Martın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Azər Əmiraslanov gündəliyə 7 məsələnin daxil olduğunu bildirib.
Komitə sədri gündəliyin ilk məsələsi - “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib.
Bildirilib ki, təklif olunan qanun layihəsinə əsasən, büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması və bunun təmin olunması üçün “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif olunur. Qanun layihəsi “e-mühasibat” informasiya sisteminin təmin etməli olduğu məqsədləri müəyyən edir.
Qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə sədri “Nəqliyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə danışıb. Bildirilib ki, “Lisenziyalar və icazələr haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən qanunlarla müəyyən olunmalıdır. Bu qanun layihəsi müvafiq qurumun (“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunmasını nəzərdə tutur.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sonra Azər Əmiraslanov Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə danışıb.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın 8.4.1-ci yarımbəndində benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ-hüquqi əsasların formalaşdırılması öz əksini tapıb. Bu dəyişikliklər də həmin fəaliyyət planından irəli gəlir.
Sonra iclasda iştirak edən Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Mehman Əliyev qanun layihəsi barədə məlumat verib. O bildirib ki, təklif olunan qanun layihəsi Milli Fəaliyyət Planının müvafiq tələbinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.
Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin olunacaq, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcək.
Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Mehman Əliyev bəzi deputatlar tərəfindən qanun layihəsi ilə bağlı qaldırılan məsələlərə münasibət bildirdikdən sonra sənəd plenar iclasa tövsiyə olunub.
İclasda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarda dəyişiklik olunması barədə qanun layihəsi (birinci oxunuş) də müzakirə edilib.
Qanun layihəsi barədə məlumat verən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elməddin Quliyev bildirib ki, sənədin məqsədi keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqi bazasının yaradılmasıdır. Bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılması nəzərdə tutulur.
Qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
Sonra İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi müzakirəyə çıxarılıb.
Komitə sədri Azər Əmiraslanov bildirib ki, qanun layihəsi məhkəmə və digər orqanların qərarlarının icrası sahəsindəki aparılan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, “İcra məmurları haqqında” Qanunda icra məmurunun icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı vəzifəsi təsbit olunur.
Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda “İnkişaf Etməkdə Olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında qanun layihəsi müzakirə edilib.
Sənəd barədə komitə üzvü Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Gündəliyin sonuncu - yeddinci məsələsi olan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə danışan komitə sədri Azər Əmiraslanov bildirib ki, layihə uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihəsi barədə məlumat verən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Vaqif Ataşov bildirib ki, məsələ Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq, Məcəllədə istifadə olunun anlayışlar digər qanunlarda da öz əksini tapacaq.
Sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Bununla da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar
Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək
Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib
Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ
Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb
Şuşada bayram namazı qılınıb
Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib
Bakının məscidlərində bayram namazı qılınıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb
Ukrayna ordusunda kosmik qüvvələr yaradılır
Azərbaycanda Ramazan bayramıdır
ABŞ-da təyyarə yaşayış binasına düşüb
Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!