23 İyun 2026 15:41
154
CƏMİYYƏT
A- A+
Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə baş tutub – YENİLƏNİB 

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə baş tutub – YENİLƏNİB 


Bu gün Şəki-Zaqatala iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, qlobal çağırışlar və dəyişən iqtisadi şərait kənd təsərrüfatında yeni yanaşmaların tətbiqini zəruri edir. O qeyd edib ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi 2026–2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin potensialından daha səmərəli istifadəyə və dayanıqlı inkişafın təmininə xidmət edir. Şahmar Mövsümov vurğulayıb ki, qarşıdakı illərdə əsas diqqət məhsuldarlığın artırılmasına, müasir texnologiyaların tətbiqinə, su və torpaq resurslarının səmərəli idarə olunmasına yönələcək. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı və bazara çıxış imkanlarının genişləndirilməsi fermerlərin gəlirlərinin artmasına əlavə stimul verəcək. O bildirib ki, dövlət tərəfindən yaradılmış imkanlardan səmərəli istifadə və sahibkarların təşəbbüskarlığı bu hədəflərə çatmaqda mühüm rol oynayır. Proqramın uğurlu icrasının aqrar sektorun rəqabət qabiliyyətini artırmaqla yanaşı, regionların sosial-iqtisadi inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi qeyd olunub.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev aqrar sahənin inkişafı istiqamətində qarşıda duran əsas prioritetlər və Dövlət Proqramında nəzərdə tutulan hədəflər barədə ətraflı məlumat verib. O bildirib ki, proqram aqrar sahədə innovativ yanaşmaların genişləndirilməsi, emal sənayesinin inkişafı, əlavə dəyər zəncirinin gücləndirilməsi və fermerlərin iqtisadi imkanlarının artırılmasına xidmət edir. Nazir müavini vurğulayıb ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövlət dəstəyi mexanizmləri daha da təkmilləşdiriləcək, innovativ yanaşmalar və rəqəmsal həllərin tətbiqi genişləndiriləcək. Zaur Əliyev Dövlət Proqramının uğurlu icrasının ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və aqrar sektorun yeni inkişaf mərhələsinə keçidinə mühüm töhfə verəcəyini qeyd edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, Dövlət Proqramının hədəflərinə nail olunmasında su ehtiyatlarının səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihələr regionun su təminatının yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına və yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsinə şərait yaradacaq. Eyni zamanda, iqlim dəyişiklikləri fonunda müasir suvarma texnologiyalarının tətbiqi, su itkilərinin azaldılması və infrastrukturun yenilənməsinin vacibliyi vurğulanıb. Agentlik tərəfindən suvarma şəbəkələrinin, hidrotexniki qurğuların və subartezian quyularının vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov aqrar sahədə həyata keçirilən məqsədyönlü siyasətin regionların sosial-iqtisadi inkişafına mühüm təkan verdiyini vurğulayıb. O qeyd edib ki, Dövlət Proqramı Şəki rayonunda kənd təsərrüfatının daha müasir əsaslarla inkişafı üçün geniş perspektivlər açır. Bildirilib ki, Əlicançay və Əyriçay su anbarları kimi strateji layihələrin icrası suvarma imkanlarını genişləndirərək taxılçılıq və digər sahələrdə məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq. Elxan Usubov qeyd edib ki, rayonda aqrar sahəyə yatırılan investisiyalar, fəaliyyət göstərən emal müəssisələri və sahibkarlıq təşəbbüsləri məşğulluğun artırılmasına və iqtisadi fəallığın güclənməsinə xidmət edir.

Müşavirədə iştirak edən fermerlər və sahibkarlar aqrar sahədə həyata keçirdikləri fəaliyyətlər, layihələr və gələcək planlar barədə məlumat veriblər. Çıxışlarda dövlətin aqrar sahəyə göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub. Qeyd edilib ki, tətbiq olunan dəstək mexanizmləri və infrastruktur layihələri bölgələrdə yeni imkanlar yaradaraq təsərrüfatların inkişafına, məhsuldarlığın və gəlirlərin artmasına şərait formalaşdırıb. Bildirilib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər aqrar istehsalın daha səmərəli təşkili, emal sənayesinin inkişafı və ixrac potensialının genişlənməsinə mühüm töhfə verəcək.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Dövlət Proqramının uğurlu icrası üçün bütün aidiyyəti qurumlar operativ fəaliyyətə keçməli və rayonlar üzrə prioritet istiqamətlər dəqiqləşdirilməlidir. Yerli icra hakimiyyəti orqanlarının üzərinə də böyük məsuliyyətin düşdüyünü deyən Şahmar Mövsümov əlavə edib ki, hər bir rayon üzrə sosial-iqtisadi inkişaf planlarının Dövlət Proqramında müəyyən edilmiş hədəf və prioritetlərə uyğun hazırlanması və icrasının təmin edilməsi zəruridir. Qeyd olunub ki, Dövlət Proqramının icrasında dövlət və özəl sektorun koordinasiyalı fəaliyyəti, xüsusilə sahibkar və fermerlərin fəallığı həlledici əhəmiyyət daşıyır. Şahmar Mövsümov vurğulayıb ki, Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi müəyyən edilmiş hədəflərə nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!