17 Yanvar 2026 09:10
986
Mədəniyyət
A- A+
Qloballaşan dünyada milli kimlik konsepsiyası

Qloballaşan dünyada milli kimlik konsepsiyası


XXI əsrin ikinci rübünə doğru irəliləyən dünya artıq təkcə iqtisadi və texnoloji inteqrasiya ilə deyil, mədəniyyətlərin sürətli qarşılıqlı təsiri ilə də xarakterizə olunur. Qloballaşma bu prosesin əsas aparıcı qüvvəsi kimi çıxış etsə də, onun yaratdığı imkanlarla yanaşı, milli kimliklər üçün ciddi çağırışlar da formalaşdırır. Məhz bu kontekstdə "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası milli-mənəvi dəyərlərin qorunması və müasir dünyaya inteqrasiyanın uzlaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan mədəniyyəti minilliklər boyu formalaşmış zəngin irsi, çoxşaxəli folkloru, klassik və müasir ədəbiyyatı, musiqisi, memarlığı və tolerantlıq ənənələri ilə fərqlənir. Qloballaşma şəraitində bu dəyərlərin yalnız qorunması deyil, eyni zamanda yeni dövrün tələblərinə uyğun təqdim edilməsi əsas hədəf kimi götürülür. Çünki müasir dünyada mədəniyyət passiv şəkildə saxlanılan miras deyil, dinamik şəkildə yaşadılan və inkişaf etdirilən canlı orqanizmdir.

Əslində bu günlərdə qəbul edilən "Azərbaycan mədəniyyəti - 2040" sənədi birdən-birə meydana çıxmış təşəbbüs deyil. Azərbaycan dövlətinin uzun illər ərzində ardıcıl, düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirdiyi mədəniyyət siyasətinin məntiqi davamıdır. Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin xarici səfərlərə gedərkən mədəniyyət xadimlərini, şair və yazıçıları özü ilə aparması heç də protokol xarakterli addım deyildi. Bu, Azərbaycan mədəniyyətinin dövlət diplomatiyasının ayrılmaz tərkib hissəsinə çevrilməsi demək idi.

Klassik ədəbiyyatımızın yaradıcılarının, incəsənət xadimlərinin yubileylərinin beynəlxalq miqyasda qeyd olunması, onların xatirəsinə abidələrin ucaldılması, adlarının təkcə ölkə daxilində deyil, digər respublikalarda küçə və prospektlərə verilməsi də təsadüf yox, strateji yanaşmanın nəticəsi idi. Bununla Ulu Öndər Azərbaycanın zəngin mədəni irsini yalnız qorumaqla kifayətlənmir, onu geniş planda dünyaya təqdim edir, milli kimliyimizi qlobal mədəni xəritədə görünən və tanınan bir dəyərə çevirirdi.

Heydər Əliyevin həyata keçirdiyi bu mədəniyyət siyasəti Azərbaycan dövlətçiliyinin ideoloji dayaqlarından birinə çevrildi. Mədəniyyət Ulu Öndər üçün keçmişin xatirəsi deyil, gələcəyin qurulmasında əsas vasitə idi. Bu xətt Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə daha da inkişaf etdirilərək dünyaya yeni məzmunda təqdim edildi. Bu sahədə xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin dünyaya təqdim olunması sahəsində gördüyü işlər olduqca qürurvericidir. Mehriban xanım Əliyevanın birbaşa fəal iştirakı ilə Azərbaycan mədəni irsi yalnız ölkə daxilində deyil, beynəlxalq məkanda da geniş şəkildə tanıdıldı və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına çoxlu nümunələrin daxil olması ilə nəticələndi.

Son 20 ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Təmsilçi Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq, xalçaçılıq sənəti, tar və kamança ifaçılığı, çovqan atüstü oyunu, qadın ipək baş örtüyü kəlağayı, lazımi sənətkarlıq növləri, lavaş və digər çörək ənənələri, dolma mətbəxi, Dədə Qorqud dastan irsi, yallı rəqsləri, nar bayramı, pəhləvanlıq mədəniyyəti, Nəsrəddin Hoca lətifələri, çay mədəniyyəti  Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirir. 

Bu, adi bir siyahı deyil - bu, Azərbaycanın milli kimliyinin, tarixi yaddaşının və mədəni kodlarının dünya miqyasında tanınmasının parlaq göstəricisidir. Artıq Azərbaycan yalnız nefti və strateji mövqeyi ilə deyil, eyni zamanda zəngin mədəni irsi ilə də dünyada dəyər qazanır. Hər bir qeyri-maddi mədəni nümunənin UNESCO-nun siyahısına salınması milli dəyərlərimizin qlobal məkanda yer alması deməkdir. Bu, həm də gənc nəslin öz mədəni köklərini qürurla yaşaması üçün qüvvətli zəmin yaradan vacib amildir.

Məhz bu baxış bucağından yanaşdıqda aydın olur ki, "Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyası yeni bir başlanğıcdan daha çox zamanın tələblərinə uyğun şəkildə yenilənmiş və müasir çağırışlara cavab verən davamlı dövlət xəttidir.

