22 Aprel 2025 08:35
463
SİYASƏT
A- A+
"Paşinyanın verdiyi sülh bəyanatları şübhəli görünür"

"Paşinyanın verdiyi sülh bəyanatları şübhəli görünür"


"Nikol Paşinyanın sülhlə bağlı bəyanatları Azərbaycanın formalaşdırdığı diktə diplomatiyası, siyasi təzyiq və hərbi güc komponentlərinin vahid şəkildə təzahüründən irəli gələn nəticələrdir. Yəni Azərbaycanın əlində güclü rıçaqların olması Ermənistanı ölkəmizin gündəliyi ilə uyğunlaşan bir siyasət yürütməyə məcbur edir".

Bu sözləri "Azərbaycan" qəzetinə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov deyib. O bildirib ki,  bununla belə Ermənistan hələ də fürsət axtaran bir ölkə kimi Azərbaycanın yaratdığı reallıqları geri oxutmaq üçün müəyyən cəhdlər göstərir: "Həmin səylər fonunda Paşinyanın verdiyi sülh bəyanatları bir qədər şübhəli görünür, çünki bir tərəfdən Ermənistanın silahlanması, bu silahlanma fonunda müstəqil qərar qəbul etmə mexanizmindən məhrum olması Azərbaycanı alternativlər üzərində  düşünməyə vadar edir", - deyən A.Kərimov onu da bildirib ki, Ermənistan baş nazirinin sülhlə bağlı səsləndirdiyi fikirlər razılaşdırılmış bəndlər çərçivəsində imzalanması gözlənilən sazişi əhatə edir: "Lakin Azərbaycan hələ razılaşdırılmış bəndlər çərçivəsində sülh sazişinin imzalanmasında maraqlı deyil. Çünki görünür, detallar və alt bəndlərə zərurət var. Azərbaycan həmin konseptual məsələlərdən irəli gələn razılıqları detallarla möhkəmləndirmək istəyir. Ermənistan isə həmin detallardan boyun qaçırır. Bu yaxınlarda Paşinyan bildirdi ki, ATƏT-in Minsk qrupunun ləğvi ilə eyni zamanda Azərbaycanla sülh sazişi imzalana bilər. Bu o deməkdir ki, Azərbaycan Minsk qrupunun ləğvinə nail ola bilər, lakin mövcud razılaşma  çərçivəsində də müqavilə imzalanmalıdır. Bu isə təbii ki, Azərbaycanı qane etmir, çünki mövcud razılaşdırılmış məqamlar ümumi konseptual yanaşmaları əhatə edir".

A.Kərimov əlavə edib ki, qərbi azərbaycanlıların qayıdışı, Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasının  dəyişdirilməsi ilə bağlı detalların olmaması Azərbaycan tərəfini qane etmir: "Yəni Ermənistan tərəfinin təqdim etdiyi mexanizmlər Azərbaycan üçün uyğun deyil. Bu isə o deməkdir ki, Azərbaycan proseslərə Ermənistanın gələcəkdə müharibəyə barmaq yeri qoya bilmək təhlükəsi prizmasından yanaşır. Beləliklə, Bakı Ermənistanın imzalamaq istədiyi sülh sənədini qəbul etməyə tələsmir. Bunun da regional və beynəlxalq konfiqurasiya ilə əlaqəli məqamları mövcuddur. Eyni zamanda elə bir müstəvi olmalıdır ki, Azərbaycan Ermənistanı sülh sazişi ilə çox böyük öhdəliklərə məruz qoya bilsin". 

Ekspert vurğulayıb ki, Ermənistanın hərbisizləşdirilməsi də Azərbaycanın gündəmindədir: "Düşünürəm ki, sülh müqaviləsində də bu məsələlər öz əksini tapacaq. Amma Ermənistan hələ ki bir çox məsələdən boyun qaçırır. Ona görə də Azərbaycan Ermənistanın "sülh müqaviləsini imzalayaq" çağırışlarına tələsik cavab verməkdə maraqlı deyil".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!