11 Dekabr 2023 22:52
440
Mədəniyyət
A- A+

Tarixi Materada Qafqazın mədəniyyət paytaxtı Şuşa haqqında danışılıb

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov və qoruğun digər əməkdaşları İtaliyanın tarixi Matera şəhərinin mədəni irsinin bərpasının 30 illiyinə həsr olunmuş “Matera 30 - fikirlər reallığı formalaşdırır” konfransında iştirak ediblər.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi tarixi abidələrin bərpası istiqamətində yeni biliklərin istər nəzəri, istərsə də təcrübə baxımından öyrənilməsi və tətbiqidir.

Konfrans zamanı çıxış edən Tural Novruzov bir çox dünyaşöhrətli şəxsiyyətlərin məhz Şuşada dünyaya göz açdıqlarını bildirib.

İcraçı direktor işğal zamanı ermənilərin yüzlərlə tarixi abidəyə ziyan vurduqlarını, hətta bəzilərini məhv etdiklərini xüsusi olaraq diqqətə çatdırıb. Tural Novruzov bildirib ki, Şuşanın azad edilməsindən sonra həyata keçirilməkdə olan yenidənqurma işlərinin önündə məhz abidələrin bərpası durur ki, bu istiqamətdə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi hazırda bir çox məşhur şirkətlərlə, eyni zamanda, italiyalı Pietro Laureano kimi peşəkar mütəxəssis, çox böyük təcrübəyə malik İPOGEYA ilə bərabər çalışır.

Daha sonra Şuşa şəhərində görülməkdə olan bərpa-quruculuq işləri ilə bağlı təqdimat konfrans iştirakçılarına təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video