06 Avqust 2026 10:10
1252
Mədəniyyət
A- A+
Qəbələ festivalı bu il də musiqi bayramına çevrildi

Qəbələ festivalı bu il də musiqi bayramına çevrildi


Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və təbiət gözəlliklərini özündə yaşadan Qəbələ bu gün təkcə turizm məkanı deyil, eyni zamanda mədəniyyət ünvanlarımızdan biridir. Bir zamanlar Qafqaz Albaniyasının paytaxtı olmuş, füsunkar dağların qoynunda yerləşən Qəbələ şəhəri uzun illərdir ki, həm də musiqisevərlərin diqqət mərkəzindədir. Hər yay burada səslənən klassik musiqi  qədim şəhərin əsrlərin yaddaşını yaşadan ruhu ilə vəhdət təşkil edir.

Qəbələ Beynəlxalq Musiqi Festivalı ilk dəfə 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. Həmin il təşkil edilən festival Azərbaycanın musiqi tarixində yeni bir ənənənin başlanğıcı idi. Dünyanın 16 ölkəsindən tanınmış musiqiçilərin iştirak etdiyi ilk festival Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə açılıb və bir neçə gün ərzində tədbirdə klassik musiqinin ən gözəl nümunələri səsləndirilib. Festival çərçivəsində keçirilən beynəlxalq gənc pianoçular müsabiqəsi isə istedadların üzə çıxarılması və beynəlxalq musiqi əlaqələrinin genişləndirilməsi baxımından mühüm hadisə kimi tarixə düşüb. Həmin gündən etibarən Qəbələ dünyanın tanınmış musiqiçilərinin görüş ünvanına çevrilməyə başlayıb.

Sonrakı illərdə festivalın miqyası daha da genişləndi. Avropa, Asiya və Amerikanın nüfuzlu musiqi kollektivləri, dünyaşöhrətli dirijorlar, opera və balet ulduzları, görkəmli pianoçular, skripkaçılar və vokal ifaçıları Qəbələ səhnəsində çıxış etdilər. Muğam gecələri, simfonik konsertlər, kamera musiqisi axşamları, caz proqramları və gənc ifaçıların təqdimatları festivalın ayrılmaz hissəsi oldu.

Ötən illər ərzində Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın tanınmış dirijorlarını, solistlərini, orkestr və musiqi kollektivlərini bir araya gətirən nüfuzlu sənət platformasına çevrilib. Artıq iki ildir ki, festivalın "Qış nağılı" layihəsi də təşkil olunur ki, bu da Qəbələnin ilboyu mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsinə xidmət edir.

İldən-ilə iştirakçı ölkələrin sayının artması, tamaşaçı auditoriyasının genişlənməsi və proqramın zənginləşməsi nəticəsində Qəbələ Beynəlxalq Musiqi Festivalı Cənubi Qafqazın ən nüfuzlu musiqi tədbirlərindən biri statusunu qazanıb. Bu layihə Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasına və mədəniyyətlərarası əlaqələrin genişlənməsinə mühüm töhfə verir. 

Bu möhtəşəm ənənə bu il də uğurla davam etdi. İyulun 29-dan avqustun 3-dək Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Avstriya, Qazaxıstan, Moldova, Özbəkistan, Vyetnam, Almaniya, Niderland və digər ölkələrdən gələn musiqiçilər, dirijorlar, balet artistləri və rəqs kollektivləri iştirak edirdilər.

Açılış mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli vurğuladı ki, 15 il ərzində Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın aparıcı musiqiçilərini bir araya gətirən nüfuzlu beynəlxalq mədəniyyət layihəsinə çevrilib, festival hər il zəngin proqramı ilə fərqli musiqi janrlarını bir araya gətirərək sənətsevərlərə unudulmaz anlar yaşadır.

Festivalın ilk günü açıq səma altında keçirilən möhtəşəm balet qala-konserti xüsusi maraq doğurdu. Mariinski, Bolşoy, Vyana Dövlət, Bavariya Dövlət və Niderland Milli Balet teatrlarının aparıcı solistlərinin çıxışları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı. Lüdviq Minkusun "Don Kixot", Sergey Prokofyevin "Romeo və Cülyetta", Adolf Adanın "Jizel" və digər dünyaşöhrətli baletlərdən təqdim olunan parçalar Qəbələ səmasında klassik sənətin əsl təntənəsinə çevrildi.

Festival günlərində Vyetnamın "Bronze drum" ansamblının milli vokal proqramı, Özbəkistanın "Daşkənd Zeboları" Xalq Rəqs Ansamblı və "Bek" Doyraçılar Ansamblının çıxışları, "Yalla" ansamblının bədii rəhbəri, canlı əfsanə Fərrux Zakirovun konserti tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin təqdim etdiyi konsert isə festivalın humanist mahiyyətini və inklüziv dəyərlərini bir daha nümayiş etdirdi.

Ənənəyə sadiq qalaraq festival proqramında Azərbaycanın milli sərvəti olan muğama da geniş yer ayrıldı. Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva və başqalarının ifasında səslənən "Segah", "Bayatı-Şiraz", "Şur", "Dilkəş" və "Qarabağ şikəstəsi" tamaşaçılarda dərin təəssürat yaratdı.

Kamera musiqisi axşamı, Azərbaycan və dünya kinofilmlərindən məşhur musiqilərin səsləndirildiyi xüsusi layihə, Bakı Musiqi Akademiyası tələbələrinin konserti, Moldovanın "Fluieraş" Xalq Mahnı və Rəqs Ansamblı ilə "Millenium" etnoestrada qrupunun çıxışları festivalın proqramına xüsusi rəng qatdı. Beləliklə, Qəbələ səhnəsində klassik musiqi ilə folklor, Avropa musiqi ənənələri ilə Şərq mədəniyyəti eyni sənət məkanında qovuşdu.

Avqustun 3-də festival çərçivəsində Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin möhtəşəm konserti təşkil olundu. Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Əməkdar artist Elnarə Məmmədova və digər tanınmış solistlərin çıxışları festivalın yüksək sənət səviyyəsini bir daha nümayiş etdirdi.

Artıq on beş ildir ki, Qəbələdən səslənən musiqi sədaları daha da uzaqlara yayılaraq Azərbaycanın zəngin mədəniyyət salnaməsinə yeni uğurlu səhifələrini yazır. Bu festival həm milli musiqi irsimizin dünyaya təqdim olunmasına, həm gənc istedadların inkişafına, həm də Azərbaycanın tolerantlıq və multikulturalizm dəyərlərinin beynəlxalq aləmdə təbliğinə mühüm töhfələr verməkdə davam edir. Qəbələ Beynəlxalq Musiqi Festivalı bir daha göstərir ki, musiqi həqiqətən sərhəd tanımır.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

15:31
21 Sentyabr

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

 Beyin sağlamlığını qorumağın sadə və effektiv üsulu 

15:22
21 Sentyabr

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

15:17
21 Sentyabr

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15:09
21 Sentyabr

Yaponiya əhalisinin 29 faizdən çoxunu 65 yaş və yuxarı şəxslər təşkil edir  

15:06
21 Sentyabr

PAŞA Sığorta və Premium Residence Sea Breeze arasında memorandum imzalanıb  

15:05
21 Sentyabr

Yerin formasında qeyri-adi dəyişikliklər aşkar edilib  

14:51
21 Sentyabr

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

14:17
21 Sentyabr

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!