01 Mart 2025 08:00
2313
SİYASƏT
A- A+
ODLA OYNAYAN ODDA YANAR

ODLA OYNAYAN ODDA YANAR



“Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar”. 

İlham ƏLİYEV


“Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın”.

İlham ƏLİYEV


“Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”. 

İlham ƏLİYEV


“Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin”.

İlham ƏLİYEV


“Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir”.

İlham ƏLİYEV



Od insan üçün çox vacib və gərəklidir.

Onsuz keçinmək mümkün deyil.

Həyatımızda, hətta məişətimizdə odun böyük əhəmiyyəti var.

Nəhəng sənaye müəssisələri təbii qazdan, elektrik enerjisindən, neftdən alınan alovun - yüksək temperaturlu istiliyin hesabına işləyir.

Məişətdə çay, xörək, mənzilin isidilib soyudulması odun sayəsində mümkün olur.

Amma bu qədər faydalı od fəlakətlər də törədə bilir.

* Xüsusən öldürücü silahdan yarananda.

* Xüsusən naşı və səriştəsiz əllərdə olanda...

* Xüsusən sabahı görməyən səlahiyyət sahiblərinin ixtiyarına keçəndə.

Bax onda həyatın atributlarından biri sayılan od həyatın dağıdıcısına çevrilir!

Həyatı yaşadan od həyatı sona çatdıra bilir!

Naşı əlindəki od fəlakətdir!

Düşüncəsizcəsinə odla oynayanlar sonda odda yanırlar!

***

Mayaları xəyanətlə yoğrulan haylar daim odla oynamağa vərdiş ediblər.

Dəfələrlə əlləri yansa da, yenə əməllərindən geri durmurlar.

Daima odu özgədən alaraq özgələrini yandırmağa çalışan maşa funksiyası daşıyıblar.

Erməni ocağına odun qoyanlar da daim bəlli olublar.

Türkiyə torpaqlarında yaşayaraq onun çörəyini yeyib suyunu içən ermənilər türk xalqının ağır günündə ona xəyanət etdilər.

Xəyanətkarların ən yüngül cəzası isə xəyanət yerindən qovulmalarıdır.

Erməni xəyanətindən bəhrələnənlər onları bir daha istifadə etmək üçün Cənubi Qafqaza gətirərək qədim Azərbaycan torpaqlarında yerləşdirdilər.

Bu "lütf"ün qarşılığında onlardan nə tələb olunduğunu başa düşən haylar növbəti dəfə bizə qarşı kökləndilər.

Mərhələlər üzrə imkanlarından istifadə edərək torpağın əsl sahiblərini müxtəlif üsul və vasitələrlə yurd-yuvalarından qovmağa, bizim torpaqlar hesabına ərazilərini genişləndirməyə, dünyanın hər yerində qaraçı həyatı sürən qardaş və bacılarını sovet Ermənistanına yığmağa başladılar.

Müdafiəçiləri çoxaldıqca iştahları da artırdı.

Dünya erməniliyi də öz vəsaiti ilə diasporlarının yaşadıqları dövlətlərin siyasətinə təsir edir, korrupsiya və rüşvət yolu ilə ələ aldıqları senator, konqresmen, deputat və siyasət adamlarını öz tərəflərinə çəkərək "böyük Ermənistan" xülyasını gerçəkləşdirməyə girişmişdi.

Xəyanətkarlar bütün dövrlərdə və bütün ictimai-iqtisadi formasiyalarda gərəkli olurlar.

Qırmızı imperiya çökəndə ermənilər və onların havadarları yaranmış yeni vəziyyətdən də bəhrələnmək niyyətinə düşdülər.

Öz həqiqi rəhbərindən - Ulu Öndər Heydər Əliyevdən ayrı düşən, torpaqların müdafiəsi üçün ordusu, silah-sursatı olmayan, maymaq və qorxaq, naşı və səriştəsiz dövlət başçılarının korafəhmliyinin və zəifliyinin badına gedən Azərbaycan 20 faiz ərazi itkisinə məruz qaldı, 20 min övladını bu məkrli döyüş - oyunlarda şəhid verdi.

