17 Fevral 2026 15:41
535
DÜNYA
A- A+
Polşalı geofizik: Buzlaqların ərimə sürəti təkcə alimləri deyil, hər kəsi narahat etməlidir  

Polşalı geofizik: Buzlaqların ərimə sürəti təkcə alimləri deyil, hər kəsi narahat etməlidir  



Təmiz suyun təbii ehtiyatları olan buzlaqlar dünyanın ekosistemlərinə və iqliminə təsir göstərir. Buna görə də onların ərimə sürəti təkcə alimləri deyil, hər kəsi narahat etməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Elmlər Akademiyasının Geofizika İnstitutunun əməkdaşı Bartolomey Luks Polşanın PAP xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

O hesab edir ki, buzlaqların öyrənilməsi iqlim dəyişikliyinin nəticələrini geniş miqyasda görməyə imkan verir.

“Yer kürəsi əhalisinin çox böyük bir hissəsinin qar və buzlaqlardan gələn sudan asılı olduğunu unutmamaq vacibdir. Həmçinin qarın özünün əla izolyator olduğunu, torpağı və orada yaşayan mikroorqanizmləri qışda donmaqdan qoruduğunu da yaddan çıxarmamaq lazımdır. Qar, həmçinin kiçik heyvanlar və bakteriyalar üçün yaşayış yeri kimi xidmət edə bilər”, - deyə artıq 20 ildən çoxdur ki, Şpitsbergenin Hornsund şəhərindəki Polşa qütb stansiyasına müntəzəm olaraq ekspedisiyalar aparan tədqiqatçı izah edib. O əlavə edib: “Bütün həyat dövrünü buzlaqlarda keçirən orqanizmlər var”.

“Albedo” fenomenini - buz və qarın günəş radiasiyasını əks etdirmə qabiliyyətini qeyd edən polşalı alim bildirib ki, bu, öz növbəsində, planeti həddindən artıq istiləşmədən qoruyur. Bartolomey Luks vurğulayıb ki, buzlaqların əriməsi prosesini dayandırmağın yeganə yolu istixana qazı tullantılarını azaltmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BVF qlobal iqtisadi artım proqnozunu 3,1 faizə endirib

10:58
15 Aprel

Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib

10:57
15 Aprel

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

10:57
15 Aprel

İqtisadi fəal əhalinin sayı açıqlanıb

10:51
15 Aprel

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli kömək göstərib  

10:46
15 Aprel

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

10:41
15 Aprel

“Azəristiliktəchizat”: Payız-qış mövsümü başa çatıb

10:33
15 Aprel

I rübdə Azərbaycanın nəql etdiyi qazın 51 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb  

10:26
15 Aprel

Dünya birjalarında neft bahalaşıb 

10:17
15 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:13
15 Aprel

Azərbaycan nefti 118 dollara satılır

10:01
15 Aprel

Azərbaycanın tibb tarixində böyük xidmətləri olan görkəmli alim 

09:44
15 Aprel

ABŞ Prezidenti: NATO bizimlə olmayıb və gələcəkdə də olmayacaq  

09:35
15 Aprel

Xəzər dənizində zəlzələ olub

09:35
15 Aprel

Tramp: İrandakı müharibə hələ bitməyib, amma sona yaxınlaşır

09:34
15 Aprel

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi: Vaşinqton Tehranla razılığa gələ biləcək

09:33
15 Aprel

Hörmüz boğazında vəziyyət düzəlməsə...

09:10
15 Aprel

Dünya Bankı: Neft qiymətləri baxımından aprel ayı daha gərgin olacaq

09:09
15 Aprel

"Mesenat" Hacıya xalq ehtiramının bədii ifadəsidir

09:05
15 Aprel

Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə

09:00
15 Aprel

Təbiəti qoruyaq, gələcəyimizi xilas edək

08:55
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!