11 Iyul 2023 10:35
16437
Oxucu məktubları
A- A+

“Rayon mərkəzinə avtomobillə gediş-gəlişdə problem yoxdur”

 

Sizin 8 iyun 2023-cü il tarixli məktubunuza (“Azərbaycan” qəzetinin 8 iyun 2023-cü il tarixli sayında dərc edilmiş “Kəndimizin 10 il əvvəl çəkilən yolu dağılıb, təmir edən yoxdur” sərlövhəli məqaləyə) cavab olaraq bildiririk ki, 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2012-ci il tarixli sərəncamı olmuşdur.
Həmin sərəncama uyğun olaraq, layihə əsasında ümumi uzunluğu 21,3 kilometr olmaqla Zağalı-Zinzahal (16 km) avtomobil yoluna asfalt örtük salınmış, Zinzahal-Kollu (5,3 km) avtomobil yolunun isə alt layının tikintisi karxana çınqılı, üst layının tikintisi qum-qırmadaş qarışığı ilə aparılmışdır. Layihə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən ekspertizadan keçirilmiş və tikinti-quraşdırma işləri layihə əsasında aparılaraq başa çatdırılmışdır.
Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı təmiri zamanı Qaraqullar kəndinin avtomobil yoluna da asfalt örtüyü salınmışdır. Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına götürülmüş və hazırda agentliyin “31 nömrəli Yol İstismarı” MMC-nin xidmət etdiyi ərazidir.
Hazırda Qaraqullar kəndindən əhalinin rayon mərkəzinə gediş-gəlişində və nəqliyyatın hərəkətində heç bir çətinlik mövcud deyildir. Rayon ərazisində yaşayış məntəqələri arasında olan avtomobil yollarının ümumi vəziyyəti normaldır.

Əhəd ABIYEV,
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video