün, hər saat görür, hiss edirik. Piyada səkisi ilə yol getdiyimiz yerdə, maşınla küçələrdən keçdiyimiz zaman yollarda təmizlik işləri aparan, meydan və parklarda təmizliyi qoruyan, səliqə-sahman yaradan qardaş-bacılarımızı görəndə ürəyimizdə onlara minnətdarlıq hissləri oyanır. 

Şəhərimizin abad, yaraşıqlı, səliqə-sahmanlı, təmiz görünməsində, ümumən rayonumuz haqqında xoş təəssüratın yaranmasında bu adamların əməyi ölçüyəgəlməzdir. Onlar səhər saatlarından küçələrimizdə təmizlik işləri görür, şəhər sakinlərinə nümunəvi xidmət göstərirlər.

Söhbət Hacıqabul Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçilərindən gedir. Birliyin fəhlələrindən Rahil İslamov, Ruslan Məmmədov, Səlmi Cabbarova, Ziyafət Mikayılova, Şəfaqət Məmmədova, Seymur Mikayılov, Nəcibə Alışova, Gülzar Quliyeva və Məmməd Məmmədovun şəhər ərazisində təmizliyin olmasında əməkləri çoxdur. Son aylar Hacıqabul şəhərinin Asif Abdullayev, İsmət Qayıbov, Məhəmməd Əsədov, Əliağa Vahid və Məmməd Əmin Rəsulzadə küçələrində onların apardığı təmizlik işləri təqdirəlayiqdir. Zibildaşıyan maşınların sürücüləri Asif İsmayılov, Anar İbrahimov da işlərində diqqətlidirlər, çalışırlar ki, küçələrdən zibilləri vaxtında yığışdırıb daşısınlar.

Hacıqabul Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin müdiri Aqil Aslanov  deyir ki, şəhərimizin ərazisində ekoloji tarazlığın bərpa olunması, sakinlərimizin təmiz hava udması, sağlamlıqlarının qorunması və s. məsələlərin həlli işçilərimizin işə məsuliyyətlə yanaşmalarından asılıdır: "Odur ki, küçələrdə, meydan və parklarda təmizlik işlərini vaxtında, yubanmadan yerinə yetirirlər. Şəhərimizin ərazisini daim təmiz saxlamaq, şəhərin havasının saflaşdırılmasına xidmət edən digər zəruri tədbirlər görmək bizim əsas vəzifəmizdir və çalışırıq ki, həmin vəzifənin öhdəsindən layiqincə gələk".


Nazim ZEYNALOV,

"Hacıqabul" qəzetinin əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!