09 Yanvar 2026 21:38
2392
Səhiyyə
A- A+
Respirator virus infeksiyaları ilə xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək deyil 

Respirator virus infeksiyaları ilə xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək deyil 

Son günlər ölkə üzrə, xüsusilə də, uşaqlar arasında respirator infeksiyalara yoluxma halları artıb. Bu hal narahatlıq yaratsa da, mütəxəssislər payız-qış mövsümündə qrip və kəskin respirator virus infeksiyalarına yoluxmanın çoxalmasını epidemioloji qanunauyğunluq hesab edirlər.

AZƏRTAC bununla bağlı mütəxəssislərin fikirlərini təqdim edir.


Dekabr-fevral ayları qrip üçün ən pik dövr hesab olunur

Hazırda ölkədə qış fəslinə xarakterik olaraq hava-damcı üsulu ilə yayılan kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında artımların olduğunu bildirən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov son zamanlar bu cür əlamətləri olan xəstələrdən götürülmüş yaxmalarda daha çox influenzanın A qrupuna rast gəlindiyini deyib: “Həqiqətən də, hər il olduğu kimi bu il də vəziyyət eyni cür təkrarlanır. Qrip infeksiyası, o cümlədən digər respirator virus infeksiyaları mövsümi xarakter daşıyır. Qrip üçün dekabr-fevral ən pik aylar hesab olunur. Yeni illə əlaqədar ailələri ilə müxtəlif ərazilərə istirahətə getmiş və yoluxmuş uşaqlar tədrisə cəlb olunandan sonra kollektivə həmin virusu gətirdilər və beləliklə, yoluxma saylarında artımlar oldu. Beş yaşadək uşaqlar həssas, yəni risk qrupuna daxil olduqlarına görə onlarda həmin infeksiyanın ağır fəsadlı keçməsi ehtimalı var. Hərarətin yüksəlməsi, ümumi halsızlıq, əzələ və baş ağrıları, o cümlədən yuxarı tənəffüs yollarının zədələnməsi, öskürəyin olması, boğazda ağrı, burun tutulması və s. əlamətlər olarsa, mütləq, birinci növbədə valideyn həkimə müraciət etməlidir ki, uşaq onun tərəfindən nəzarətdə olsun və lazımi tədbirlər görülsün. Yoluxma yolları təkcə hava-damcı yolu deyil, eyni zamanda, təmas vasitəsilə baş verir. Ona görə də burada respirator gigiyena qaydalarından başqa, sıx təmas olan yerlərdə, qapalı məkanlarda xəstə varsa, maska geyinmək, yaxın təmaslardan yayınmaq məsləhət görülür. O cümlədən əl gigiyenasına riayət etmək, əllərimizi çirkli olarkən ağzımıza, burnumuza, gözümüzə vurmamaq, qida qəbulundan əvvəl 20 saniyə ərzində əllərimizi sabunla yumaq tövsiyə olunur. Pandemiya dövründən biz əhalini həmin sadə qaydalar barədə maarifləndirmişik. Bu qaydalara əhali kütləvi sürətdə əməl edərsə, biz effektini görə bilərik. Lakin qripin ən etibarlı profilaktikası məhz ona qarşı aparılan vaksinasiyadır”.

Mütəxəssis-ekspert diqqətə çatdırıb ki, sentyabrdan başlayaraq ölkəyə Səhiyyə Nazirliyinin dəstəyi ilə gətirilmiş kifayət qədər effektiv və təhlükəsiz, Avropa istehsalı olan peyvənd ambulator-poliklinik tibb xidməti göstərən müəssisələrə paylanılıb. Əhali həmin poliklinikalara müraciət edərək ödənişsiz qaydada peyvəndləmədən yararlana bilər. Vaksinasiyadan sonra iki həftə ərzində immunitet formalaşır. Odur ki, peyvəndi mümkün qədər tez vurdurmaq lazım idi, lakin indi də gec deyil. Birinci növbədə, risk qrupuna daxil olan insanlar müraciət etməlidirlər: körpə uşaqlar, hamilə qadınlar, yaşı 65-dən yuxarı, müxtəlif səbəbli immun çatışmazlığı, ağır xroniki xəstəlikləri olan şəxslər. Peyvəndləmənin strategiyası məhz həmin qrupdan olan vətəndaşları qorumaqdır. Çünki həmin infeksiya onlarda ağır fəsadlı gedişlərə səbəb ola, hətta xəstəxanaya yerləşdirilmə hallarına gətirib çıxara bilər. Bu baxımdan peyvəndləmə dünya standartıdır. İnkişaf etmiş ölkələrdə həmin metoddan istifadə olunur. Təbii ki, ölkəmizdə də tətbiq edilir və müəyyən effekt verir”.


