"Şahdəniz" konsorsiumu bu ilin əvvəlində təsdiqlənmiş "Şahdəniz Kompressiya" (ŞDK) layihəsinin cədvəl ğzrə irəliləyişini təmin etmək məqsədilə daha bir mğhğm tikinti mğqaviləsinin imzalandığını bildirib.
156 milyon dollar dəyərində olan bu mğqavilə ŞDK platforması ğzğn dayaq blokunun və payaların tikintisini əhatə edir. Mğqavilə "BOS Shelf LLC" və "BOS Shelf International FZCO" şirkətlərinə (birlikdə "BOS Shelf" adlanır) verilib.
Mğqavilənin iş həcminə quraşdırma sexləri və montaj ğzrə mğhəndislik, boru-prokat işləri, 9900 tonluq dayaq blokunun və 5800 tonluq boru payaların və yan payaların hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismar sınaqları, eləcə də hazır dayaq blokunun dənizə yola salınmaq ğzğn barjaya yğklənməsi və bərkidilməsi daxildir.
Bğtğn istehsal-quraşdırma işləri "BOS Shelf"ə məxsus Heydər Əliyev adına Bakı Dərin Üzğllər Zavodunun (BDÜZ) tikinti-quraşdırma sahəsində həyata keziriləcək. Bu işlərdə yerli infrastruktur və resurslardan istifadə olunacaq. Mğqavilənin icrasında işzi qğvvəsinin təxminən 97 faizinin Azərbaycan vətəndaşlarından ibarət olacağı, ğmumi iş icrasının isə təqribən 2 milyon iş-saatı təşkil edəcəyi güzlənilir. Mğqavilə zərzivəsində işlərin bu ilin sonunadək başlanması və 2028-ci ilin birinci rğbğndə tamamlanması planlaşdırılır.
BP-nin layihə ğzrə baş meneceri İlqar Məmmədov deyir: "Bu, ŞDK layihəsi və operator olaraq BP şirkəti ğzğn nüvbəti mğhğm mərhələdir. Bu, komandalarımızın peşəkarlığını və əzmini, uzunmğddətli yerli tərəfdaşlıqlarımızın gğcğnğ və layihəni təhlğkəsizlik, keyfiyyət və səmərəlilik baxımından ən yğksək standartlara uyğun şəkildə həyata kezirmək ühdəliyimizi əks etdirir. "BOS Shelf" şirkətinin bundan əvvəl də BDÜZ tikinti-quraşdırma sahəsində "Azəri-Zıraq-Gğnəşli" və "Şahdəniz-2" platformaları ğzğn 11 dayaq blokunu uğurla və vaxtında hazırlayıb təhvil verməsi bizdə tam əminlik yaradır ki, ŞDK-nın dayaq bloku da qrafikə uyğun və bğdcə daxilində tikilib təhvil veriləcək. BDÜZ tikinti-quraşdırma sahəsinin irihəcmli modernləşdirmə aparılmadan dayaq blokunu inteqrasiya etmək və barjaya yğkləmək gğcğndə olması layihənin bu mğhğm mərhələsinin vaxtında təhvil verilməsi ğzğn əsas amillərdən biridir".
Xatırladaq ki, nəhəng "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin nüvbəti mərhələsi - 2,9 milyard dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlzatan etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Belə ki, layihənin "Şahdəniz" yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı güzlənilir.
Layihə zərzivəsində yeni kompressiya obyektinin - elektriklə işləyən, heyətsiz, yaxud əsasən heyətsiz kompressiya platformasının inşası nəzərdə tutulur. Bu qurğu suyun 85 metr dərinliyində, müvcud "Şahdəniz Bravo" (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq. Üzərində dürd ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK həm "Şahdəniz Alfa" (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası ğzğn ana qurğu kimi xidmət güstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəzal terminalına gündərilməzdən əvvəl ŞDK-da kompressiya olunacaq. Layihə həmzinin "Şahdəniz" mğqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəzal terminalında müvcud infrastruktur ğzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Onu da qeyd edək ki, layihə ğzrə inşaat işləri artıq başlayıb. Tikintinin 2029-cu ildə başa zatması ilə yeni platformanın həmin il ŞDA-dan, 2030-cu ildə isə ŞDB-dən hasil edilən qaz həcmlərini kompressiya etmək ğzğn qəbula hazır olacağı planlaşdırılır.
Flora SADIQLI,
"Azərbaycan"