13 İyul 2026 14:09
427
SİYASƏT
A- A+
Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür

Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür

Prezident İlham Əliyevin Qarabağa növbəti səfəri bir daha nümayiş etdirdi ki, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq prosesi yeni inkişaf mərhələsinə yüksəlib. Bu gün Qarabağda təkcə şəhərlər və kəndlər yenidən qurulmur. Burada Azərbaycanın gələcəyi formalaşır, tarixi ədalət öz yerini tapır, milli-mənəvi dəyərlərimiz yenidən öz doğma məkanına qovuşur.

 

Prezident İlham Əliyevin Şuşaya, Xankəndiyə və Xocavəndə səfəri çərçivəsində iştirak etdiyi açılışlar, tanış olduğu layihələr və verdiyi yeni tapşırıqlar göstərir ki, Böyük Qayıdış Proqramı yüksək dinamika ilə davam edir. Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərin miqyası dünyanın aparıcı ekspertləri tərəfindən də xüsusi maraqla izlənilir. Müasir şəhərsalma prinsipləri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, güclü infrastrukturun qurulması, iqtisadi fəallığın genişləndirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, sosial obyektlərin istifadəyə verilməsi Azərbaycanın bu torpaqlara uzunmüddətli inkişaf baxışının real nəticələridir.

 

Xankəndidə müşahidə olunan sürətli dəyişikliklər xüsusi diqqət çəkir. Uzun illər separatizmin mərkəzinə çevrilmiş bu şəhər bu gün Azərbaycanın dövlət idarəçiliyinin, sabitliyinin və inkişaf siyasətinin uğurlu nümunələrindən biri kimi yeni sima qazanır. Dövlət qurumlarının fəaliyyəti, abadlıq işləri, bərpa olunan ictimai məkanlar, canlanan sosial həyat və artan iqtisadi fəallıq bir daha sübut edir ki, Azərbaycan öz suverenliyini yalnız hərbi-siyasi müstəvidə yox, quruculuq, inkişaf və insan amilinə söykənən siyasəti ilə də möhkəmləndirir.

 

Şuşada görkəmli tarzən Sadıqcanın ev-muzeyinin açılması isə xüsusi mənəvi əhəmiyyət daşıyır. Çünki Qarabağın dirçəlişi yalnız fiziki quruculuqla məhdudlaşmır. Tarixi irsimizin, milli yaddaşımızın, mədəni sərvətlərimizin və görkəmli şəxsiyyətlərimizin irsinin bərpası dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İşğal illərində dağıdılmış abidələrin, məscidlərin, muzeylərin və tarixi tikililərin əvvəlki görkəminə qaytarılması xalqımızın öz köklərinə sadiqliyinin və dövlətimizin mədəni irsə verdiyi yüksək dəyərin bariz ifadəsidir.

 

Qarabağda həyata keçirilən bu möhtəşəm quruculuq prosesi fonunda təəssüf doğuran məqamlardan biri də bəzi radikal müxalifət dairələrinin, xüsusilə Milli Şuranın sərgilədiyi mövqedir. Azərbaycanın tarixi Zəfərinin nəticəsi olaraq Qarabağda həyat yenidən canlanır, insanlar doğma yurdlarına qayıdır, şəhərlər müasir sima qazanır, mədəni irsimiz bərpa olunur. Belə bir mərhələdə milli maraqları üstün tutmaq hər bir siyasi qüvvənin məsuliyyətidir. Təəssüf ki, Milli Şura ölkəmizin bu böyük uğurlarını obyektiv qiymətləndirmək əvəzinə, qərəzli yanaşmanı üstün tutur. Halbuki Qarabağda görülən işlər hər gün göz önündədir və bu reallıq hər cür əsassız iddianın ən tutarlı cavabıdır.

 

Prezident İlham Əliyevin Qarabağa hər səfəri yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla yanaşı, görülən işlərə birbaşa nəzarətin, yeni strateji hədəflərin və dövlətimizin qətiyyətli siyasi iradəsinin ifadəsidir. Bu səfərlər nəticəsində verilən tapşırıqlar Qarabağın dirçəliş tempini daha da artırır, Böyük Qayıdış Proqramının ardıcıl icrasını təmin edir və bölgənin sosial-iqtisadi inkişafına yeni təkan verir.

 

Xüsusi olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətini qeyd etmək istərdim. Son illərdə Şuşanın tarixi-mədəni irsinin qorunması, memarlıq abidələrinin, tarixi məhəllələrinin, muzeylərinin və görkəmli şəxsiyyətlərin evlərinin elmi əsaslarla bərpası istiqamətində həyata keçirilən işlər yüksək peşəkarlığın və dövlət qayğısının nümunəsidir. Bu gün Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı kimi yox, milli ruhumuzun, tariximizin və mənəvi dəyərlərimizin yaşadığı müqəddəs məkan kimi bütün dünyaya təqdim olunur.

 

Əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə Cənubi Qafqazın ən inkişaf etmiş, ən müasir və ən cəlbedici bölgələrindən birinə çevriləcək. Bu gün Qarabağda yazılan tarix yalnız yenidənqurma salnaməsi yox, Azərbaycanın gücünün, qətiyyətinin, milli birliyinin və qalib dövlət iradəsinin parlaq təcəssümüdür.

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

UEFA Superkubokunu "PSJ" qazandı

15:05
13 Avqust

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

15:00
13 Avqust

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:55
13 Avqust

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

14:50
13 Avqust

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

14:45
13 Avqust

Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  

14:40
13 Avqust

Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər

14:35
13 Avqust

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

14:30
13 Avqust

Odessada sərnişin qatarına dron hücumu nəticəsində iki maşinist həlak olub

14:25
13 Avqust

İkinci rübdə Hörmüzdən daşınan neft və neft məhsullarının həcmi sutkada 4,9 milyon barelə enib

14:20
13 Avqust

Azərbaycan dilinin qorunması ilə bağlı məsuliyyət yalnız vikipediyanın üzərinə qoyulmamalıdır  

14:15
13 Avqust

Azərbaycan regionların inkişafını paytaxt mərkəzli iqtisadi modelin alternativi kimi formalaşdırmağa çalışır 

14:10
13 Avqust

“Avroviziya” müharibə edən ölkələr üçün qaydaları dəyişib

14:05
13 Avqust

Qusarda Respublika Şahmat Olimpiadası başa çatıb

14:00
13 Avqust

Salyanda təhsildə fərqlənən məzunlarla görüş keçirilib

13:55
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!