Şərqi Zəngəzurda daha bir məktəb tikintisinə başlanılacaq
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də işğaldan azad edilmiş Laçın rayonuna səfərindən sonra bölgədə tikinti, quruculuq və bərpa işlərinə start verilmişdir.
Dövlət başçısının 22 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Laçın şəhəri 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat, habelə bundan əvvəl isə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsindən respublika Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 800 min manat ayrılmışdır.
Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində çıxış edərkən bildirmişdir: "Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi ilk növbədə yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik".
Laçın rayonu respublikamızın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Qərbdən Ermənistanla həmsərhəddir. Sahəsi 1840 kvadratkilometr, əhalisi 1 yanvar 2020-ci il tarixə 78,6 min nəfərdir. 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonu Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuşdur. 2022-ci il avqustun 26-da Rusiya sülhməramlı kontingentinin nəzarətində olan və ermənilərin qanunsuz məşkunlaşdıqları Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilib.
Laçın 30 ilə yaxın erməni işğalı altında olanda Ermənistan silahlı birləşmələri dəyəri milyardlarla ölçülən yeraltı və yerüstü sərvətlərimizi talamışdır. Min illərin, əsrlərin yadigarı olan maddi mədəniyyət abidələrimizi məhv etmişdilər.
Daşı daş üstə qalmayan Laçının ərazisində maddi mədəniyyət nümunələrinin hansı vəziyyətdə olması bu yerlərə vaxtaşırı səfər edən beynəlxalq faktaraşdırıcı missiyanın üzvlərinə də məlumdur. Tarixin yaddaşı olan abidələr saxtalaşdırılıb, erməniləşdirilib. Bölgənin mədəni irsini hədəf seçən ermənilər maddi mədəniyyət abidələrimizi tamamilə və qəddarlıqla məhv etmişlər. Rayonun Cicimli, Güləbird, Soltanlar, Zeyvə, Malıbəy, Yənqıça, Bülövlük, Araflı, Əliqululu, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan, Kürdhacı və digər kəndlərdəki tarixi abidələr - 12 qoç, 28 at fiquru, 36 müxtəlif süjetli yazılar və rəsmlər, sal daş, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir-birinə bənzəməyən sənət rəmzləri həkk edilmiş qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi Yaxşının məzarı məhv edilib.
Memarlıq abidələrindən Hoçaz kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki Məlik Əjdər türbəsi (XIV əsr), adsız türbə (XVII-XVIII əsrlər), Şeyx Əhməd türbəsi (XIX əsr), Qarıqışlaq kəndindəki məscid (1718-ci il), Hüsülü kəndində Həmzə Sultan sarayı (1761-ci il), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğlan çayı üzərindəki məbəd (XIX əsr), Güləbirddəki türbə təcavüzə məruz qalaraq taleyi saxtalaşdırılıb.
Təkcə Laçında yox, ümumiyyətlə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 12 muzey və 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilərək yandırılmışdır. Nadir əhəmiyyətə malik 40 min muzey sərvəti və eksponat talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir incilərdən sayılan əlyazmaların külü göyə sovrulmuşdur. Talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab edilirdi.
Dövlət başçımız Laçın şəhərində Azərbaycan bayrağını ucaldarkən çıxışında deyib: "Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş baş planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərini biz bərpa edəcəyik. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək". Prezident İlham Əliyev çıxışı zamanı onu da bildirib ki, artıq Laçın şəhərinin bərpa edilməsinin vaxtı çatıb. Dövlət başçısı həmçinin əraziyə dəymiş zərərin hesablanacağını da söyləyib.
Görünən odur ki, işğaldan azad edilmiş ərazilərdə bütün infrastrukturun, ümumilikdə şəhər, qəsəbə və kəndlərimizin modern əsaslarla yenidən qurulması yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyinə əminlik yaradır.
Rəhman SALMANLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə telekanalı: Xankəndi inkişafının yeni səhifəsinə hazırlaşır
27 Iyul
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!