01 Oktyabr 2023 09:50
556
İQTİSADİYYAT
A- A+
Qədim Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərlər salınır

Qədim Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərlər salınır

 

Azərbaycanın bu sahədəki təcrübəsindən dost ölkələr də faydalanır

 

Bu tədbirin  açılış mərasiminin Zəngilanda keçirilməsi dərin məna daşıyırdı. Bu, 30 ilə yaxın işğal altında olan, həmin müddətdə Qarabağın və Şərqi Zəngəzurun digər yaşayış məntəqələri kimi düşmənin viran qoyduğu, indi isə özümüzün yenidən saldığımız bir şəhərə dünyanın diqqətini cəlb etmək demək idi.
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi - 2023" tədbirləri çərçivəsində  "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi bir gün ondan əvvəl istifadəyə verilmiş Zəngilan Konqres Mərkəzində keçirildi. Bu faktın özü də göstərir ki, şəhərsalma ilə bağlı belə mötəbər  tədbirə evsahibliyi etməyimiz təsadüfi deyil. 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən cəmi üç il keçir. Azərbaycan bu qısa vaxt ərzində dünyanın gözü qarşısında görün düşmənin yerlə yeksan etdiyi neçə şəhərin, "ağıllı kənd"in, yaşayış kompleksinin təməlini qoyub. Təzədən salınan şəhərlərdə möhtəşəm infrastruktur obyektləri istifadəyə verib! 
Forumun açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi: "Böyük qayıdış proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni bu gün 8 şəhər və 92 kəndin baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu bizim proqramın tərkib hissəsidir. Digər bir element infrastrukturdur. Məsələn, dünən mən burada - Zəngilanda 10 meqavat gücündə yeni su-elektrik stansiyasının açılışını etdim. Ancaq növbəti altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Yəni azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib... Enerji potensialı, nəqliyyat, yaşayış layihələri - bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq".
Xatırladaq ki, I Şəhərsalma Forumunu ötən il Ağdam şəhərində keçirmişdik. İşğal dövründə erməni vandallarının darmadağın etdiyi, yer üzündən silmək istədiyi, bu gün isə bizim  sıfırdan başlayaraq inşa etdiyimiz şəhərdə...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev də diqqəti bu fakta cəlb edərək jurnalistlərlə söhbətində deyib: "Ötən il Ağdam şəhərində, bu il isə Zəngilandayıq. Zəngilanda reallaşdırılmış layihələrin də şahidiyik. Zəngilan şəhərində Konqres Mərkəzi ilk qonaqlarını qarşılayır. Bu, Zəngilanda reallaşdırılmış ilk layihələrdən biridir. Ötən ildən fərqli olaraq tədbir 3 gün davam edəcək. İştirakçıların da sayı artmaqdadır. Əgər keçən il 45 ölkədən nümayəndə gəlmişdisə, bu il 53 ölkədən təmsilçi var. Biz həm azad edilmiş ərazilərdə Azərbaycanın şəhərsalma sahəsində gördüyü işləri göstərmək, həm də dünya ölkələrinin təcrübəsini öyrənmək və tətbiq etmək imkanı əldə etmişik".
Komitə sədri onu da nəzərə çatdırıb ki, hazırda sonuncu - Laçın şəhərinin baş planı üzərində iş gedir. Bir sıra kəndlərin əksəriyyətinin ərazi planlaşdırma sənədləri hazırlanır və təsdiq olunur.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif forumdakı çıxışında ölkəmizin şəhərsalma sahəsindəki nailiyyətlərini qeyd edərək bildirib: "Cari Milli Şəhərsalma Forumunda Azərbaycan hökuməti, bütün aidiyyəti qurumlar, eləcə də yerli icra hakimiyyəti, idarəetmə qurumları illik platformada üzərinə götürdüyü Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı müvafiq olaraq məlumat, hesabat verirlər. BMT də aidiyyəti qurum olaraq yeni şəhərsalma gündəliyi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərini, eyni zamanda ərazi, iqtisadi və ətraf mühit planlamasını özündə ehtiva edir. Bəli, Milli Şəhərsalma Forumu məhz ən ali zirvədən tutmuş - söz düşmüşkən, Azərbaycanın həqiqətən də bariz nümunəsi fonunda - milli səviyyədə keçirilən belə bir şəhərsalma forumu ölkələr üçün, nümayəndələr üçün də 2024-cü ildə Qahirədə keçiriləcək müvafiq tədbir üçün həqiqətən də mühüm platformadır. BMT-nin Baş Assambleyasının 78-ci sessiyasında qeyd olunduğu kimi, günümüzdə artıq köhnəlmiş, qeyri-funksional və ədalətsiz bir nizamda məhz memarlıq gələcəkdə DİM-lərin inkişafına mühüm töhfə verə bilər. Milli səviyyədə isə bütün bu işlər, iqtisadi, sosial ərazi planlaşdırılması Azərbaycanın, təbii ki, Zəngilanda nümayiş etdirdiyi inkişafla paraleldir. Burada inklüziv, düzgün ərazi yanaşması milli inkişaf planında vəhdət halı almışdır".
Məlumdur ki, müasir dünya problemləri sırasında  urbanizasiya da dayanır. Yəni insanlar şəhərdə, rahat şəraitdə yaşamağa üstünlük verirlər. Bu meylin ölkəmizdə də hökm sürdüyü heç kəsə sirr deyil və bunu dövlətimizin başçısı forumdakı çıxışında da qeyd edib. Lakin bir həqiqət də var! Ölkəmizin iri şəhərlərində və rayon mərkəzlərində  dövlətin məcburi köçkünlər üçün tikdiyi  hər şəraiti olan evlərdə yaşayan  qarabağlılar, şərqi zəngəzurlular böyük sevinc və coşqu ilə öz doğma kəndlərinə dönürlər.  Prezident İlham Əliyev bunu vurğulayaraq demişdir: "Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Ancaq torpaqlarımız azad edilən kimi biz sorğu keçirdik və onların mütləq əksəriyyəti evlərinə qayıtmaq arzusunu ifadə etdilər. Bu gün artıq qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər. Yəni bunu da düzgün qiymətləndirmək lazımdır. Bu gün hər kəs urbanizasiyadan danışır. Bizdə də bu mövzu var. Bizim bu problemimiz uzun illərdir yaşanır - insanlar bölgələrdən, kəndlərdən şəhərə can atırlar. Çünki şəhərdə daha çox iş yerləri, məşğulluq imkanları var və özləri üçün daha yaxşı şərait yaratmaq istəyirlər. Amma bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu isə ilk növbədə Azərbaycan xalqının öz Vətəninə nə dərəcədə bağlı olduğunu göstərir. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".
Bu, digər bir tərəfdən də onlar üçün getdikləri yerdə yaradılan yaxşı şəraitlə, nəticə etibarilə şəhərsalma, yeni, "ağıllı kənd"lərin qurulması sahəsindəki uğurlarımızla bağlıdır. Sözügedən forum kimi tədbirlər sayəsində biz bu sahədəki təcrübəmizi digər ölkələrlə bölüşür, onların nailiyyətlərindən faydalanırıq. Tədbirin iştirakçısı olan Meksikanın  Queretaro əyalətinin başçısı Rogeylo Alkoser Qomez də sanki bütün qonaqlarımızın fikrini ifadə edərək deyib: "Hər kəs bir-birilə əlaqə yaratmalı, bir-birindən öyrənməlidir. Məhz bu əməkdaşlıq dünyada davamlı inkişaf üçün çox vacibdir. Biz Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq etməyi də planlaşdırırıq".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!