22 Dekabr 2025 16:31
270
Mədəniyyət
A- A+
Qazaxda Yusif Səmədoğlunun “Simurq quşu” tamaşası nümayiş etdirilmişdir  

Qazaxda Yusif Səmədoğlunun “Simurq quşu” tamaşası nümayiş etdirilmişdir  

“Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. 

Sərəncamda qeyd edildiyi kimi, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalarındandır. Yüksək bədiilik nümunəsi olan, dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri olmuşdur. 

Xalq yazıçısının 90 illik yubileyi doğma Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunur. Bu günlər Qazax Dövlət Dram Teatrı görkəmli yazıçısının "Simurq quşu" tamaşasını nümayiş etdirmişdir. Tamaşadan əvvəl Qazax Dövlət Dram Teatrının direktor əvəzi Allahverdi Musayev çıxış edərək  Yusif Səmədoğlunun XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik simalarından olduğunu qeyd etmişdir. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Qazax Dövlət Dram Teatrının kollektivi olaraq Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş bu tamaşanı hazırlamaqla dəyərli ziyalımıza olan ehtiramı bir daha nümayiş etdirmişdir.

Sonra Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş tamaşanın hazırlanmasında əməyi olanlara minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, teatrın əməkdaşı Hikmət Orhun tərəfindən Yusif Səmədoğlunun eyni adlı hekayəsi əsasında səhnələşdirilən əsər tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Elvin Abbasov, Ceyhun Vəlizadə, İlqar Hacəliyev, Kamil Məmmədov ifa etmişlər.

Sabir ƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

04:45
25 Dekabr

“Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

04:44
25 Dekabr

Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

04:43
25 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar  

23:19
24 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar  

22:46
24 Dekabr

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb  

22:43
24 Dekabr

“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib  

22:42
24 Dekabr

Avropa Komissiyası ABŞ-ın bəzi Aİ vətəndaşlarına səyahət məhdudiyyəti tətbiq etməsini pisləyib  

22:39
24 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

22:36
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb  

20:20
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB-3 

20:15
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini panel müzakirələrlə davam etdirib  

20:07
24 Dekabr

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib  

20:03
24 Dekabr

TÜRKSOY-un Baş katibi Sultan Raevdən  

19:58
24 Dekabr

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan  

19:57
24 Dekabr

Azərbaycanın müdafiə naziri Liviya tərəfinə başsağlığı verib  

19:02
24 Dekabr

Orta Dəhliz üzrə yük axınlarının artması Azərbaycan üzrə hansı yeni imkanlar yaradır?  

18:44
24 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:42
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:39
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:38
24 Dekabr

Moskva Mayamidə danışıqların yekunları üzrə Vaşinqtonla əlaqələrini davam etdirəcək  

18:37
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!