01 Aprel 2026 01:56
1225
Fərmanlar
A- A+
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun tətbiqi və "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun tətbiqi və "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında, 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-cı maddəsinin 2-ci hissəsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında, 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 13-cü maddəsinin 8-ci hissəsində, 17-ci maddəsinin 2-ci hissəsində, 18-ci maddəsinin birinci cümləsində, 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 25-ci maddəsində, 27-ci maddəsinin 6-cı hissəsində və 7-ci hissəsinin birinci abzasının üçüncü cümləsində, 27-1-ci maddəsinin1-ci hissəsinin birinci abzasında, 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində, 3-cü hissəsində, 4-cü hissəsinin ikinci cümləsində, 5-ci (hər iki halda) və 6-cı hissələrində, 7-ci hissəsinin birinci abzasında, ikinci abzasının ikinci cümləsində, "a" bəndində və 8-ci hissəsində, 27-2-ci maddəsinin birinci cümləsində, 28-ci maddəsinin 4-cü hissəsinin birinci və üçüncü abzaslarında və 9-cu hissəsinin birinci cümləsində, 28-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "a" və "b" bəndlərində, 28-2-ci maddəsinin 1-ci hissəsinin birinciabzasında, "a" bəndinin birinci və ikinci abzaslarında, 2-ci hissəsinin birinci abzasında, "a", "b" və "c" bəndlərində, 28-3-cü maddəsininbirinci cümləsində (hər iki halda), 29-cu maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin üçüncü abzasında, 3-cü və 9-cu hissələrinin birinci abzaslarında və 10-cu hissəsinin birinci abzasında, ikinci abzasının birinci cümləsində və üçüncü-beşinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin ikinci abzasında və 7-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci abzaslarında, 33-cü maddəsinin 1-ci hissəsinin ikinci və üçüncü abzaslarında, 37-1-ci maddəsinin 1-ci hissəsinin "a" bəndində və 3-cü hissəsinin birinci cümləsində, 37-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "b" bəndində, 3-cü hissəsinin birinci cümləsində və 39.2-ci maddəsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-cı maddəsinin 2-ci hissəsində, 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 17-ci maddəsinin 2-ci hissəsində, 18-ci maddəsinin birinci cümləsində, 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 25-ci maddəsində, 27-ci maddəsinin 6-cı hissəsində, 29-cu maddəsinin 10-cu hissəsinin beşinci abzasında, 30-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasında və7-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 39.2-ci maddəsində (üçüncü halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.4. həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin beşinci və doqquzuncu abzaslarında,7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2-ci hissəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 3-cü hissəsində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) abzaslarında, 7-ci hissəsinin birinci abzasının üçüncü cümləsində və 8-ci hissəsinin ikinci abzasında,27-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində, 3-cü hissəsində, 4-cü hissəsinin ikinci cümləsində, 5-ci (hər iki halda)və 6-cı hissələrində, 7-ci hissəsinin birinci abzasında, ikinci abzasının ikinci cümləsində, "a" bəndində və 8-ci hissəsində, 27-2-ci maddəsinin birinci cümləsində, 28-ci maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində, 3-cü hissəsində (hər iki halda), 4-cü hissəsinin birinci və üçüncü abzaslarında,  9-cu hissəsinin birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 28-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "a" və "b" bəndlərində, 28-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "a" bəndinin birinci və ikinci abzaslarında, 2-ci hissəsinin birinci abzasında, "a", "b" və "c" bəndlərində, 28-3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 29-cu maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin üçüncü abzasında, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasının birinci cümləsində və dördüncü abzasının ikinci cümləsində, 9-cu hissəsinin birinci abzasında və 10-cu hissəsinin birinci abzasında, ikinci abzasının birinci cümləsində, üçüncü və dördüncü abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci-üçüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində və 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 37-1-ci maddəsinin 1-ci hissəsinin "a" bəndində və 3-cü hissəsinin birinci cümləsində, 37-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "b" bəndində və 3-cü hissəsinin birinci cümləsində, 39.2-ci maddəsində (birinci halda) və 41-ci maddəsinin birinci-üçüncü hissələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Patent haqqında"  Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzası nəzərə alınmaqla, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya şurasının sədri vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 505 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.1. "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinin beşinci və doqquzuncu abzaslarında, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində (hər iki halda), 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 13-cü maddəsinin 8-ci hissəsində, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 2-ci və 3-cü hissələrində, 18-ci maddəsinin birinci cümləsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində və 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 2-ci hissəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 25-ci maddəsində, 26-cı maddəsinin 3-cü hissəsində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) abzaslarında, 6-cı hissəsində, 7-ci hissəsinin birinci abzasının üçüncü cümləsində və 8-ci hissəsinin ikinci abzasında, 27-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində, 3-cü hissəsində, 4-cü hissəsinin ikinci cümləsində, 5-ci (hər iki halda) və 6-cı hissələrində, 7-ci hissəsinin birinci abzasında, ikinci abzasının ikinci cümləsində, "a" bəndində və 8-ci hissəsində, 27-2-ci maddəsinin birinci cümləsində, 28-ci maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində, 3-cü hissəsində (hər iki halda), 4-cü hissəsinin birinci və üçüncü abzaslarında, 9-cu hissəsinin birinci cümləsində və 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 28-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "a" və "b" bəndlərində, 28-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "a" bəndinin birinci və ikinci abzaslarında, 2-ci hissəsinin birinci abzasında, "a", "b" və "c" bəndlərində, 28-3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 29-cu maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin üçüncü abzasında, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasının birinci cümləsində və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 9-cu hissəsinin birinci abzasında və 10-cu hissəsinin birinci abzasında, ikinci abzasının birinci cümləsində və üçüncü-beşinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin birinci və ikinci abzaslarında, 7-ci hissəsinin birinci abzasının birinci və ikinci cümlələrində və ikinci abzasının birinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci abzaslarında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci-üçüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 37-1-ci maddəsinin 1-ci hissəsinin "a" bəndində və 3-cü hissəsinin birinci cümləsində, 37-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "b" bəndində və 3-cü hissəsinin birinci cümləsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində (hər üç halda) və 41-ci maddəsinin birinci-üçüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;";

