15 Fevral 2026 13:20
538
SİYASƏT
A- A+
“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

Fevralın 13-14-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdə təsdiqlənən sülh gündəliyindən irəli gələn məsələləri ətraflı şəkildə nəzərdən keçiriblər. Ayrı-ayrı sessiyalarda formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, sülhün yaratdığı imkanlar, iki cəmiyyət arasında münasibətlərin inkişafına ictimai baxış, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə mövzusu olub. İnklüziv və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib.

Ayrı bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı əlaqə mexanizmlərinə həsr edilib. Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib. Regional təhlükəsizlik, sərhədlər və bağlantılarla bağlı hər iki tərəfin baxışları və gözləntiləri təqdim edilib. Rəsmi sessiyalarla yanaşı təşkil olunan qeyri-rəsmi mədəni və sosial tədbirlər şəxslərarası əlaqələrin inkişafına və konstruktiv mühitin formalaşmasına töhfə verib.

İkinci gün iştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydalarını nəzərdən keçiriblər. Hər iki cəmiyyətdə ictimai gözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yolları müzakirə olunub.

Proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçiriblər. Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlayacağı barədə fikir mübadiləsi üçün imkan yaradıb.

Xatırladaq ki, ötən il 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci ilin 21 noyabr tarixində Azərbaycan paytaxtına səfər ediblər.

Vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlərin intensiv xarakter alması Azərbaycan və Ermənistan arasında “xalq diplomatiyası”nın rolunun artdığını göstərir. Bu cür təmaslar rəsmi sülh müqaviləsi imzalanmazdan əvvəl hər iki cəmiyyətdə barış mühiti yaratmaq və qarşılıqlı nifrət dilini azaltmaq üçün əhəmiyyətlidir. Qeyd edək ki, budəfəki görüşdə “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, hər iki tərəfdən daha geniş iştirakçı qrupları da təmsil olunub.

Diqqətçəkən məqamlardan biri odur ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə ölkəyə daxil olub. Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib. Azərbaycan nümayəndə heyəti eyni delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıdıb, bu da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım olub.

 

İsmayıl QOCAYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

18:19
08 Mart

Tom Berendsen Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib

17:55
08 Mart

Nazir Nadejda Neynski İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib

17:49
08 Mart

Ceyhun Bayramovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri arasında telefon danışığı olub

17:45
08 Mart

Misli Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

17:15
08 Mart

Livanda 450 mindən çox insan daxili köçkünə çevrilib 

16:47
08 Mart

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

16:39
08 Mart

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

16:23
08 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb  

15:57
08 Mart

Türkiyənin müdafiə və xarici işlər nazirləri İran ətrafında vəziyyətlə bağlı parlamentə məlumat verəcəklər

14:09
08 Mart

Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

13:35
08 Mart

Təxliyə davam edir: Qazaxıstan diplomatları və Rusiya vətəndaşları təxliyə olunub

13:24
08 Mart

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

13:23
08 Mart

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı proqnozlaşdırılır

13:07
08 Mart

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

12:59
08 Mart

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

11:07
08 Mart

Azərbaycan qadınları güclü dövlətimizin zərif siması və qüdrətin simvoludur

10:57
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!