23 İyun 2026 14:49
211
CƏMİYYƏT
A- A+
Saatlı rayonunda Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə baş tutub - YENİLƏNİB 

Saatlı rayonunda Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə baş tutub - YENİLƏNİB 


Bu gün Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Mil-Muğan iqtisadi rayonu üzrə növbəti regional müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlıda keçirilən müşavirə 25 may 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov yeni Dövlət Proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, son illər həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatında ənənəvi sahələrin istehsal və ixrac potensialı artıb, bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib, meyvə-tərəvəz və yumurta üzrə isə tam özünütəminetmə səviyyəsinə nail olunub. Natiq Əmirov əlavə edib ki, Dövlət Proqramı qarşıdakı dövr üçün kənd təsərrüfatının yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və məhsul istehsalının artırılması, emal və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova təqdimatında bildirib ki, Dövlət Proqramı regionlarda istehsal infrastrukturunun gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. O qeyd edib ki, aqrar sahədə süni intellekt həllərinin və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) məlumatyönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və səmərəli idarə olunmasına imkan verəcək. Nazir müavini vurğulayıb ki, qərarların qəbulunda məlumat bazaları, elektron sistemlər, peyk müşahidələri, torpaq və su ehtiyatları üzrə göstəricilər, eləcə də real məhsuldarlıq məlumatları mühüm rol oynayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev bildirib ki, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulmuş hədəflər üzrə aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər nəzərdə tutulub. 2026-2030-cu illər üzrə qəbul edilmiş bu Dövlət Proqramının ana xəttini yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçid təşkil edir. Bu baxımdan, Dövlət Proqramı çərçivəsində müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su itkilərinin azaldılması və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi əsas prioritetlərdəndir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında rayonun aqrar sahədə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, Beyləqan ölkənin aparıcı kənd təsərrüfatı rayonlarından biri kimi taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluq sahələrində mühüm nəticələr əldə edir. Əziz Əzizov su təminatının yaxşılaşdırılması, meliorasiya infrastrukturunun inkişafı və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasının prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

Müşavirədə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan fermer və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə məlumat veriblər. Çıxışlarda kənd təsərrüfatına göstərilən diqqət və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunaraq, Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin istehsalın artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov aqrar sahədə qarşıya qoyulan hədəflərə nail olunması üçün dövlət qurumları, fermerlər və sahibkarlar arasında koordinasiyalı əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd edib ki, kənd təsərrüfatında rəqabətqabiliyyətli və dayanıqlı istehsalın formalaşdırılması üçün innovativ yanaşmaların tətbiqi, resurslardan səmərəli istifadə və istehsalın intensivləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Natiq Əmirov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, aqrar sahədə əlavə dəyərin artırılmasına və regionların inkişafına mühüm töhfə verəcəyini bildirib. Eyni zamanda qeyd olunub ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!