04 Mart 2024 18:43
435
DÜNYA
A- A+

“OpenAI” məhkəməyə verilib

 

İlon Mask “OpenAI” şirkətini qeyri-kommersiya missiyasını pozmasında, “GPT-4” dil modeli barədə məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq onu məhkəməyə verib. O, şirkətdən və onun icraedici direktoru Sam Altmandan onun daha öncə şirkətə bağışlamış olduğu 44 milyon dollar vəsaitin geri qaytarılmasını və öz tədqiqatları ilə texnologiyalarını ictimaiyyətə açıq şəkildə təqdim etməyi tələb edib.
İ.Maskın sözlərinə görə, “OpenAI” “Microsoft”un kommersiya məqsədli törəmə şirkətinə çevrilib. Onun fikrincə, “Microsoft” “OpenAI” şirkətinə milyardlarla dollar vəsaitin investisiyası sayəsində S.Altmanın və özünün zənginləşdirilməsinə diqqət ayırıb.
Qeyd etmək lazımdır ki, “OpenAI”nın 2015-ci ildə təsis edilməsində iştirak etmiş şəxslərdən biri də İ.Maskdır.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video