28 Noyabr 2024 22:23
209
CƏMİYYƏT
A- A+
QMİ sədri: Qlobal problemlərin həllində multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır  

QMİ sədri: Qlobal problemlərin həllində multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır  

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 27-də Forum çərçivəsində keçirilən Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransa qatılıb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən şeyxülislam A.Paşazadə qütbləşən, real nüvə təhlükəsi ilə üz-üzə qalan dünyada ksenofobiya təzahürlərinin, milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının artmaqda olduğu hazırkı dövrdə qlobal miqyasda etimadın bərpası ədalətli və rifahlı gələcəyin formalaşdırılması üçün zəruri şərtdir.

“Sülh və gələcəyə dair qlobal problemlərin həllində dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, sivilizasiyalararası və dinlərarası dialoq və əməkdaşlıq, multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun təşkili dünyada əhəmiyyət baxımından ən təxirəsalınmaz vəzifələrdən biridir. Təqdirəlayiqdir ki, BMT və onun 20 illik tarixə malik Sivilizasiyalar Alyansı bu mühüm istiqaməti daim diqqətdə saxlayır”, - deyə o bildirib.

İki yüz ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etməyə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq təmin etdiyini vurğulayan A.Paşazadə bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndləri yenidən qurması, dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrini, bütün dinlərə məxsus abidələri yenidən bərpa və inşa etməsi barədə danışıb.

“Kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpası və qorunması istiqamətində gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini hər zaman hiss etmişik və buna görə də hədsiz minnətdarıq. Azərbaycanda dəfələrlə səfərdə olmuş Migel Anxel Moratinos ölkəmizin sivilizasiyalararası dialoq prosesində rolu, multikultural mühit, dinlərarası səmərəli əməkdaşlığın və din-dövlət münasibətlərinin səviyyəsi barədə kifayət qədər məlumatlıdır. Bildiririk ki, dinlərarası əməkdaşlığın və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik Azərbaycan sivilizasiyalararası dialoqa hər zaman töhfələr vermək iqtidarındadır”,- deyə QMİ sədri əlavə edib.

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti zamanı qəbul edilmiş Bakı Bəyannaməsində dini liderlərin Yaşıl Dünya naminə səylərini uğurla koordinasiya etmək üçün COP nəzdində Məşvərət Şurasının təsis olunmasının təklif edildiyini xatırladan şeyxülislam artıq qurumun yaradılmasının zamanı çatdığını vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Liqası: “Qarabağ” “Lion”a məğlub olub

23:47
28 Noyabr

"Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

23:21
28 Noyabr

İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında

23:19
28 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

23:18
28 Noyabr

AQTA sədri sahibkarları dinləyib  

22:28
28 Noyabr

Əmək və sosial siyasət komitəsi beş məsələni parlamentin plenar iclasına tövsiyə edib

22:27
28 Noyabr

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib  

22:25
28 Noyabr

QMİ sədri: Qlobal problemlərin həllində multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır  

22:23
28 Noyabr

Astanada Türk dünyasının görkəmli şəxsiyyətlərinin irsinə həsr olunmuş tədbir keçirilib  

22:22
28 Noyabr

“Araz-2024” birgə taktiki təlimi başa çatıb  

22:21
28 Noyabr

Putin bildirib ki, “Oreşnik”in kütləvi tətbiqi nüvə silahı zərbəsinin gücünə bərabər olacaq  

22:18
28 Noyabr

Yüzdən çox ölkədən 500 xarici QHT COP29-da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb  

22:15
28 Noyabr

"Zəfər Günü”nə həsr olunmuş XXXII ənənəvi ölkə Spartakiadasının final mərhələsi keçirilib  

22:14
28 Noyabr

ÜST: Dünyada hər 7 gəncdən biri psixi sağlamlıq problemləri ilə üzləşir  

22:12
28 Noyabr

Paris yeni ballistik raket yaradır

22:10
28 Noyabr

Bu istifadəçilər gözəllik filtrlərindən istifadə edə bilməyəcəklər

22:08
28 Noyabr

“Apple” kameraları insanların üzlərini görmədən də tanıyacaq  

22:07
28 Noyabr

Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətə etimad səsverməsi keçirib  

22:06
28 Noyabr

CSA: Fransızların 68 faizi ölkənin qoşunlarının Ukraynaya göndərilməsinə qarşıdır  

22:05
28 Noyabr

Hələbdə 32 kənd və 10 rayon Suriya müxalifətinin əlinə keçib  

22:03
28 Noyabr

Azərbaycan Taekvondo Federasiyası hakimlər üçün seminar təşkil edib  

22:02
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!