Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi üçün potensial böyük, səylər davamlıdır
Son iki onillik ərzində Azərbaycanın iqtisadiyyatı yeni inkişaf mərhələlərinə qədəm qoyduqca birgə layihələr həyata keçirdiyimiz, ticarət əlaqələri qurduğumuz ölkələrin də sayı getdikcə artıb. Bunların sırasında xoş niyyətli qonşularımız, yaxın dostlarımız da var, Azərbaycanla iqtisadi əməkdaşlıq qurmağa təzəcə başlayan neçə-neçə yaxın-uzaq ölkə də...
Azərbaycanla Pakistan arasında strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıqdan qaynaqlanır. Xalqlarımız tarix boyu bir-birinə dəstək nümayiş etdirib. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin sayəsində Pakistanla hərtərəfli münasibətlər inkişaf etməyə başlayıb və bununla da bir-birinə dost olan iki xalq arasında həm də yeni əməkdaşlıq və tərəfdaşlığın təməli qoyulub. Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirərək Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir.
Azərbaycan-Pakistan əlaqələrinin inkişafında iqtisadi münasibətlərin də əhəmiyyəti böyükdür. Odur ki, hər iki ölkə bu sahədə əməkdaşlığı daha da genişləndirməyə çalışır. İkitərəfli iqtisadi münasibətlərin inkişafı üçün keçirilən müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları buna aydın misaldır.
İki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün böyük potensial var. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər.
İqtisadi əlaqələrin inkişafına ölkələrimizin ali rəhbərliyi səviyyəsində baş tutan qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusilə böyükdür. Prezident İlham Əliyevin keçən il iyulun 11-12-də Pakistana dövlət səfərini xatırlamaq kifayətdir. Bu səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 15 sənəd imzalanmışdır və bunların sırasında iqtisadiyyata aid olanların da xüsusi önəmi var. Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır.
"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu","Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş" də sübut edir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq getdikcə daha çox sahəni əhatə edir.
"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş", eləcə də "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" bu sahələrin inkişafina dəstək verməklə yanaşı, həm də xalqlarımız arasında gediş-gəlişi intensivləşdirəcək. "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistan İslam Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında Anlaşma Memorandumu"nun hər iki ölkənin iqtisadiyyatının özəl sektorunun daha da inkişafına töhfə verəcəyinə şübhə yoxdur.
Yeri gəlmişkən, qeyd edək ki, Pakistan və Azərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar qarşılıqlı investisiya imkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycanın və Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir.
Ölkələrimiz, eləcə də D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Bu qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.
Prezident İlham Əliyev keçən il iyulun 11-də İslamabadda mətbuatda bəyanatla çıxış edərkən demişdir: "Yatıracağımız sərmayələrin ilkin həcmi, əziz qardaşımın qeyd etdiyi kimi, təxminən iki milyard dollardır. Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq. Onlardan birini mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin bu, yalnız başlanğıcdır".
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin dedikləri də yaddaşımızda yaxşı qalıb: "Bu müzakirələrin qarşılıqlı inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən yüz milyon dollardan az olan və dostluğumuzu, qardaşlığımızı əks etdirməyən ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində, qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında bayaq qeyd olunduğu kimi, bu münasibətlər səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq... Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür... Bütün məsələlərdə bir-birimizin yanındayıq".
Bu cür münasibətin olması onu göstərir ki, Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığı getdikcə daha da möhkəmlənəcək və genişlənəcək. Hər iki ölkənin ali rəhbərliyi bu sahədə də böyük potensialın olduğunu bilərək və daim vurğulayaraq iqtisadi və ticarət əlaqələrinin yüksək zirvəyə çatmasına səy göstərir.
Flora SADIQLI,
"Azərbaycan"
Albaniya Prezidenti: Qlobal Bakı Forumu ümid mesajlarını çatdıran bir forumdur
Finlandiyanın sabiq Prezidenti: XII Qlobal Bakı Forumunda çoxtərəfli hüquqi bazanın möhkəmləndirilməsi yollarını tapmağa çalışırıq
Azərbaycan millisinin baş məşqçisi: AFFA nəzdində futbol məktəbinin açılması üzərində işlər gedir
Pakistanda sərnişin qatarının xilasetmə əməliyyatı tamamlanıb, 33 terrorçu öldürülüb
Sabah ilin ilk Ay tutulması olacaq
Azərbaycan və Özbəkistan Xəzər dənizində bərə daşımaları üzrə yeni çağırışları müzakirə edib
Roma Papası Fransisk Həzrətlərinə
Fernandu Santuş: Azərbaycan I Liqasında yaxşı futbolçular var
Azərbaycan Prezidenti: COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik
Prezident: COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi
Prezident İlham Əliyev: Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir
Masallı Sənaye Məhəlləsinə 12 milyon manatdan çox investisiya yatırılacaq
Alimlər Qərbi Avropada ən qədim insan qalıqları tapıblar
Antonio Quterreş BMT-də aparılacaq islahatlar barədə danışıb
Mövlud Çavuşoğlu: Xll Qlobal Bakı Forumunda dünya üçün olduqca əhəmiyyətli məsələlər müzakirə olunacaq
Azərbaycan güləşçisi Avropa çempionu olub
Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ulu Öndərin məzarını ziyarət edib
Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir - YENİLƏNƏCƏK
Azərbaycan nefti bahalaşıb
Oruc tutmağın daha bir faydası
"Kənddən şəhərə" Novruz sovqatları gəlib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!