Pəhləvan ailəsi
Sərbəst güləş və daşqaldırma üzrə idman ustası Yaşar Cavadovu nəinki Salyanda, qonşu Neftçala, Biləsuvar, Sabirabad rayonlarında, habelə Şirvan şəhərində yaxşı tanıyırlar. Canı-qanı ilə idmana bağlı bir adam idi. Hamı ona "pəhləvan" deyə müraciət edirdi.
Bayramlarda, el şənliklərində ağır daşları sinəsi üstə atar, dişi ilə qaldırar, bir neçə mismarı əli ilə müxtəlif şəklə salar, onları ovcu ilə taxtalara vurar, yumruğu ilə mişar daşlarını sındırar, dişi ilə maşınları yerindən tərpədib çəkərdi. Onun hər çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanardı. Yaşar həm də poeziya həvəskarı idi. Xoşuna gələn şeirləri əzbərləyib tədbirlərdə şövqlə səsləndirərdi.
Yaşar üç oğlunu - Vüsal, Vüqar, Turalı sonsuz məhəbbətlə istəyirdi. Çalışırdı ki, övladları da sağlam ruhda böyüyüb idmançı olsunlar. Bunun üçün uşaq yaşlarından onlarla məşqlər edirdi.
Günlər keçir, övladları böyüyüb doğulduqları kənddəki məktəbi bitirirlər. Hər üçü də bir-birinin ardınca Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Atalarının yolunu davam etdirən hər üç qardaş təhsil aldıqları illər ərzində idmanın sirlərinə, fəndlərinə bələd olmaqla bərabər, fiziki cəhətdən qüvvətli olmağı da bir an belə unutmurlar.
İdman ustası Vüsal Cavadov hazırda ədliyyə orqanlarında çalışır. Vüqar və Tural Cavadovlar isə Salyan Uşaq-Gənclər İdman və Şahmat Məktəbində işləyirlər. Sərbəst güləş üzrə idman ustası Tural məşqçi, idman ustalığına namizəd Vüqar isə məşqçi köməkçisidir. Onlar idmanın kütləviliyini artırmaq, doğulduqları dədə-baba yurdlarındakı - Salyan rayonunun Şorsulu kəndindəki yeniyetmə və gəncləri idmana cəlb etmək, onların asudə vaxtlarını mənalı, səmərəli etmək məqsədilə öz vəsaitləri ilə sərbəst güləş və daşqaldırma idman növləri üzrə "Yaşar idman klubu"nu təsis ediblər. Klub dövlət dəstəyi ilə lazımi idman avadanlıqları ilə təchiz edilmişdir. Hazırda Şorsulu və ətraf kəndlərdən olan 50 yeniyetmə və gənc buraya gələrək asudə vaxtlarını səmərəli keçirir, idmanın sirlərini öyrənirlər.
Fərid İBRAHİMOV,
Salyan rayonunun Şorsulu kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır
08 May
Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək
08 May
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib
08 May
Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb
08 May
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB ...
08 May
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib
08 May
Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib
08 May
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası ke...
08 May
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb YENİLƏNİB
08 May
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB
08 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!