3.2.2.1-1-ci bənd ləğv edilsin;

3.3.2.2-2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

"2.2. həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-cı maddəsinin 2-ci hissəsində, 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 17-ci maddəsinin 2-ci hissəsində, 18-ci maddəsinin birinci cümləsində, 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 25-ci maddəsində, 27-ci maddəsinin 6-cı hissəsində, 29-cu maddəsinin 10-cu hissəsinin beşinci abzasında, 30-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasında və 7-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 39.2-ci maddəsində (ikinci və üçüncü hallarda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.4. həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin beşinci və doqquzuncu abzaslarında, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində (birinci halda), 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2-ci hissəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 3-cü hissəsində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) abzaslarında, 7-ci hissəsinin birinci abzasının üçüncü cümləsində və 8-ci hissəsinin ikinci abzasında, 27-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində, 3-cü hissəsində, 4-cü hissəsinin ikinci cümləsində, 5-ci (hər iki halda) və 6-cı hissələrində, 7-ci hissəsinin birinci abzasında, ikinci abzasının ikinci cümləsində, "a" bəndində və 8-ci hissəsində, 27-2-ci maddəsinin birinci cümləsində, 28-ci maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində, 3-cü hissəsində (hər iki halda), 4-cü hissəsinin birinci və üçüncü abzaslarında, 9-cu hissəsinin birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 28-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "a" və "b" bəndlərində, 28-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "a" bəndinin birinci və ikinci abzaslarında, 2-ci hissəsinin birinci abzasında, "a", "b" və "c" bəndlərində, 28-3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 29-cu maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin üçüncü abzasında, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasının birinci cümləsində və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 9-cu hissəsinin birinci abzasında və 10-cu hissəsinin birinci abzasında, ikinci abzasının birinci cümləsində, üçüncü və dördüncü abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci-üçüncüabzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində və 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 37-1-ci maddəsinin 1-ci hissəsinin "a" bəndində və 3-cü hissəsinin birinci cümləsində, 37-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, "b" bəndində və 3-cü hissəsinin birinci cümləsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində (birinci halda) və 41-ci maddəsinin birinci-üçüncü hissələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.".


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 mart 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

Rəqəmsal İdeya Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

22:56
05 May

Rusiya hərbçiləri Zaporojyeyə zərbə endiriblər, ölənlərin sayı 12-yə çatıb

21:53
05 May

Azərbaycan və Belarus arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb  

21:28
05 May

Rusiya ordusu Kramatorsk şəhərinin mərkəzinə bombalar atıb, ölənlər var

21:19
05 May

“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi diqqətdə olub

20:51
05 May

WUF13 Festivalı: Şəki sakinləri açıq havada keçirilən ictimai proqramda həvəslə iştirak ediblər  

20:41
05 May

Azərbaycan istifadəçiləri arasında Facebook yenidən liderdir

20:28
05 May

4000 illik taxta qapı qalıqları tapılıb

20:21
05 May

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

20:18
05 May

Avstriya Kənd Təsərrüfatı Klasteri Azərbaycanla əməkdaşlığa başlayır

20:13
05 May

Gürcüstanlı nazir WUF13 barədə məlumatlandırılıb

20:04
05 May

Arxeoloqlar uzun müddətdir itkin düşmüş Maya şəhərini tapıblar?  

20:01
05 May

Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgiləri işə başladı

19:36
05 May

Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə əlaqələr inkişaf edir  

19:33
05 May

Orta dəhliz qlobal ticarətdə rəqabətli alternativə çevrilir

19:26
05 May

“Prime Leasing MMC” Landini Traktorlarını Azərbaycanda təqdim etdi

19:19
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!