Epidemioloji vəziyyət nəzarət altındadır

Təyyar Eyvazov bildirib ki, üzü yaza doğru havalar isindikcə, bu cür infeksiyalara yoluxma hallarında azalmalar olacaq: “Hazırkı dövrdə epidemioloji vəziyyət nəzarət altındadır. Səhiyyə Nazirliyi vəziyyəti bu cür qiymətləndirir və əlavə tədbirlərə heç bir lüzum yoxdur”.

Onun sözlərinə görə, hazırda yoluxanlar arasında koronavirus çox nadir hallarda aşkarlanır. Əksərən xəstələrdən götürülmüş yaxmalarda daha çox aşkarlanan inflüenza A-dır: “Ümumiyyətlə qrip hər il mutasiya edir. Eyni ştam olsa belə, müəyyən kiçik mutasiyalar nəticəsində hansısa kliniki çalar əldə edə bilər. Qrip digər respirator infeksiyalarından onunla fərqlənir ki, daha kəskin başlayır. Yəni insan səhər durarkən özünü normal hiss edir, bir neçə saat ərzində hərarəti kəskin yüksəlir, güclü baş, əzələ ağrıları olur və digər respirator əlamətlər müşahidə olunur. Bu xəstəliyin gedişinə aid mənzərədir. Xüsusilə də yuxarı tənəffüs yolları, birinci növbədə iri traxeya və bronxlar zədələndiyinə görə, daha çox quru öskürək xarakterikdir. Normal immun sisteminə malik olan şəxslərin üç gün ərzində hərarəti normallaşmırsa, ya da normallaşma tendensiyası kəsb etmirsə, onlar da həkimə müraciət etməlidirlər. Çünki ola bilər ki, bu bir fəsadlaşma nəticəsində yaransın. Digər kəskin respirator virus infeksiyalarına isə az rast gəlinir. Ümumilikdə xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək deyil”.


Peyvənd bizi bir il xəstəlikdən qoruyur

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev isə bildirib ki, COVID-19 pandemiyasından sonra özündə hər hansı bir narahatlıq hiss edən, qızdırma, öskürək olan vətəndaşlar dərhal panikaya düşürlər ki, bu da koronavirus pandemiyasının həyatımızda yaratdığı bir travmadır. “Ümumiyyətlə, dekabr-fevral qrip infeksiyalarının pik həddə çatdığı aylardır. Hər il bu dövrdə yoluxma rəqəmlərində artımları görə bilirik. Virus infeksiyaları çox insanda yüngül gedişli ola, bəzi yüksək riskli şəxslərdə isə xəstəlik daha ağır keçə bilər. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə Avropanın qabaqcıl firmalarının istehsal etdiyi qrip əleyhinə vaksin gətirilib. Bu da tam ödənişsiz şəkildə vətəndaşların xidmətinə verilib. Sentyabr ayından vaksinin vurulmasına görə vətəndaşlara mütəmadi çağırışlar olunur. Vaksinlər, xüsusilə də, yüksək risk qrupuna daxil olan şəxslərə tövsiyə edilir. Xəstəliyi daha ağır keçirənlərə baxanda görürük ki, onların çoxu ya immun sistemi ciddi şəkildə zəifləmiş şəxslərdir, ya da immun sistemi yerində olmasına baxmayaraq, qrip əleyhinə vaksin vurulmamış insanlardır. Bu gün qrip əleyhinə vaksin vurulan vətəndaşlar arasında həmin xəstəliyin çox ağır şəkildə keçməsinə demək olar ki, şahid olmuruq. Qrip əleyhinə vaksin viruslardan influenzadan qorunmağın spesifik metodudur. Qeyri-spesifik metodlar var ki, bunlar hər kəsin bildiyi şəxsi gigiyena qaydaları, maskalardan istifadə olunması, xüsusilə də xəstə şəxslərin özünün maska taxması, əl gigiyenasına önəm verilməsi, sosial məsafənin qorunması və özümüzü xəstə hiss etdiyimiz vaxtlarda qapalı yerlərdən qaçmaqdır. Həmin xəstəlik hazırda özünü fərqli klinik əlamətlərlə göstərir. Əsas klassik əlamətləri boğaz ağrısı, qızdırma, öskürək, bəzən burun axıntısıdır. Xəstəliyin daha ağır gedişli hallarında isə pnevmoniyaya, orta qulağın iltihabına, mərkəzi sinir sisteminin, yəni beynin iltihabına qədər gətirib çıxara bilər. Qrip - influenza virusu RNT tərkibli olduğuna görə onun mutasiyası tez-tez müşahidə edilir. Tez-tez mutasiya olunan virusların həm klinikasında fərqli gedişlər ola bilər, bəzən də həmin xəstələrdə daha sürətli şəkildə ağırlaşma hallarının müşahidə edilməsi mümkündür. Bu il gördüyümüz xəstəliklərdə isə daha çox yuxarı tənəffüs yolu infeksiyaları daha az müşahidə olunur. Yeni ştam daha çox qızdırma ilə müşahidə edilir və çox sürətli şəkildə pnevmoniya yaratma riski var. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən infüneza virusunun mutasiyası nəzərə alınaraq qrip əleyhinə vaksin hər il ən axırıncı ştamın genomuna uyğun olaraq hazırlanır. Ona görə də bu il vurdurduğumuz peyvənd bizi bir il müddətinə qoruyur. Gələn il viruslar yeni mutasiyaya uğradığına görə bizim yeni bir peyvəndə, vaksinə ehtiyacımız olur”.


