03 Avqust 2026 19:06
2187
Səhiyyə
A- A+
Pediatr: Ana südü körpənin inkişafına təsir göstərən mürəkkəb bioloji və genetik informasiya daşıyıcısıdır  

Pediatr: Ana südü körpənin inkişafına təsir göstərən mürəkkəb bioloji və genetik informasiya daşıyıcısıdır  


Ana südü spesifik bir məhsuldur, yəni minilliklər boyu körpənin hər inkişaf mərhələsindəki ehtiyaclarına uyğun şəkildə formalaşıb. Zülal, yağ və karbohidratların nisbəti hələ yetkinləşməmiş həzm sisteminə uyğun tənzimlənir. Buna görə də qida maddələri bağırsaq və böyrəklərə minimal yük yaradaraq səmərəli mənimsənilir. Məsələn, süd zərdabı ilə kazeinin nisbəti südün laxtasını yumşaq və asan həzm olunan edir, yağın tərkibi isə uzunzəncirli doymamış yağ turşuları ilə zəngin olduğundan ilk aylarda beyin və gözün torlu qişasının sürətli inkişafını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva səsləndirib.

Pediatr qeyd edib ki, ana südü sadəcə qida maddələrinin daşıyıcısı deyil: “Bu, canlı bir maye kimi anticisimləri, canlı ağ qan hüceyrələrini, fermentləri, hormonları və böyümə amillərini özündə saxlayır ki, bunların heç birinə süni qarışıqda rast gəlinə bilməz. Hətta bir dəfə əmizdirmə zamanı belə ana südünün tərkibi dəyişir və gün ərzində fərqlənir. Əmizdirmənin sonuna doğru daha yağlı olur, immun tərkibi isə ana və körpənin qarşılaşdığı patogenlərə uyğun tənzimlənir. Buna görə də ana südü yalnız qida deyil, yenidoğulmuş körpənin böyüməsini, immun sistemini və bağırsağın inkişafını dəstəkləyən dinamik bioloji mayedir. Ana südü yalnız qida və immunoloji müdafiə vasitəsi deyil, həm də bioloji informasiya daşıyıcısıdır. Müasir tədqiqatlar göstərir ki, ana südünün tərkibində müxtəlif genetik materiallar, o cümlədən mikroRNT-lər, messenger RNT-lər, hüceyrədənkənar vezikullar və canlı ana hüceyrələri mövcuddur. Bu komponentlər körpənin immun sisteminin inkişafında, hüceyrə fəaliyyətinin tənzimlənməsində və gen ekspressiyasına təsir göstərən epigenetik proseslərdə müəyyən rol oynaya bilər”.

Sevinc Mehdiyeva bildirib ki, ana südü vasitəsilə ötürülən bioloji siqnallar ana ilə körpə arasında molekulyar səviyyədə ünsiyyət formalarından biri hesab edilir. “Xüsusilə, südün tərkibindəki mikroRNT-lərin bəzi genlərin aktivliyini tənzimləyərək immun cavabın formalaşmasına və inkişaf proseslərinə təsir göstərə biləcəyi irəli sürülüb. Bununla belə, bu mexanizmlərin insan sağlamlığına uzunmüddətli təsirlərinin tam aydınlaşdırılması üçün əlavə tədqiqatlara ehtiyac var. Beləliklə, ana südü yalnız enerji və qida maddələrinin mənbəyi deyil, həm də körpənin inkişafına təsir göstərə bilən mürəkkəb bioloji və genetik informasiya daşıyıcısı kimi qiymətləndirilir”,- deyə o diqqətə çatdırıb.

Bildirək ki, avqustun 1-7-si Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi kimi qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!