23 İyun 2026 09:50
196
İQTİSADİYYAT
A- A+
Ölkəmizdə sağlamlıq turizminin coğrafiyası genişlənir

Ölkəmizdə sağlamlıq turizminin coğrafiyası genişlənir


Amma əsas marşrut Naftalan olaraq qalır

 

Azərbaycan zəngin təbii müalicə resursları ilə sağlamlıq turizmi sahəsində böyük potensialı olan ölkələrdəndir. Əsas təbii müalicə ehtiyatlarımıza mineral sular, Naftalan nefti, yodlu-bromlu və duzlu göllər, əlverişli iqlim və landşaft xüsusiyyətləri, eləcə də qumlu çimərliklər daxildir.

Ölkəmizə səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlər Gəncə, Qəbələ və Şəkidir. Bunun əsas səbəblərindən biri həmin bölgələrdə nəqliyyat imkanlarının əlçatan olması və turizm infrastrukturunun - hotellərin, ictimai iaşə obyektlərinin, istirahət və əyləncə məkanlarının yüksək səviyyədə inkişaf etməsidir. Xatırladaq ki, 2025-ci ildə Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil ediblər. Keçən il bu ölkənin 15 min 830 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, ötən il  Qəbələyə Səudiyyə Ərəbistanından 10 min 30, Birləşmiş Ərəb Əmirliklərindən 6 min 84, Pakistandan 3 min 138, İsraildən 1964, Küveytdən 1601, Qətərdən 1191, Rusiyadan 844, Omandan 401, Özbəkistandan 368, Türkiyədən 366, ABŞ-dən 308, Qazaxıstandan 281, Böyük Britaniyadan 251, Bəhreyndən 148, Ukraynadan 127, Yaponiyadan 124, Çindən 103 turist səfər edib. Gələnlərin 5196 nəfəri isə digər ölkələrin vətəndaşları olublar.

Şəki qədim İpək yolunun mühüm dayanacaq məntəqələrindən biri olduğundan burada karvansaralar, məscidlər, məbədlər və sənətkar dükanları bu günədək qorunub saxlanılıb. Şəhərin XVIII əsrə aid Xan sarayı ilə birlikdə tarixi mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bundan əlavə, Şəki turistlərə məşhur Şəki paxlavasını və ənənəvi piti yeməyini dadmaq imkanı da təqdim edir. Hər iki şəhər müxtəlif festivalları ilə də turistlərin diqqətini cəlb edir. Qəbələdə hər il Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində konsertlərin əksəriyyəti dağ və meşə mənzərələri fonunda, açıq havada təşkil olunur. Bundan başqa, şəhərdə məşhur Qəbələ Mürəbbə Festivalı da keçirilir. Şəkidə isə hər il "İpək yolu" Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festival çərçivəsində müxtəlif ölkələrdən gələn folklor kollektivləri öz sənətlərini nümayiş etdirirlər.

Sağlamlıq turizminin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahənin institusional, normativ və infrastruktur baxımından gücləndirilməsi məqsədilə ardıcıl və sistemli dəstək tədbirləri həyata keçirilir. Naftalan nefti isə ölkəmizin unikal sağlamlıq turizmi resursu kimi böyük dəyərə malikdir.

Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə Naftalan kurortunun inkişafı dövlət səviyyəsində xüsusi diqqət mərkəzində olmuşdur. Onun təşəbbüsü ilə şəhərin kurort kimi formalaşması sürətlənmiş, maddi-texniki bazası gücləndirilmiş, yeni sanatoriyalar, müalicə müəssisələri və sosial infrastruktur obyektləri tikilərək istifadəyə verilmişdir.

