28 Noyabr 2024 22:15
7117
COP29
A- A+
Yüzdən çox ölkədən 500 xarici QHT COP29-da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb  

Yüzdən çox ölkədən 500 xarici QHT COP29-da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb  

Noyabrın 28-də COP29 QHT Koalisiyası “Baku dönüşü” ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC Bəyanatı təqdim edir: “100-dən çox ölkədən 500-ə yaxın vətəndaş cəmiyyəti təsisatını özündə birləşdirən COP29 QHT Koalisiyası COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini təbrik edir, Azərbaycanın COP29 Sədrliyi ilə yeni iqlim maliyyəsinin müəyyənləşdirilməsi, Paris Sazişinin 6-cı maddəsinin işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması kimi vacib əhəmiyyət daşıyan qərarların qəbul olunmasını mühüm irəliləyiş hesab edir.

COP29 QHT Koalisiyası üzvlərinin 84 faizi ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil edir. Təbii ki, yeni iqlim maliyyəsi ilə bağlı sənəddə əksini tapmış məbləğin daha yüksək olmasını istəyərdik. Lakin biz müxtəlif rəyləri olan 198 tərəfin iştirakı ilə verilən bu ümumi qərarın hansı çətinliklər və gərgin müzakirələr hesabına ərsəyə gəldiyini dərk edirik. Hesab edirik ki, bu razılığın əldə olunması kollektiv səylərin nəticəsidir və Bakı üçün tarixi bir andır. Əminik ki, sənəddə maliyyə artımı ilə bağlı yer alan çağırış COP prosesində gələcək danışıqların mühüm istinad nöqtəsi olacaq.

Biz post-COP29 dövründə də iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində fəal iş aparacaq, COP29 mirasından bəhrələnəcək, bu istiqamətdə strateji xətti davam etdirmək üçün səylərimizi əsirgəməyəcəyik”.

Xatırladaq ki, COP29 QHT Koalisiyası bu ilin yayında Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. COP29 dövründə Koalisiyaya qoşulanların sayı xeyli artıb, onların bir hissəsi COP-da xüsusi müşahidəçiliyi olan təşkilatlardır. Azərbaycan COP29-da iştirak imkanı olan və bu imkana malik olmayan Qlobal Cənub regionu üzrə QHT-lər üçün bu Koalisiya vasitəsilə inklüziv mühit formalaşdırıb. COP29 QHT Koalisiyası müntəzəm əsasda hibrid görüşlər keçirir. Bəyanatdan da aydın görünür ki, Koalisiya post-COP29 dövründə də fəal olacaq.

Ümumiyyətlə, son vaxtlar Azərbaycan QHT-lərinin təşəbbüslərinə xarici QHT-lər tərəfindən güclü dəstəyin verilməsi müşahidə edilir. 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb. Qeyd edək ki, dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi ölkənin QHT tarixində ilk dəfə baş verib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasət Qlobal Cənubda böyük rəğbət və hörmətlə qarşılanır, ölkəmiz getdikcə Qlobal Cənubun güclü səsinə çevrilir. Hesab edirik ki, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtı çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

Kosmonavtları Aya aparacaq raketin sınaqları başlayıb

09:03
18 Yanvar

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!