12 Avqust 2025 17:57
850
CƏMİYYƏT
A- A+
Rəvan Həsənov: Azərbaycandakı bütün dini icmalar təhsil və mədəniyyət dialoquna aktiv töhfə verirlər  

Rəvan Həsənov: Azərbaycandakı bütün dini icmalar təhsil və mədəniyyət dialoquna aktiv töhfə verirlər  


Avqustun 10-dan 14-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində G20 Dinlərarası Dialoq Forumu keçirilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən bildirilib ki, “Fəaliyyətdə humanizm: Həssas icmalar diqqət mərkəzində” mövzusuna həsr olunan Forumda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə BBMM-in icraçı direktoru Rəvan Həsənov, Mərkəzin icraçı direktorunun müavini Ramin Qəmbərov, Milli Məclisin deputatları Fazil Mustafa və Cavanşir Paşazadə daxildir.

Forumun açılışında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bəşəriyyətin sülh, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinə hər zamankından daha çox ehtiyac duyduğunu vurğulayıb. O, dünyada münaqişələrin, dini və etnik zəmində ayrı-seçkiliyin artmasının qlobal sabitliyə ciddi təhdid yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyəti dini liderlər və ictimai xadimlərlə əməkdaşlıqda fəal olmağa çağırıb.

Forumun “Həmrəylik üçün təhsil: Mədəniyyətlərarası dini savadlılıq və humanizm, dini gərginliklə və zorakılıqla mübarizə” mövzusuna həsr olunan panel iclasında Rəvan Həsənov çıxış edib. O, mövzu ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanın bununla əlaqədar təcrübəsi, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhsil və gənclərlə bağlı fəaliyyəti haqqında danışıb.

Azərbaycanda multikulturalizmin həm xalqın mənəvi dəyəri, həm də dövlət siyasətinin əsas istiqaməti olduğunu deyən icraçı direktor bildirib ki, dəyərin təməli təhsildən başlanır. Azərbaycanın təcrübəsi göstərir ki, mədəniyyətlərarası maarifləndirmə ictimai harmoniyanı gücləndirir. Bu istiqamətdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti də qeyd edilməlidir. Mərkəz həm ölkədə, həm də xaricdə tolerantlıq və birgəyaşayış dəyərlərini təbliğ edən təhsil proqramları həyata keçirir. Hazırda dünyanın 27-dən çox universitetində “Azərbaycan multikulturalizmi”, ölkə universitetlərində isə “Multikulturalizmə giriş” fənni tədris olunur. Mərkəz hər il iki dəfə Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri, eləcə də Gənclər Forumu təşkil edir.

R.Həsənov sonda diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı ölkənin multikulturalizm sahəsində nüfuzunu gücləndirir və dinlərarası dialoqu təşviq edir. Azərbaycandakı bütün dini icmalar – müsəlman, xristian, yəhudi və digərləri təhsil və mədəniyyət dialoquna aktiv töhfə verirlər. O cümlədən gənclər üçün düşərgələr, seminarlar və müxtəlif layihələr təşkil edirlər. BBMM gələcəkdə də bu istiqamətdə beynəlxalq əməkdaşlığı və yeni təşəbbüslərlə çıxış etməyi qarşıya məqsəd qoyub.

Məruzə maraqla qarşılanıb və mövzu ilə bağlı suallar cavablandırılıb.

Forum çərçivəsində nümayəndə heyəti Müsəlman Ağsaqqallar Şurasının sədrinin müşaviri Adama Dienq, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının komissarı Mohamed Elsanousi, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl-Naimi, Özbəkistan Respublikasının Prezidentinin müşaviri Ruslanbek Davletov və Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilovla görüşüb. Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti beynəlxalq tərəfdaşlarla dinlərarası və mədəniyyətlərarası dialoq, dini tolerantlıq, radikalizmə qarşı mübarizə, həssas icmaların müdafiəsi, İslam mədəni irsinin qorunması, eləcə də təhsil və elmi əməkdaşlıq mövzularında fikir mübadiləsi aparıb. Tərəflər əməkdaşlıq imkanlarını müzakirə edərək birgə layihələr və dəstək mexanizmləri barədə razılığa gəliblər.

Qeyd edək ki, G20 Dinlərarası Dialoq Forumu G20 Sammitləri ərəfəsində keçirilən və bir neçə ildir davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərarası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

Rusiyalı sahibkar Alişer Usmanovdan

17:55
26 Avqust

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib  

17:53
26 Avqust

Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım

17:44
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:40
26 Avqust

Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

17:32
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib  

17:30
26 Avqust

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır  

17:13
26 Avqust

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib  

16:58
26 Avqust

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  

16:36
26 Avqust

İran: Hörmüz boğazında cənub dəhlizi bağlandı

16:34
26 Avqust

İsti havaya qarşı parça hazırlanıb

16:27
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib  

16:24
26 Avqust

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

16:20
26 Avqust

Dərin yuxu Altzheymer xəstəliyindən qoruya bilər

16:20
26 Avqust

Fransada liseylərdə mobil telefon qadağası başlayır

16:13
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!