20 Aprel 2026 15:01
164
DÜNYA
A- A+
“Politico”: İran müharibəsi Çinin təmiz enerji mənbələri üzrə qlobal dominantlığını gücləndirir  

“Politico”: İran müharibəsi Çinin təmiz enerji mənbələri üzrə qlobal dominantlığını gücləndirir  


ABŞ və İsrailin İrana hücumları səbəbindən enerji qiymətlərinin artmasından əziyyət çəkən Amerikanın müttəfiqləri narahat bir həqiqətlə üzləşir - qazıntı yanacağı şoklarından qaçış yolu onları Çin ilə daha fəal əməkdaşlığa sövq edir.

AZƏRTAC xəbər verir ki, bu fikir “Politico” nəşinin məqaləsində yer alıb. Qeyd olunub ki, Avropa İttifaqı və Birləşmiş Krallıqdan Cənubi Koreya və Filippinə qədər bir çox ölkə müharibənin yaratdığı neft və qaz qiymətlərinin kəskin artmasına elektrikləşdirməni sürətləndirmək və təmiz enerji infrastrukturunun tətbiqi çağırışları ilə cavab verib. Bu, yüksək xərclərə dərhal həll yolu təklif etməsə də, hökumətlər bərpaolunan enerji mənbələri və nüvə enerjisi kimi təmiz, daxili enerji mənbələrini öz iqtisadiyyatlarını qlobal qazıntı yanacağı bazarlarının şoklarından qorumaq üçün uzunmüddətli həll yolu kimi görürlər.

Nəşr diqqətə çatdırır ki, bu məsələdə açıq bir problem də var. Həmin ölkələr karbonsuzlaşdırmaya nə qədər tez keçsələr, lazımi materialların tədarükündə Çinə bir o qədər çox etibar etməli olacaqlar. Çünki Pekin dünyanın təmiz texnologiyasının və vacib mineral tədarükünün böyük əksəriyyətinə nəzarət edir.

“Bir asılılığı digəri ilə dəyişdirmək fikrindən narahat olan hökumətlər danılmaz faktın fərqindədir. İndi sual budur ki, onlar enerji təhlükəsizliyini gücləndirmək üçün bu ehtiyatları kənara qoyacaqlar, yoxsa iqtisadiyyatlarını Çinin dominantlığından qorumaq məqsədilə tədbirlər görməyə davam edəcəklər?”, -deyə nəşr yazır.

Aİ-nin sənaye rəhbəri Stefan Sejurne ötən ay blokun 27 hökumətindən yerli istehsal olan yaşıl texnologiyalara daha çox vergi cəlb olunmasını və dominant oyunçuların xarici investisiyalarını məhdudlaşdırmağı tələb edən yeni qanunvericilik aktını təklif edərkən məhz həmin dominantlıqdan qurtulmağı hədəf alıb. Brüssel uzun müddətdir ki, çoxlu sayda Çin malına icazə verərək daxili sənayesini ləngitməkdə ehtiyatlıdır. Aİ-nin karbon vergisi öz sənayesini Çində istehsal olunan ucuz tullantılarla zəngin idxaldan qorumaq məqsədi daşıyır. Bu arada, Britaniya hökuməti ötən ay Çin şirkətinin Şotlandiyada 2 milyard dollarlıq külək turbinləri zavodu tikməsini qeyri-müəyyən milli təhlükəsizlik problemləri üzündən dayandırıb.

Eyni zamanda, yaşıl keçidi sürətləndirmək istəyən ölkələr, o cümlədən ABŞ-nin müttəfiqləri Çinlə münasibətləri gücləndirməyə çalışır.

Almaniyanın iqtisadiyyat naziri gələn ay Pekinə gedəcək. Bu, ölkənin Kansleri və ətraf mühit nazirinin Çin investorlarını cəlb etmək və təmiz texnologiya bumundan dərs çıxarmaq məqsədilə səfərindən qısa müddət sonra baş tutacaq. İspaniyanın Baş naziri Pedro Sançes ötən həftə son bir neçə ildə dördüncü dəfə Pekinə səfər edib və onun apardığı danışıqlar əsas xammallara çıxışı təmin etmək məqsədi daşıyır. Böyük Britaniya, Kanada, Finlandiya və İrlandiya liderləri də son aylarda Çində səfərdə olublar.

Çinlə əlaqələri gücləndirmək təkcə Qərb ölkələri ilə bağlı deyil: Hindistan biznes nümayəndə heyəti bu yaxınlarda yaşıl enerji tərəfdaşlıqlarını gücləndirmək məqsədilə Çinə yollanıb, BƏƏ-nin vəliəhd şahzadəsi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ötən həftə Pekinlə daha sıx enerji əlaqələrini müzakirə edib, Kuba isə Vaşinqtonun neft blokadası fonunda ümidini Çinin Günəş panellərinə bağlayıb.

Keçənilki Birləşmiş Millətlər Təşkilatının iqlim danışıqlarının Sədri və yüksəkvəzifəli braziliyalı diplomat Andre Korrea do Laqo bildirib ki, Çindən asılılıqla bağlı narahatlıqlar bərpaolunan enerji mənbələrindən geniş istifadəyə mane olmamalıdır. “Bu mərhələdə bərpaolunan enerji mənbələri ilə mümkün qədər çox işləməliyik, kimin istehsal etdiyi və kimin texnologiyaya sahib olduğu reallıqlarını nəzərə almalıyıq və eyni zamanda, öz istehsalımızı inkişaf etdirməyə çalışmalıyıq”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya yeni bir başlanğıca ehtiyac duyur

20:11
20 Aprel

Neft qiymətləri artdı

20:04
20 Aprel

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

20:02
20 Aprel

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

19:58
20 Aprel

Azərbaycanın Suriya ilə təbii qaz ticarəti 53,9 milyon dolları ötüb

19:46
20 Aprel

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq sessiyası keçirilib

19:39
20 Aprel

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

19:31
20 Aprel

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

19:26
20 Aprel

Azərbaycanda xalça istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb

19:23
20 Aprel

İran Prezidenti: Müharibə heç kimə fayda vermir

19:16
20 Aprel

London sinaqoquna hücuma görə iki nəfər həbs edilib

19:09
20 Aprel

Code Fest 2 innovativ olimpiadasının qalibləri müəyyənləşib 

18:59
20 Aprel

Elke Qriqlevski: Bergen-Belzen əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışından çox şadıq  

18:49
20 Aprel

Ukrayna Silahlı Qüvvələri: Rusiya qoşunları Sumı vilayətində bir neçə qəsəbəni tutub

18:31
20 Aprel

Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb  

18:21
20 Aprel

Yəmənin Baş naziri: Azərbaycanla əlaqələrimizin dostluq və əməkdaşlıq üzrə davam edəcəyinə inanıram  

18:01
20 Aprel

Zabuxda 8, Həsənrizdə 4, Qırmızı Bazarda 2 ailə kəndli təsərrüfatı yaradılıb  

17:56
20 Aprel

Gülşad Məmmədova: Sabah yağıntılar kəsiləcək, aprelin 22-si hava yağmursuz olacaq  

17:47
20 Aprel

İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib  

17:41
20 Aprel

Azərbaycanla Laos arasında əməkdaşlığın genişləndirillməsi gündəmdədir  

17:37
20 Aprel

Macarıstanda Tissa Partiyası yeni hökumətin strukturunu açıqladı

17:23
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!