***

Ermənistanın işğal etdiyi ərazilərdə qaladığı tonqal düz 30 il yandı!

Barbar haylar öz xislətlərində olan "qardaş"ları ilə birlikdə:

* Zorla kənd və şəhərlərdən qovduqları azərbaycanlıların yerdə qalan ev əşyalarını yağmaladılar.

* Sonra evləri və binaları sökərək daş, dəmir, taxta, mərmər, qapı-pəncərə və digərlərini İrandakı tikinti materialları bazarında satdılar.

* Meşələri qırdılar, çayları zəhərlədilər.

* Faydalı qazıntı yataqlarını xaricdən gələn şirkətlərlə birlikdə talayıb daşıdılar.

* Mədəniyyət və tarixi abidələri dağıtdılar, məscidlərdə donuz, mal-qara saxladılar.

30 il ərzində nə daş üstə daş qoydular, nə də daşın üstünə daş!

Üstəlik, torpağa o qədər mina basdırdılar ki, onların təmizlənməsinə və zərərsizləşdirilməsinə nə az, nə çox düz 30 il vaxt və 25 milyard dollar vəsait lazımdır!

Utanmadan da hər yerdə bəyan edirdilər ki, "Qarabağ Ermənistandır!"

Əgər Qarabağ həqiqətən sizinki idisə, onda niyə dağıdıb xaraba qoyurdunuz?

Adam özününkünü abad edər, bərbad yox!

İndi bizdən qisas almaq istəyirsən?

Yenidən torpaqları işğal etmək niyyətindəsən?

Hansı ordu ilə, 12 min fərarisi olan "məğlubedilməz" ordu ilə?

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 gündə möcüzə yaradan, sizi silah-sursatınızı atıb qaçmağa məcbur edən, hər üç cəbhədə - hərb, diplomatiya və informasiya müharibəsində qalib gələn ordusunun qarşısında duruş gətirə bilərsiniz?!

Hələ canınıza saldığımız qorxu hissləri sizləri tam tərk etməyib, özünüzə gəlin!

***

Təkcə Ermənistan, erməni toplumu deyil, Paşinyan da açıq-aşkar odla oynayır.

* Rusiyanın 102-ci hərbi bazası ərazisində olduğu, strateji obyektləri Rusiya tərəfindən alındığı və idarə edildiyi, bütövlükdə Rusiyanın iqtisadiyyatına çox ciddi və sərt təsir rıçaqları olduğu bir vaxtda Ermənistan üzünü Qərbə tərəf çevirərək qərbpərəst siyasət yürüdür.

* KTMT-nin üzvü ola-ola ölkəsinə ABŞ əsgərlərini dəvət edir, Fransa, Hindistan və Yunanıstandan silahlar alır, ABŞ və NATO ilə sistemli hərbi təlimlər keçir.

* Avrasiya İqtisadi İttifaqının üzvü olaraq bu qurumdan çox böyük məbləğdə, xüsusən Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi bir vaxtda yaranmış əlverişli məqamdan istifadə edərək milyardlarla dollar gəlir götürür.

Eyni zamanda Avropa İttifaqına üzv qəbul edilmək üçün parlamentdə zəruri prosedurları keçməklə "növbə"yə durur.

* İran və Rusiya ilə illərin "dost"luğuna və "qardaş"lığına baxmayaraq, indiki təlatümlü dövrdə ABŞ ilə strateji tərəfdaşlıq barədə xartiya imzalayır.

* KTMT üzvlüyündən rəsmi qaydada çıxmasa da, quruma üzvlük haqqı və maliyyə dəstəyi vermir, tədbirlərində iştirak etmir.

Narazılığını da açıq-aşkar şəkildə bildirir: KTMT 44 günlük müharibədə onunla bərabər Azərbaycana qarşı döyüşmədi, işğal etdiyi torpaqları əldə saxlamaqda  kömək göstərmədi.

Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışdığından hələ Paşinyanın "iki stulda oturmaq" siyasətini lazımınca qiymətləndirməyə vaxtı və imkanı yoxdur.

Yəqin ki, nə vaxtsa başı qovğalardan açılacaqdır.

