20 Dekabr 2025 19:23
439
Mədəniyyət
A- A+
Mixail Qusman: Maqsud İbrahimbəyov təkcə Azərbaycanın dahi mədəni və ədəbi fenomeni deyil  

Mixail Qusman: Maqsud İbrahimbəyov təkcə Azərbaycanın dahi mədəni və ədəbi fenomeni deyil  


Mən Maqsud İbrahimbəyovu həyatım boyu xatırlayacağam.

Bu barədə AZƏRTAC-a tanınmış jurnalist, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusman Maqsud İbrahimbəyovun “Neft bumu hər kəsə gülümsəyir” pyesinin daxil olduğu kitabın təqdimatı zamanı bildirib.

Bakı Kitab Mərkəzində təşkil edilən tədbir yazıçının 90 illik yubileyinə həsr olunmuş festival çərçivəsində keçirilib və Maqsud İbrahimbəyovu şəxsən tanıyan, onun yaradıcılığının uzun müddət pərəstişkarı olaraq qalan insanları bir araya gətirib.

“Maqsud gənc yaşlarımdan bəri həyatımda xüsusi yer tutub. Böyük qardaşımla dost olmaqla yanaşı, atamla da gözəl münasibətləri var idi. O, evimizə gələrdi və onların ünsiyyətini izləmək əsl sevinc idi. Cəsarətlə deyə bilərəm ki, mən də onun dostu idim və bu dostluğa çox dəyər verirdim. Mənim üçün Maqsud, bir daha vurğulayıram ki, həyatımın xüsusi bir parçasıdır”, - deyə Mixail Qusman vurğulayıb.

O qeyd edib ki, Maqsud İbrahimbəyov haqqında çox uzun və ətraflı danışmaq olar.

“O, təkcə Azərbaycanın dahi mədəni və ədəbi fenomeni deyil. Maqsud qlobal səviyyəli bir insandır. Onda hər şey – həm ədəbi istedad miqyası, həm erudisiya, həm də dünyaya fəlsəfi baxış birləşirdi... Bütün bunlar birlikdə Maqsudu Azərbaycan üçün əbədi olaraq görkəmli şəxsiyyət halına gətirib. Mən hesab edirəm ki, heç də hər bir xalqın Maqsud kimi görkəmli ədəbi nəhəngləri yoxdur”, - deyə o qeyd edib.

Mixail Qusmanın sözlərinə görə, Maqsud İbrahimbəyovun yaradıcılığı bu gün üçün tamamilə müasirdir: “Onun hekayələri gələcək nəsil üçün də maraqlı olaraq qalır. Məsələn, oğlumun Maqsudun kitabları ilə böyüdüyü və onun əsərlərinə heyran qaldığı mənim üçün çox xoşdur. Artıq qeyd etdiyim kimi, onun məşhur “Ondan yaxşı qardaş yox idi” hekayəsi, mənim fikrimcə, rus olmayan bir yazıçı tərəfindən rus dilində yazılmış ən yaxşı ədəbi əsərdir”.

Maqsud İbrahimbəyovun rus dilində yazdığını qeyd edən Mixail Qusman yazıçının ədəbi miqyasının dil məhdudiyyətlərini aşdığını vurğulayıb.

“Xatırlayıram, əgər səhv etmirəmsə, “Gülüstan” Sarayında Maqsudun altmışıncı doğum günü qeyd olunanda, bayram tədbirində iştirak edən Heydər Əliyev onu təbrik edib, mükafatlandırararaq çox müdrik fikir söylədi: Nəsimi və Nizami Azərbaycan dilində deyil, fars və ərəb dillərində yazırdılar, lakin buna baxmayaraq, onlar dahi Azərbaycan şairləridir. Rus dilində yazan Maqsud da əbədi olaraq Azərbaycan ədəbiyyatının klassiki olaraq qalacaq”, - deyə Mixail Qusman bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

04:45
25 Dekabr

“Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

04:44
25 Dekabr

Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

04:43
25 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar  

23:19
24 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar  

22:46
24 Dekabr

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb  

22:43
24 Dekabr

“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib  

22:42
24 Dekabr

Avropa Komissiyası ABŞ-ın bəzi Aİ vətəndaşlarına səyahət məhdudiyyəti tətbiq etməsini pisləyib  

22:39
24 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

22:36
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb  

20:20
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB-3 

20:15
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini panel müzakirələrlə davam etdirib  

20:07
24 Dekabr

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib  

20:03
24 Dekabr

TÜRKSOY-un Baş katibi Sultan Raevdən  

19:58
24 Dekabr

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan  

19:57
24 Dekabr

Azərbaycanın müdafiə naziri Liviya tərəfinə başsağlığı verib  

19:02
24 Dekabr

Orta Dəhliz üzrə yük axınlarının artması Azərbaycan üzrə hansı yeni imkanlar yaradır?  

18:44
24 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:42
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:39
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:38
24 Dekabr

Moskva Mayamidə danışıqların yekunları üzrə Vaşinqtonla əlaqələrini davam etdirəcək  

18:37
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!