24 Aprel 2025 08:25
473
SİYASƏT
A- A+
Paşinyan çətin sınaq qarşısındadır

Paşinyan çətin sınaq qarşısındadır


Ermənistanda siyasi müstəvidə yaşanan gərginlik sosial-iqtisadi müstəviyə də transfer edərək keçmiş hərbi xunta ilə Nikol Paşinyan iqtidarı arasında münasibətlərin daha da gərginləşməsi ilə xarakterizə edilməkdədir. Məlumdur ki, müharibədəki məğlubiyyət, xüsusilə anti-Rusiya mövqeyi baş nazirin ölkə daxilində mövqelərini sarsıdıb. Bu səbəbdən də erməni siyasi qüvvələri daxilində fəal müzakirələr davam etməkdədir. Başda Robert Koçaryan olmaqla keçmiş hərbi xuntanın əsl niyyəti ölkədə qasırğa kimi cərəyan edən siyasi böhrandan yararlanmaqdır. 

Erməni ictimai xadim Voskan Sarkisyan sosial şəbəkə hesabında yazıb ki, Nikol Paşinyan və partiyası hakimiyyətdə olduğu müddətdə Ermənistanın gələcəyi olmayacaq, bu ölkədə heç bir siyasi bahar açılmayacaq. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin nümayəndələri özlərini bankı oğurlayan soyğunçular kimi aparırlar, qısa zamanda mümkün qədər çox soymağa çalışırlar: "Onlar erməni xalqının çoxəsrlik tarixinin qara dəliyidir, bu qədər ziyan vurmuş və bundan sonra da vuracaq pis küləkdir. Paşinyan və partiyasının gücü məzmun baxımından tükənib, onların uzaqlaşmasından sonra Ermənistanda əsl bahar açılacaq".

Ermənistanın "Past" nəşri yazıb ki, Nikol Paşinyanın son vaxtlar Ermənistan parlamentində  "qarışıq" nizamsız çıxışları və özündən çıxmaları, bir çoxlarının fikrincə, hətta onun tipi üçün də bir qədər qeyri-adi olub. Nəşr qeyd edib ki, üstəlik, diplomatik mənbələr onun xaricdə, xüsusən də Rusiya prezidentinin iqamətgahında və Xarici İşlər Nazirliyində davranışının unikal "meydana" çevrildiyini bildirir: "Əldə etdiyimiz məlumata görə, Paşinyanın bu dərəcədə məyus olmasının bir neçə səbəbi var və bunların kökləri var. Həm Qərb, həm də Rusiya üçün hazır, tükənmiş fiqur olduğunu mükəmməl başa düşməsi ilə yanaşı, Paşinyan xüsusilə Gümrü seçkilərinin nəticələrinə və ağsaqqallar şurasının ilk iclasında heç bir problem olmadan şəhər başçısı seçilməsinə görə çox ciddi sarsıntı keçirir. 

Digər tərəfdən, əldə etdiyimiz məlumata görə, Paşinyan bu yaxınlarda amerikalıların keçirdiyi və nəticələri onu dəhşətli dərəcədə narahat edən sorğudan "qapalı məlumatlar" alıb. Belə çıxır ki, Gümrü və Şirabad seçkilərindən əvvəl keçirilən sorğularda onun reytinqi 11-12 faiz arasında dəyişirdisə, indi 9 faizə yaxındır". 

Bu arada Rusiyanın paytaxtı Moskvada Erməni İş Adamları Assosiasiyasının təşkil etdiyi biznes-forumda Erməni İş Adamları Assosiasiyasının və "Taşir" Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan deyib ki, Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq və Avropa İttifaqına doğru hərəkət etmək cəhdləri ciddi iqtisadi nəticələrə səbəb ola bilər. Aparılan müşahidələrə, xüsusən də həmin müşahidələrin iqtisadi komponentinə məhəl qoymamaq mümkün olmayan hallardan biridir: "Rusiyadakı erməni iş adamları nəinki biznesdə öz mövqelərini möhkəmləndirirlər, həm də yeni iş yerləri yaratmaqla, iqtisadiyyatın əsas sektorlarına investisiya qoymaqla, Ermənistanla Rusiya arasında ticarət-iqtisadi əlaqələrin inkişafına kömək etməklə, Ermənistanı fəal şəkildə dəstəkləyirlər". Onun sözlərinə görə, bütün çağırışlara baxmayaraq, erməni biznes icması Ermənistanın iqtisadi sabitliyi və əhalinin rifahının etibarlı sütunu olaraq qalır.

Bəs Karapetyan nə barədə xəbərdarlıq edir? Ermənistan AİB-dən çıxsa, qiymətlərin və tədarükü tənzimləyən vahid mexanizmlər fəaliyyətini dayandıracaq ki, bu da qazın, neft məhsullarının, elektrik enerjisinin qiymətinin qalxması deməkdir. Başqa sözlə, Ermənistanın bütün iqtisadiyyatına ciddi zərbə dəyə bilər ki, bu da ayrı-ayrı sahələrin iflic olmasına və ölkənin iqtisadi sisteminin sabitliyinin pozulmasına səbəb olacaq. 

Hər halda proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrandakı məktəblər distant təhsilə keçir

21:14
16 Aprel

Yeni tərcümə texnologiyası təqdim edilib  

21:04
16 Aprel

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

18:39
16 Aprel

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

18:24
16 Aprel

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

18:18
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!