28 Sentyabr 2024 09:32
476
CƏMİYYƏT
A- A+
Qarabağ müharibəsi şəhidlərinin xatirəsi Ankarada ehtiramla anılıb

Qarabağ müharibəsi şəhidlərinin xatirəsi Ankarada ehtiramla anılıb

Ankaradakı “Şuşa” Konqres Mərkəzində 27 sentyabr - Anım gününə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin təşəbbüsü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilati dəstəyi ilə keçirilib.

Diplomatlar, şəhid ailələri üzvləri, qazilər, kursantlar, iki ölkə ictimaiyyətinin nümayəndələri ölkəmizin bütövlüyü və birliyi uğrunda canlarından keçmiş Azərbaycan övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsinə Qurandan surələr oxunub.

Tədbir iştirakçıları 44 günlük Vətən Müharibəsi hadisələri ilə bağlı xatirələrini bölüşüb, Türkiyə-Azərbaycan birliyinin əhəmiyyətini vurğulayıblar.

Türkiyənin Din məsələləri üzrə Ali Şurasının nümayəndəsi Zafer Koç tədbir iştirakçılarına İkinci Qarabağ müharibəsi zamanı Naxçıvanda olduğunu deyib. “Qardaş xalqla birlikdə Qələbə sevincini yaşadım üçün qürur duyuram. Şəhidlər ölməz”, - deyən Koç, Azərbaycan qəhrəmanlarının xatirəsinə dualar oxuyub.

44 günlük Vətən Müharibəsi mövzusunda Qarabağ müharibəsi şəhidlərinin dəfn mərasimini əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, müharibə qəhrəmanlarının xatirəsi ölkəmizin hər bir guşəsində yaşayır. “Şəhidlərin xatirəsinə hər il çoxsaylı tədbirlər təşkil olunur. Gənc nəslin qəhrəmanların xatirəsini yaşatması və ehtiramla yad etməsi üçün hər şey edilir”, - deyə diplomat bildirib.

Daha sonra çıxış edən TADİV-in rəhbəri, professor Aygün Attar Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, Azərbaycan övladlarının şücaəti sayəsində tarixi ədalət bərpa olunub, işğala, separatizmə son qoyulub.

“Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikanın tarixi torpaqlarının uzunmüddətli işğalına son qoyub”, - deyən Attar separatçı liderlərin bu gün Azərbaycan həbsxanalarında ədalətli mühakiməni gözlədiyini əlavə edib.

Azərbaycanın Ankaradakı səfirliyinin nəzdində mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasov bildirib ki, rəhbərlik etdiyi strukturun təşəbbüsü ilə Türkiyənin tanınmış bəstəkarı Ayhan Özel Azərbaycanın Qarabağ müharibəsində qələbəsinə və Azərbaycan şəhidlərinin mübarək xatirəsinə həsr olunmuş opera yazıb. İki qardaş ölkənin ictimaiyyəti yaxın vaxtlarda bu opera ilə bağlı məlumatlandırılacaq.

Tədbir iştirakçılarına 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan ordusunun uğurlu fəaliyyətinin ətraflı təhlili təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunmuş fotosərgi təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir

14:21
28 Sentyabr

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

14:18
28 Sentyabr

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!