Vaxtında həkimə müraciət etmək lazımdır

1 nömrəli uşaq poliklinikasının sahə həkimi, pediatr İlhamə Rəsulova isə uşaqlar arasında yayılan virus infeksiyaları ilə əlaqədar valideynləri təlaşa düşməməyə və vaxtında həkimə müraciət etməyə səsləyib: “İlkin əlamətlər kimi 38-40 dərəcə aralığında yüksək hərarət, əzələ və başağrısı, halsızlıq, quru öskürək, körpə uşaqlarda ishal və qusma müşahidə oluna bilər. Təşvişə düşməkdənsə, həkimə müraciət edib, daha sıx əlaqədə olmaq lazımdır ki, lazımsız dərmanlardan istifadə olunmasın. Çünki viral infeksiyalarda antibiotiklərin heç bir faydası yoxdur. Həkimlə sıx ünsiyyətdə olan valideynlərin uşaqlarında heç bir ağırlaşmalar olmur. Çünki ilk gündən artıq lazımi tədbirləri görürük, 3-5 gün ərzində tam yaxşılaşma əldə edilir. Sadəcə, özbaşına verilən dərmanlar, heç bir tədbir görülmədən xəstəliyin keçəcəyini gözləmək ağırlaşmalar yarada bilər. Şahidi oluruq ki, valideynlər özbaşına antibiotiklərdən istifadə edirlər. Xəstəliyin hər hansı bir əlamətini özündə, övladında görən şəxslər mütləq şəkildə ən birinci təcrid olunmalıdır. Həmin simptomlar olan uşaqlar məktəbə, bağçaya göndərilməməlidirlər. Yataq rejiminə əməl olunmalı, bol maye, vitaminli qidalar qəbul edilməlidir. Ehtiyac duyulduqda ağrıkəsicilər, hərarətsalıcılardan istifadə olunur. Antibiotik yalnız həkim məsləhəti ilə bakterial infeksiya olarsa, verilə bilər. Belə vəziyyətdə antivirallar çox yaxşı kömək edir, lakin bunların da istifadəsi mütləq şəkildə yalnız həkim təyinatı ilə ola bilər”.

Peditar sağaldıqdan sonra uşaqların bərpa prosesinə dair tövsiyələrini də verib: “İstənilən infeksiyadan sonra orqanizm zəifləyir, iştahasızlıq, halsızlıq davam edir. Məktəblilərdə diqqət dağınıqlığı olur, dərsə davamiyyət zəifləyir. Bunun üçün ilk öncə uşaqların qidalanmasına fikir vermək lazımdır. Qidalanmada fastfudlar əvəzinə evdə hazırlanmış bol vitaminli tərəvəzli suplar, içkilər istifadə edilməlidir. Həkim təyinatı ilə vitamin kompleksindən istifadə oluna bilər. Uşağın otağı mütləq şəkildə tez-tez havalandırılmalı, azyaşlı təmiz havada çox olmalıdır. Eyni zamanda, çox insan olan yerlərə getməkdən çəkinmək lazımdır ki, uşaq təkrar virusa yoluxmasın”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
15 Aprel

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:43
15 Aprel

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

00:41
15 Aprel

“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında

00:40
15 Aprel

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

21:11
14 Aprel

Mərkəzi Komandanlıq: İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını keçə bilməyib

20:26
14 Aprel

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

20:06
14 Aprel

BVF: İranla müharibə həll olunsa belə, avrozona iqtisadi artım tempinin azalması ilə qarşılaşacaq  

19:58
14 Aprel

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

19:41
14 Aprel

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

19:39
14 Aprel

Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü FOTO

19:36
14 Aprel

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb

19:08
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

19:01
14 Aprel

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

18:56
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

Ağdamın Quzanlı qəsəbəsində vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

18:31
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!