22 Aprel 2026 18:49
195
CƏMİYYƏT
A- A+
Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT


Gülməmməd Xanəhməd oğlu Bayramovun 1996-cı il aprelin 10-da yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 1997-ci il iyunun 12-də başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarovun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə G.Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 1996-cı il aprelin 10-da Bakı şəhəri “Neftçilər” metro stansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan G.Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədilə qəsdən öldürüblər.

Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili hissələrə ayırıb sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər.

Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində G.Bayramovun meyitinin qalıqları aşkar olunub.

2026-cı il aprelin 22-də Ş.Cəlilov və H.Qafarov Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

“Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın ən böyük aysberqi yox olur  

20:33
22 Aprel

“Google Photos” yeni funksiyasını təqdim edib

20:26
22 Aprel

“Dyson” yeni məhsulunu təqdim edib

20:18
22 Aprel

Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək müzakirə olunub

20:07
22 Aprel

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının sessiyasında WUF13-ün strateji əhəmiyyəti vurğulanıb  

20:03
22 Aprel

Ağ Ev: İranla atəşkəsin uzadılması 3-5 gün davam edəcək

20:03
22 Aprel

Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünasları görüşüblər

20:02
22 Aprel

“Dərinsulu Günəşli” platforması 18 il ərzində 91,5 milyon ton neft hasil edib

19:56
22 Aprel

Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib  

19:53
22 Aprel

Almaniya iqtisadi artım proqnozunu azaldır

19:48
22 Aprel

Mərkəzi Asiya liderləri su böhranını həll etmək üçün Astanada toplanıb

19:39
22 Aprel

Avstraliyada qaz nəhəngləri yeni vergiyə qarşı “reklam müharibəsi”nə başlayıb  

19:32
22 Aprel

Avropa və Britaniyada iqlim dəyişikliyi allergiyanı artırıb

19:23
22 Aprel

ABŞ-də 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklifi

19:12
22 Aprel

Almaniyada yanacaq böhranı səbəbindən 20 min uçuş ləğv edilir

19:06
22 Aprel

Kapital Bank 2025-ci ildə müştərilərin 7 milyon manatdan çox vəsaitini qoruyub

18:58
22 Aprel

Milli Məclisin sədri Latviya Prezidenti ilə görüşüb  

18:53
22 Aprel

Pekindən rəy: Azərbaycan vasitəsilə logistikanın inkişaf etdirilməsi Avrasiyada ticarətin artmasına töhfə verəcək  

18:52
22 Aprel

Qəhvə əhval-ruhiyyəni necə yaxşılaşdırır?

18:52
22 Aprel

SOCAR və “BGP Inc.” əməkdaşlığı genişləndirir

18:51
22 Aprel

Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

18:49
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!