18 Iyul 2024 16:49
406
Mədəniyyət
A- A+

Şuşada “Füzuli hücrələri”

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Vaqif Poeziya Günləri davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 18-də Xan qızı Xurşidbanu Natəvanın evinin qarşısında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə ithaf olunan “Füzuli hücrələri” adlı teatral kompozisiya təqdim edilib. Füzulinin əsərlərindən ibarət teatral kompozisiyanı dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, gənc yazıçılar, şairlər, eləcə də yerli sakinlər izləyiblər.

Təqdimatdan əvvəl çıxış edən AYB-nin katibi, kompozisiyanın ssenari müəllifi İlqar Fəhmi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin zəngin yaradıcılığından söz açıb. Bildirib ki, bədii-musiqili kompozisiyada Məhəmməd Füzulinin “Bəngü-badə”, “Leyli və Məcnun”, “Səhhət və Mərəz”, “Rindü Zahid” və s. əsərlərindən istifadə olunub.

Qonaqların böyük marağına səbəb olan kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Kompozisiyada Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı və Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları, Əməkdar artistlər Nazir Rüstəmov, Azad Şükürov, Bəhruz Vaqifoğlu, Teymur Məmmədov, Qasım Nağı, həmçinin Orxan Abışov, Püstəxanım Zeynalova, Jalə Novruz, Zəhra Salayeva, Sürahi Əliməmmədova, Nurlan Rüstəmov, Cavad Nuriyev, Elnur İsmayılov, Nihat Heybətov, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak ediblər.

Vaqif Poeziya Günləri Şuşa şəhərində iyulun 19-da da davam edəcək.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video