Paşinyanın "hərədən bir az qoparma" oyunbazlığı özünü qane etsə də, köhnə və yeni tərəfdaşlarını hansı dərəcədə razı salacağı hələ bəlli deyil.

"Çoxağalıq və çoxstulluluq" Paşinyana əl versə də, sığınmaq istədiklərini və köhnə dostlarını belə addımların razı salıb-salmayacağı yeni və köhnə ağaları tərəfindən dəyərləndirilməyib.

*** 

Prezident seçkilərindən sonra çamadanı yığılı vəziyyətdə olan Bayden administrasiyasının Ermənistanla strateji tərəfdaşlıq barədə xartiya imzalamasının düşərli olub-olmadığı da dəqiqləşdirilməyib.

Bütün bu uğursuzluğunu başa düşən Paşinyan özünü ora-bura vuraraq dalbadal xarici səfərlərə getsə də, nəticə istədiyi  və həm də qələmə verdiyi kimi alınmır.

Budəfəki seçkilərdə ABŞ-dəki erməni diasporu öz səsini Baydenin davamçısına - Kamala Harrisə verdi.

Odur ki, Tramp erməni diasporuna "borclu" sayılmır.

Digər uğursuzluqlar da var:

* Ermənilərin ən böyük dayaqlarından biri sayılan Bob Menendes həbsxanaya atıldı.

* USAID-in rəhbəri və hayları maliyyələşdirənlərdən biri olan Samanta Pauerin də başı dərddədir, öz hayındadır.

* İrəvandakı "erməni soyqırımı" abidəsi önündə vaxtilə göz yaşları tökən Nensi Pelosinin də işi yaşdır.

ABŞ-nin yeni administrasiyasının ən görünən üzvlərindən biri sayılan İlon Maskın kinayə ilə ona verdiyi tikanlı "İldə 223 min dollar gəliri olan 220 milyon dollarlıq sərvəti necə yığa bilər" sualına çətin ki, qaneedici cavab verə bilsin.

* Makronun, Ursula fon der Lyayenin də keflərinə soğan doğranıb.

Trampın irəli sürdüyü yeni tələblərə necə əməl edəcəklərini özləri də düz-əməlli bilmirlər.

Paradoks deyilmi - Ər-Riyadda Avropanın ortasında gedən müharibənin dayandırılması ilə bağlı ABŞ-la Rusiya arasında danışıqlar gedir, Aİ-nin rəhbərlərindən isə heç biri oraya çağırılmayıb!

Üzdə Paşinyanın dostları, ağaları çox görünsə də, sabah onların da, elə Paşinyanın da halının necə olacağını bir Allah bilir.

Çox tərəfə baxan çaş qalır - dəfələrlə bu müdrik deyimin həqiqiliyinin şahidi olmuşuq.

***

Ermənilər özləri də etiraf edirlər ki, Azərbaycanın məhv etdiyi ordularının dirçəldilməsinə on illərlə vaxt gərəkdir!

44 günlük Zəfər müharibəsində Azərbaycan Ordusu eyforiyaya qapılaraq özünü "məğlubedilməz" hesab edən erməni ordusunu canlı qüvvə və silah-sursat sarıdan elə günə salıb ki, onun yenidən dirçəlməsi çox çətin işdir.

Ucuz ətin şorbası olmaz - onun-bunun verdiyi pulsuz və köhnə nəsil silahlarla hayların Azərbaycanın qarşısına çıxması növbəti ağılsızlıq olar.

Dünya reytinqinin nəticələri Ermənistan ordusunun Azərbaycandan müqayisəyəgəlməz dərəcədə geri qaldığını təsdiq edir.

İqtisadi imkanlar baxımından Ermənistanı özünü Azərbaycanla müqayisə etmək fikrinə düşməsi də gülüncdür.

İnsan resurslarında da vəziyyət eynidir: 10 milyondan çox əhalisi olan Azərbaycanla 3 milyonluq Ermənistanın yeni savaşının nəticəsi əvvəlcədən bəlli olan özünəqəsddir.

Hərbi kadr sarıdan da vəziyyət eynidir:

* Azərbaycanın yüksək təhsilli, daim təlimlərdən keçən, qalib müharibədə zəngin təcrübə toplamış, ən son sinif silahları işlətmək məharətinə malik əsgər və zabit heyəti, xüsusi təyinatlıları və komando hissələri vardır.

