27 Iyul 2024 11:45
182
İDMAN
A- A+

“Paris-2024”: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır

 

Azərbaycanın beş idmançısı bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

İlk olaraq badmintonçu Keişa Fatimə Zəhra qüvvəsini sınayacaq. H qrupunda yer alan idmançı Bakı vaxtı ilə saat 10:30-da çinli He Bin Çzyao ilə qarşılaşacaq.

Bu gün Azərbaycanın iki cüdoçusu tatamiyə çıxacaq. Leyla Əliyeva (48 kiloqram) özbəkistanlı Xalimajon Kurbanovanı, Balabəy Ağayev (60 kiloqram) isə Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibini sınağa çəkəcək. L.Əliyeva Bakı vaxtı ilə saat 12:30-da, B.Ağayev isə saat 13:00-da güləşəcək.

Güllə atıcısı Ruslan Lunyov təsnifat mərhələsində çıxış edəcək. O, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mübarizə aparacaq.

Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan idmançılarından Yaylagül Ramazanova kamandan oxatma növündə mübarizəyə qoşulub. Sıralama turunda 39-cu olan qadın idmançı iyulun 30-da 1/32 finalda çinli Quxuan Anla üz-üzə gələcək.

Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video