2040-cı ilə doğru mədəni inkişafın əsas xətti milli kimliyin məzmunlu şəkildə yaşadılmasıdır. Dilin qorunması və zənginləşdirilməsi, milli musiqi irsinin - muğamın, aşıq sənətinin, xalq rəqslərinin müasir texnologiyalar vasitəsilə beynəlxalq auditoriyaya çıxarılması bu baxımdan prioritet istiqamətlərdir. Rəqəmsal platformalar, süni intellekt və virtual mədəniyyət mühitləri Azərbaycan mədəniyyətinin yeni təqdimat formalarına çevrilməlidir.

Qloballaşmanın təsir göstərdiyi ən həssas sahələrdən biri gənclərin dünyagörüşüdür. "Azərbaycan mədəniyyəti - 2040" baxışı gənclərin milli kimliyi yalnız tarix kitablarında deyil, gündəlik həyat tərzində hiss etməsini hədəfləməsidir. Təhsil sistemində mədəniyyətin yalnız fənn kimi deyil, dəyər kimi təbliği, milli-mənəvi irsin yaradıcı formada öyrədilməsi gələcəyin mədəni dayaqlarını formalaşdıracaq.

Sözsüz ki, bu prosesdə dövlət siyasəti həlledici rol oynayır. Son illər mədəni irsin qorunması, işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni abidələrin bərpası, milli mədəniyyətin beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan addımlar 2040 vizyonunun real əsaslara söykəndiyini göstərir. Mədəniyyət artıq yalnız estetik sahə deyil, həm də milli təhlükəsizlik və ideoloji davamlılıq məsələsidir.

Eyni zamanda milli-mənəvi dəyərlərin qorunması özünəvurğunluq, qapanma anlamına gəlməməlidir. Azərbaycan mədəniyyəti tarix boyu fərqli sivilizasiyaların kəsişmə nöqtəsində formalaşıb və bu xüsusiyyət onu gücləndirib. "Azərbaycan mədəniyyəti - 2040" perspektivində də məqsəd milli özünəməxsusluğu qorumaqla qlobal mədəni dialoqda fəal iştirak etmək, Azərbaycan modelini dünyaya çatdırmaqdır.

Bu gün Azərbaycan beynəlxalq aləmdə artıq təkcə siyasi və iqtisadi təşəbbüslərlə deyil, fərqli mədəniyyətlərin dialoq və müzakirə məkanı kimi də tanınır. 2008-ci ildə əsası qoyulan və dünyada geniş rezonans doğuran "Bakı Prosesi", eləcə də mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar forumları Azərbaycanın multikultural dəyərlərə verdiyi önəmin praktik təzahürüdür. Bu mötəbər platformalarda müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların nümayəndələri bir araya gələrək qlobal çağırışları məhz Bakıda -Azərbaycanda  müzakirə edirlər. Bütün bunlar sübut edir ki, Azərbaycan artıq regional deyil, qlobal mədəni dialoqun mərkəzlərindən biri kimi qəbul olunur.

Nəticə etibarilə "Azərbaycan mədəniyyəti - 2040" yalnız gələcək üçün proqnoz deyil, bu gündən atılmalı olan addımların yol xəritəsidir. Qloballaşan dünyada milli kimliyi qorumağın yeganə yolu onu inkişaf etdirmək, yaşatmaq və gələcək nəsillərə çağdaş dildə ötürməkdir. Azərbaycan mədəniyyəti bu gücə, bu potensiala və bu tarixi missiyaya sahibdir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  

23:04
13 Fevral

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir  

22:41
13 Fevral

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir  

22:33
13 Fevral

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı  

22:31
13 Fevral

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib 

22:24
13 Fevral

Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb  

22:14
13 Fevral

Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb  

22:13
13 Fevral

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında Tramp Marşrutu layihəsinin əhəmiyyətindən danışıb  

22:06
13 Fevral

Ərəb politoloq: Azərbaycan postmünaqişə mərhələsində praqmatik və gələcəyə yönəlmiş yanaşma nümayiş etdirir 

21:34
13 Fevral

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub  

20:39
13 Fevral

Nazir: Azərbaycanla Serbiya arasında imzalanmış sənədlər əməkdaşlığın güclü hüquqi bazasını təşkil edir  

20:28
13 Fevral

“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb  

20:01
13 Fevral

Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib  

19:41
13 Fevral

Bahar Özsoy: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir urbanizasiya modelinin tətbiqinə xüsusi önəm verir  

19:28
13 Fevral

Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqələrinin bərpası həqiqətə uyğun deyil  

19:05
13 Fevral

İsrail-ABŞ-Azərbaycan əməkdaşlığı regionda uzunmüddətli strateji dayanıqlığın əsaslarını formalaşdırır

18:58
13 Fevral

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

18:13
13 Fevral

Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib  

18:03
13 Fevral

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:51
13 Fevral

Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:43
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!