27 Oktyabr 2024 08:30
578
SİYASƏT
A- A+
Son hədd

Son hədd


"Xristian birliyi"nə çevrilən Avropa Parlamenti sifarişli qətnamələr qəbul edir


"Oktyabrın 24-də Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikiüzlülüyün və riyakarlığın son həddidir. "Xristian birliyi" olan Avropa Parlamenti müsəlman ölkəsinin təəssübkeşliyini heç vaxt çəkməz. Ona görə də öz ərazilərinin suverenliyini təmin etmiş və müstəqil siyasət yürüdən Azərbaycan Avropa Parlamenti üçün lazım deyil".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, onlara əzilmiş, asılı vəziyyətdə olan Azərbaycan lazımdır ki, öz çirkin niyyətlərini reallaşdıra bilsinlər. Deputat bu baxımdan Avropa Parlamentinin qətnamələrini ikili standartların, sifarişlərin icrası və parlament tribunasının siyasi təzyiq üçün alətə çevrilməsinin göstəricisi hesab edir. AP-nin qəbul etdiyi qətnamə Azərbaycanda vəziyyət, insan və beynəlxalq hüquqların pozulması və Ermənistanla münasibətlər mövzusundadır. "Sual olunur ki, Azərbaycandakı vəziyyət Avropa Parlamentinə nə vaxtdan maraqlı olub? Əgər onlara ölkəmizdəki vəziyyət maraqlı olsaydı, torpaqlarımız işğal olunanda, bir milyona yaxın qaçqın və məcburi köçkün şəraitsiz çadır düşərgələrində  yaşayanda, xalqımıza qarşı soyqırımları törədiləndə, dini-mədəni abidələrimiz, şəhər və kəndlərimiz dağıdılaraq talandıqda münasibət bildirərdilər. Biz 30 ildə Avropa Parlamentində bu məsələləri qaldırdıq və Ermənistana qarşı tədbirlərin görülməsinə çağırışlar etdik. Amma onlar heç nə baş verməmiş kimi bu məsələlərin üstündən səssiz keçdilər. İndi nə baş verib?  Qərb Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, Ermənistanın dağıtdığı yaşayış məntəqələrini bərpa edərək keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını niyə həzm edə bilmir? Azərbaycan qeyri-adi bir iş görməyib. Ölkəmiz sadəcə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Qəbul etdikləri qətnamədə beynəlxalq hüququn pozulmasından danışan avropalı parlamentarilər 30 ildə bir milyon azərbaycanlının pozulmuş hüquqlarını niyə görmədilər? O cümlədən Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının hüquqlarından niyə danışmırlar? Həmin azərbaycanlıların bir hissəsi əsir götürülərək, Ermənistanda qul kimi işlədilərək işğəncələrə məruz qalanda niyə səslərini çıxarmırdılar?  Mina terrorunun bu gün də davam etməsi, minalanmış ərazilərin dəqiq xəritələrinin verilməsi üçün Ermənistana niyə çağırış etmirlər?", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Avropa Parlamentinin riyakarlığı o qədər böyükdür ki, Azərbaycana qarşı qətnamə qəbul edəndə hətta Avropa İttifaqının milli maraqları da nəzərə alınmır. Belə ki, Rusiyaya tətbiq etdiyi sanksiyaların bumeranq effekti ilə qarşılaşmasına baxmayaraq, Avropa Komissiyasına Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlıq haqqında 2022-ci ildə bağlanmış sazişə yenidən baxılmasını və ölkəmizdən qazın alınmasının dayandırılmasını istəyirlər. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativ ölkədir. Deməli, Avropa Parlamenti Avropa İttifaqının enerji təhlükəsizliyinə kökündən balta vurmağa və enerji böhranının daha da dərinləşməsinə çalışır. Təbii ki, bu məsələlər Avropa İttifaqı üçün yaxşı heç nə vəd etmir. 

 A.Badamov vurğulayıb ki, Avropa Parlamenti COP29 konfransını da siyasiləşdirməyə çalışır: "Bu konfrans dünyanın baş verə biləcək təbii fəlakətlərdən qorunması üçün qlobal həmrəyliyə nail olunmasına hesablanıb. COP29-u heç vaxt siyasi məsələlərlə eyniləşdirmək olmaz. Bu məsələ canlı aləmin gələcək mövcudluğu məsələsidir, amma avropalı parlamentariləri bu maraqlandırmır. Bu gün avropalı siyasətçilərin şəxsi həyatlarına baxsaq, görərik ki, əksəriyyəti cinsi azlıqların nümayəndələridirlər. Əgər avropalı siyasətçilər özlərinin gələcəyi ilə bağlı düşünmürlərsə, onlardan COP29-la bağlı da müsbət fikir gözləmək lazım deyil". 

Avropanın böyük problemlərin içərisində olduğunu qeyd edən A.Badamov deyib ki, AP-nin öz daxili problemləri ilə məşğul olması və müstəqil siyasət yürüdərək dünyada körpülər yaratmağa çalışan Azərbaycanın işinə qarışmaması yaxşı olardı. Avropa Parlamenti, onun sifarişçiləri olan Fransa və digərləri Azərbaycanla siyasi təzyiq dilində danışa və bizi ədalətli mövqeyimizdən heç vaxt çəkindirə bilməzlər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın üç faşist prezidenti

08:20
07 Yanvar

Suverenliyimizin təminatçısı

08:15
07 Yanvar

Prezidentin xalqa müraciəti regionun hərbi-siyasi gündəliyinin əsas konturları idi

08:10
07 Yanvar

Dərin böhrandan tam iflasa doğru...

08:05
07 Yanvar

Prezidentin qəti mövqeyi: "Bizim şərtlərimiz qəbul ediləcək"

08:00
07 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 29 dekabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:32
07 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:30
07 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 yanvar 2025-ci il tarixli 01 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

00:29
07 Yanvar

“Florian” qasırğası Fransanı vurub  

22:51
06 Yanvar

Atıcılarımız Sloveniyada Qran-pridə iştirak edəcəklər  

22:51
06 Yanvar

İlin ilk şahmat yarışına start verilib  

22:50
06 Yanvar

Avstriya Prezidenti ifrat sağçıların liderinə hökumət qurmağı tapşırıb  

22:49
06 Yanvar

Qazaxıstan mətbuatı Azərbaycan Prezidentinin çıxışından sitat gətirir  

22:35
06 Yanvar

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan  

22:25
06 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib  

21:33
06 Yanvar

Vaşinqton ətrafında güclü qar yüzlərlə qəzaya və uçuşların ləğvinə səbəb olub  

21:32
06 Yanvar

Nazir: 2028-ci ildə Türkiyədə hasil edilən qazın həcmi əhalinin tələbatını ödəyəcək

21:07
06 Yanvar

Qazaxıstanın qərbində uşaqlar arasında metapnevmovirus aşkarlanıb  

20:29
06 Yanvar

XİN: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik  

19:08
06 Yanvar

Ukrayna mətbuatı Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb  

19:01
06 Yanvar

Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib  

18:37
06 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!