10 Yanvar 2024 13:27
2027
CƏMİYYƏT, SEÇKİ 2024
A- A+

Şirvanda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə təşkil olunub

 

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, yanvarın 8-dən etibarən növbəti tədbirlərə - Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 10-da Şirvan şəhərində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Şirvan Apelyasiya Məhkəməsinin, həmçinin regionlar üzrə müvafiq məhkəmə orqanlarının hakimləri və dairə seçki komissiyalarının sədrləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli beynəlxalq müşahidəçiləri iştirak ediblər.

Seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin çıxışları ilə başlayıb. Sonra gündəliyə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Şirvan Apelyasiya Məhkəməsinin hakimi Samir Həsənov, Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Bildirilib ki, sözügedən layihənin reallaşdırılmasında başlıca məqsəd fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi yönündə görülən işlərlə yanaşı, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərəliliyinin artırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Sonda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video