10 Sentyabr 2026 09:30
434
SİYASƏT
A- A+
Sülh gündəliyinin alternativi yoxdur

Sülh gündəliyinin alternativi yoxdur


İrəvanın yeganə çıxış yolu öhdəliklərini qeyd-şərtsiz yerinə yetirmək və prosesi sürətləndirməkdir  


Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bərqərar olunması istiqamətində real addımlar atılmaqdadır. Bu mürəkkəb və məsuliyyətli prosesdə Azərbaycan tərəfinin nümayiş etdirdiyi mövqe tamamilə aydın, prinsipial və məqsədyönlüdür. Xarici işlər naziri Ceyhun Bayramovun sentyabrın 9-da jurnalistlərə açıqlamasında vurğuladığı məqamlar rəsmi Bakının sülh gündəliyinə sadiqliyini, regional inteqrasiyanın tərəfdarı olduğunu və bu istiqamətdə konstrutiv təşəbbüslərin əsas müəllifi kimi çıxış etdiyini bir daha ortaya qoyub. 

XİN başçısı bildirib ki, Azərbaycanın sülhlə bağlı atdığı addımlar göz önündədir: "Azərbaycan-Ermənistan normallaşması prosesi çərçivəsində ötən ilin oktyabrından tranzit yüklərin Ermənistana və Ermənistandan Azərbaycan ərazisi üzərindən daşınmasına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, daha sonra Azərbaycandan bir sıra məhsulların Ermənistana ixracının başlanması, həmin məhsulların nomenklaturasının genişləndirilməsi və digər istiqamətlərdə mühüm addımlar atılıb". 

Nazir əlavə edib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də müxtəlif dövlət rəsmilərinin həm Ermənistan, həm də Azərbaycan ərazisində görüşlərinin keçirilməsi də bu prosesin bariz nümunələrindəndir. Rəsmi Bakı normallaşma prosesinin yalnız bəyannamələr müstəvisində qalmaması, real həyatda və praktikada öz əksini tapması üçün həm iqtisadi, həm də humanitar sahələrdə ardıcıl addımlar atmaqdadır. Bu addımlar Azərbaycanın regionda kommunikasiyaların bərpasına, ticari əlaqələrin canlanmasına və xalqlar arasında etimad mühitinin formalaşmasına nə qədər səmimi yanaşdığını göstərir. Eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də müxtəlif dövlət rəsmilərinin həm Ermənistan, həm də Azərbaycan ərazisində görüşlərinin keçirilməsi gərginliyin azaldılmasına və birbaşa dialoqun təşviqinə xidmət edən mühüm amillərdəndir. 

Lakin bütün bu müsbət dinamikaya rəğmən, sülh prosesinin tam başa çatması və hüquqi müstəvidə dönməz xarakter alması üçün qarşı tərəf üzərinə düşən bütün öhdəlikləri qeyd-şərtsiz icra etməlidir. Azərbaycanın irəli sürdüyü şərtlər gələcəkdə hər hansı revanşizm cədhlərinin istisna edilməsi məqsədini daşıyır. Bu tələblərin ən əsası Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarının birdəfəlik aradan qaldırılmasıdır. Bir ölkənin əsas qanunvericiliyində başqa dövlətin suverenliyinə təhdid yaradan maddələrin qalması şəraitində bağlanan hər bir müqavilə gələcəkdə hüquqi baxımdan zəif və kövrək olacaq. 

Ceyhun Bayramov bu prinsipial məsələnin əhəmiyyətini vurğulayaraq bildirib ki, prosesin başa çatdırılması üçün Ermənistanda referendum keçirilməli, konstitusiyada yer alan ərazi iddiaları ilə bağlı müddəalar çıxarılmalıdır: "Prosesin başa çatdırılması üçün ehtiyac duyulan addımlar atılmalıdır. Burada, təbii ki, Ermənistanda referendum keçirilməsi və yeni konstitusiyanın qəbul edilməsi də nəzərdə tutulur". Nazirin fikrincə, bunun vaxtının müəyyənləşdirilməsi  Ermənistanın daxili prosesidir: "Biz ictimai məkanda Ermənistan rəhbərliyi tərəfindən bu istiqamətdə müxtəlif mesajlar eşidirik. Ötən ilin əvvəlində, Ermənistanda parlament seçkiləri ərəfəsində də belə bəyanatlar var idi. İndi isə seçkilərdən sonra Ermənistan baş naziri öz çıxışlarında ilin sonuna qədər konstitusiya layihəsinin mətninin ictimaiyyətə açıqlanması və daha sonra referendumun keçirilməsi ilə bağlı yeni mesajlar verib". C.Bayramov vurğulayıb ki, Bakının yanaşması dəyişməz olaraq qalır: "Sülh prosesinin tam başa çatdırılması və bu prosesə son imzanın atılması üçün Ermənistanın atmalı olduğu addımları gözləyəcəyik". 

Bu, təkcə Bakının tələbi deyil, həm də regionda beynəlxalq hüquqa söykənən ədalətli nizamın qurulması üçün zərurətdir. İrəvan siyasi bəyanatlarla kifayətlənməməli, məsələnin praktiki həllini gecikdirməməlidir. Çünki vaxt itkisi və qeyri-müəyyənlik regionda dayanıqlı inkişafın ləngiməsinə səbəb olur. Referendumun keçirilmə tarixi Ermənistanın daxili proseduru olsa da, məzmunu və nəticəsi sülh müqaviləsinin taleyini müəyyən edən əsas şərtlərdəndir. İrəvan anlamalıdır ki, revanşizmə hüquqi əsas yaratmaqla dayanıqlı və uzunmüddətli sülhə nail olmaq mümkün deyil. 

Bakının təqdim etdiyi sülh gündəliyi bütövlükdə Cənubi Qafqazın, o cümlədən Ermənistanın özünün iqtisadi inkişafına imkan verən, regional layihələrdə iştirakına şərait yaradan yeganə yoldur. Bu səbəbdən Azərbaycanın irəli sürdüyü şərtlərin tam və qeyd-şərtsiz qəbul edilməsinin alternativi yoxdur. 

Azərbaycan yekun sülhə tam hazır olduğunu genişmiqyaslı quruculuq işləri və konstruktiv təşəbbüslərlə aydın şəkildə nümayiş etdirir. İndi qətiyyətli addımlar atmaq tamamilə Ermənistanın öhdəsinə düşür. İrəvan üzərinə düşən tarixi məsuliyyəti dərk etməli, real dəyişikliyə keçməlidir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

11:44
23 Sentyabr

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib  

11:43
23 Sentyabr

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

11:42
23 Sentyabr

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında

11:39
23 Sentyabr

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

11:37
23 Sentyabr

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

11:36
23 Sentyabr

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda  

11:34
23 Sentyabr

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib

11:33
23 Sentyabr

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

11:32
23 Sentyabr

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub 

11:30
23 Sentyabr

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

11:29
23 Sentyabr

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı  

11:28
23 Sentyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

11:27
23 Sentyabr

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir 

11:26
23 Sentyabr

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

11:25
23 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

11:22
23 Sentyabr

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

11:21
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

10:51
23 Sentyabr

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir  

10:48
23 Sentyabr

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

10:47
23 Sentyabr

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

10:47
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!