15 Avqust 2025 17:07
461
DÜNYA
A- A+
Süni intellektə sahib ilk beyin implantı hazırlanıb

Süni intellektə sahib ilk beyin implantı hazırlanıb


ABŞ-nin Stenford Universitetinin mütəxəssisləri neyron siqnalları dekodlaşdırmağa imkan verən qabaqcıl beyin implantı hazırlayıblar. Bu, yaxın gələcəkdə nitq pozuntusu olan insanların problemlərini aradan qaldıra bilər. Təcrübə iştirakçılarının razılığı ilə beyinlərinin müəyyən hissələrinə xüsusi elektron matrislər yerləşdirilib. Bu matrislər beynin fəaliyyətini real vaxt rejimində qeydə alıb. Daha sonra əldə olunan məlumatlar əvvəlcədən təlim keçmiş xüsusi süni intellekt modellərinə ötürülüb. Bu modellər neyron siqnalları ilə işləməyi bacarır və onları uğurla dekodlaşdırırdı. Proses həmin strukturların şifrəsini açmaq və onları bizə tanış nitq vahidlərinə çevirməkdən ibarət olub, sonda isə bu vahidlər cümlələrə çevrilib.

Universitetin mütəxəssisləri, həmçinin bu nailiyyətdə süni intellektin rolunu və niyə məhz onun vacib olduğunu izah ediblər. İzahatlara görə, xüsusi təlim keçmiş neyron şəbəkə modeli məhz beyin siqnallarını düzgün şəkildə “hərflərə”, sonra “sözlərə” və nəhayət, “cümlələrə” çevirərək şifrənin açılması dəqiqliyini artırmağı bacarıb. Əlbəttə, alimlərin uğuru tamamilə təsadüfi deyil: çünki Stenford mütəxəssisləri 2017-ci ildən etibarən normal işləyən neyrointerfeys modelinin yaradılması üzərində çalışıblar. 8 il əvvəl insan beyninə qoşulmuş implantlardan istifadə ilə ilk təcrübə aparılıb.

Məhz bu cür tədqiqatlar sayəsində iflic olmuş bir kişi ekranda bir sıra sözləri “çıxara” bilib. Bunun üçün onun motor korteksinə hər birində 100 ayrı elektrod olan 2 implant yerləşdirilib. Birlikdə bu iki modul eyni anda 200 neyronun işlənməsini təmin edib. Təcrübənin müsbət nəticə verməsi üçün kişidən, sanki hər bir hərfi əlilə hansısa səthin üzərinə yazırmış kimi, beynində hərəkəti təsəvvür etməsi tələb olunub. Nəticədə nəzərdə tutulan bütün proses uğurla həyata keçirilib və alimlər ekranda həmin şəxsin düşündüyü mətni görüblər. İlk nəticə əldə edildikdən sonra alimlər işi daha da irəlilədərək ötən il beyin implantının təkmilləşdirilmiş versiyasını hazırladılar.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!