19 Yanvar 2025 08:10
320
İQTİSADİYYAT
A- A+
Qarabağ və Şərqi Zəngəzurdan işıqlı xəbərlər gəlir

Qarabağ və Şərqi Zəngəzurdan işıqlı xəbərlər gəlir


İşğaldan azad edilmiş ərazilərdə daxili tələbatdan çox elektrik enerjisi istehsal olunur


Ermənilərin 30 il işğal altında saxlayıb viran qoyduqları ərazilər indi tikinti-quruculuq meydanına çevrilib. Prezident İlham Əliyev tarixi 44 günlük Zəfərdən sonra dərhal bəyan etmişdi ki, biz bu torpaqları tezliklə cənnətə çevirəcəyik. Dövlət başçısı həmişə olduğu kimi, bu vədini də yerinə yetirir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda nəhəng sosial infrastruktur layihələri icra olunur. Paralel olaraq, dağıdılmış şəhərlər və kəndlər yenidən qurulur. Başqa sözlə, işğaldan azad edilmiş ərazilərimiz əvvəlkindən də yaxşı hala gətirilir.

Qarabağ və Şərqi Zəngəzurda yaşayış şəraitinin yaradılması üçün ilk növbədə sosial infrastruktur bərpa olunur. Çünki bunsuz görülən işlər yarımçıq sayılardı. Digər tərəfdən, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları ilə bərabər, bölgənin iqtisadi potensialından ölkənin ümumi inkişafı üçün istifadə etmək barədə qərar verilmişdir. Bu qərarın icrası sayəsində işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri başa çatmasa da, onun enerji potensialından ölkənin mənafeyi üçün istifadə olunur.

Kiçik Qafqaz dağ silsiləsində formalaşan çaylar üzərində su-elektrik stansiyalarının inşası sistemli şəkildə davam edir. Təkcə son bir ildə 9 su-elektrik stansiyası tikilib. Ümumilikdə isə indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib.

Ötən il sentyabrın 2-də açılışı olan "Zar" Kiçik Su-Elektrik Stansiyasının (KSES) gücü 4,3, "Toğanalı" Kiçik Su-Elektrik Stansiyasının gücü 4,1 MVt-dır. Onların istismara verilməsi regionun "yaşıl enerji" potensialını bir daha ortaya qoyub. Bu stansiyalarda ən müasir texnologiyalardan istifadə edilməklə turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyalar 24 damarlı fiber-optik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sisteminə inteqrasiya olunub. "Zar" və "Toğanalı" KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək "yaşıl enerji"nin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Ötən il Qarabağ və Şərqi Zəngəzurdakı 32 su-elektrik stansiyasında 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal olunub. Həmin enerjinin üçdəbiri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdəiki hissəsi isə ölkənin enerji sisteminə ötürülərək digər regionların tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi çərçivəsində  işlər ardıcıllıqla davam edir. Cari ildə  daha 11 su-elektrik stansiyasının açılışının planlaşdırılması da bunu təsdiqləyir. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su-elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da qeyd edilir ki, 2024-2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə edilməsinə dair tədbirləri nəzərdə tutulur. Həmin strategiyaya uyğun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından "ağıllı su" sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək.

Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər sayəsində sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcək. Bunun sayəsində sözügedən iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək. 

Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı təkcə su-elektrik stansiyalarından ibarət deyil. Zəngilan və Cəbrayılda daha çox enerji istehsal etmək gücündə olan külək və günəş-elektrik stansiyaları da tikiləcək. Bu, ölkəmizə "yaşıl enerji"yə keçməklə yanaşı, ixrac potensialını artırmağa da imkan verəcək.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

12:32
20 Yanvar

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır  

12:27
20 Yanvar

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib  

12:26
20 Yanvar

Təbriz qəzeti 20 Yanvar faciəsi barədə məqalə dərc edib

12:25
20 Yanvar

Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

12:23
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

12:20
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

12:16
20 Yanvar

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

12:12
20 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

12:02
20 Yanvar

20 Yanvar şəhidlərinin ailələri sosial təminat sistemi ilə əhatə olunublar

11:53
20 Yanvar

Türkiyə XİN: Qardaş Azərbaycanın müstəqillik uğrunda şəhid olan qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik  

11:51
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim edilib  

11:10
20 Yanvar

Təbrizdə Qanlı Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

11:08
20 Yanvar

DİN-in şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib

11:06
20 Yanvar

Vaşinqtonda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

11:03
20 Yanvar

Heydər Əliyev və 20 Yanvarın siyasi gerçəklikləri

10:55
20 Yanvar

Bu gün Vaşinqtonda Trampın andiçmə mərasimi keçiriləcək  

10:28
20 Yanvar

Xəzər dənizində zəlzələ qeydə alınıb

10:04
20 Yanvar

Mərakeş mediası 20 Yanvar faciəsindən yazıb

09:28
20 Yanvar

20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı 

09:25
20 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

00:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!