Ulu Öndərin daxili siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində sağlamlıq turizmi ölkəmizin prioritet inkişaf istiqamətlərindən birinə çevrilmişdir. Qəbul olunmuş dövlət proqramları və qanunvericilik bazası əsasında Naftalan şəhərində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılmış, mühəndis-kommunikasiya sistemləri tam yenilənmiş, müasir hotel və müalicə kompleksləri yaradılmışdır. Həyata keçirilən tədbirlər Naftalanın beynəlxalq səviyyəli sağlamlıq turizmi mərkəzinə çevrilməsini təmin etmiş, şəhərin turizm potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Məlumat üçün qeyd edək ki, təkcə ötən il sağlamlıq turizmi məqsədilə Azərbaycana 20 min 135 xarici vətəndaş səfər etmişdir. Onların 85,4 faizi MDB ölkələrinin payına düşmüşdür. Naftalan neft yatağı dünyada müalicəvi xüsusiyyətlərə malik yeganə neft yatağı olaraq Azərbaycanın sağlamlıq turizmi potensialının formalaşmasında mühüm rol oynayır. Bilməyənlər də bilsin ki, Azərbaycanda sağlamlıq turizminin inkişaf tarixi XII əsrdə Naftalan müalicəvi neftindən istifadə ilə başlayır.  XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger burada ilk ödənişli müalicəxana quraraq Naftalan neftinin sənaye-kurort tətbiqinin əsasını qoymuşdur. Hətta 1904-1905-ci illərdə baş vermiş Rusiya-Yaponiya müharibəsi zamanı yapon əsgərlərinin tibbi çantalarında Naftalan mazının aşkar edilməsi bu müalicə vasitəsinin həmin dövrdə artıq beynəlxalq miqyasda tanındığını göstərir. Naftalan yağı təkcə tibbi məqsədlər üçün deyil, həmçinin kosmetologiya sahəsində də istifadə edilirdi. 1900-cü ildə Parisin gözəllik mağazalarında Naftalan yağından müxtəlif preparatlar hazırlanırdı.

2024-cü ildə Prezidentin imzaladığı sərəncama uyğun olaraq, perspektiv inkişaf istiqamətləri sırasında Naftalan neftinin tibbi təsirinin beynəlxalq standartlara uyğun şəkildə daha dərindən tədqiq olunması, klinik sübut bazasının gücləndirilməsi və bu əsasda müalicə protokollarının yenilənməsi xüsusi yer tutur. Bununla yanaşı, rəqəmsal xidmətlərin tətbiqi və inteqrasiya olunmuş sağlamlıq turizmi paketlərinin hazırlanması Naftalanın rəqabət qabiliyyətini artıracaq əsas amillərdir.

Müasir yanaşmada sağlamlıq turizmi artıq yalnız müalicə ilə məhdudlaşmır. Bu gün sağlamlıq turizmi dedikdə profilaktika, həyat keyfiyyətinin artırılması, reabilitasiya və uzunmüddətli rifah halını yaxşılaşdırmaq başa düşülür.  Ekspertlərin fikrincə, bu sahədə ictimai maarifləndirmə mühüm rol oynayır. İnsanların düzgün məlumatlandırılması həm müalicə üsullarına daha rasional yanaşmanı təşviq edir, həm də sağlam həyat tərzinə cəmiyyətdə marağı artırır. Xüsusən Naftalan nefti kimi spesifik müalicə üsulları üzrə göstərişlər və əks-göstərişlər barədə dəqiq məlumatlılığın təmin edilməsi çox vacibdir.

Naftalanın beynəlxalq sağlamlıq turizmi brendi kimi formalaşması xüsusi əhəmiyyət daşıyır. Dünya, xüsusilə də Şərqi Avropa təcrübələri göstərir ki, sağlamlıq turizminin təşviqi baxımından beynəlxalq tədbirlərdə iştirak əsas mexanizmlərdən biridir. Keçirilən sərgilər, forumlar və ixtisaslaşmış konfranslar yalnız təqdimat platforması deyil, həm də real əməkdaşlıqların qurulduğu, investisiya imkanlarının müzakirə edildiyi və təcrübə mübadiləsinin aparıldığı peşəkar mühitdir.

 

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!