* Ermənistan ordusu isə hələ dinc dövrdə komplektləşdirmə problemi ilə üzbəüzdür, haxcıxları orduya cəlb etməklə vəziyyətdən çıxmağa çalışır, I Qarabağ müharibəsində terrorçu qruplarda olan qocaları yenidən orduya çağırırlar. 37 generalı qorxaqlığına və ordunu idarə edə bilmədiyinə görə hərbidən qovulub, 7 nəfəri isə həbsxanadadır.

Bütün bunlardan sonra hansı yeni müharibədən və revanşizmdən söhbət gedə bilər?

Hələ başlamazdan əvvəl yeni müharibənin daha faciəvi və acınacaqlı nəticəyə səbəb olacağı indidən gün kimi aydındır.

***

Azərbaycan işğalla, torpaq itkisi ilə heç zaman barışmadı:

* Bütün təsir və təzyiq cəhdlərinə baxmayaraq, ərazi güzəştinə səbəb olacaq heç bir sənədə imza atmadı!

* Sülh danışıqlarının məqsədli şəkildə uzadıldığını görsə də, səmərəsiz müzakirələri dayandırmadı, paralel şəkildə münaqişənin müharibə yolu ilə həllinə hazırlaşdı.

* Dövlətin iqtisadi cəhətdən gücünü və imkanlarını artırdı.

* Beynəlxalq aləmdə dayanmadan iş apardı, hücum diplomatiyasına keçid etdi.

* Yeni gənc nəsil yetişdirərək onların iştirakı ilə yeni ordu yaratdı.

* Hər il dövlət büdcəsindən orduya Ermənistanın bütövlükdə olan büdcəsindən də artıq vəsait ayırdı, öz ordusunu ən müasir və yeni texnologiyalara əsaslanan silah-sursatla təchiz etdi.

* Ölkə daxilində sarsılmaz milli birlik yaratdı, torpaqların işğaldan azad edilməsini milli ideyaya çevirdi.

Ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin yanvarında Horadiz əməliyyatı keçirilərək 22 yaşayış məntəqəsi düşməndən geri alındı!

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə son xəbərdarlığını edərək öz qüdrətini nümayiş etdirdi!

Düşmənin havadarlarına güvənərək torpaqlarımızı azad etməyəcəyini görən Prezident İlham Əliyev qəti qərarını qəbul etdi.

* 44 gün ərzində Ermənistan ordusunu məhv edərək qarşısında diz çökdürdü, ona kapitulyasiya aktını imzalatdırdı.

* 2023-cü il aprelin 23-də daha bir uğurlu əməliyyatla ölkənin ərazi bütövlüyünü bərpa etdi!

* 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saata başa çatan antiterror tədbirləri keçirərək Azərbaycanın Dövlət Suverenliyini və Konstitusiya əsaslarını təmin etdi!

* Daha sonra Rusiyanın sülhməramlı qüvvələri dinc şəkildə ölkə ərazisindən çıxarıldı! 

Bu gün Azərbaycan öz ərazisində bir nəfər belə separatçının və özgə qoşunlarının olmadığı ölkələrdəndir!

 Ermənistan yenə də kimlərəsə arxalanaraq kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərə sonadək əməl etmir.

Unudur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev dediklərinin hamısını edəndir!

Azərbaycan yenə öz ordusunu gücləndirməkdə davam edir, hər il büdcədən bu məqsədlə kifayət qədər vəsait ayırır.

Erməni tərəfinin bütün boşboğazlığına və oyunbazlığına baxmayaraq, sərhəddə delimitasiya və demarkasiya prosesləri davam edir.

Qazaxın işğalda olan 4 kəndi də bir güllə atılmadan geri alındı.

Daha 4 anklav yaşayış məntəqəsinin geri qaytarılmasına da çox qalmayıb.

Zəngəzur dəhlizi ilə bağlı Müzəffər Ali Baş Komandan İlham Əliyev öz sözünü deyib:

Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaqdır!

Ermənistan daim ona məğlubiyyət və itki gətirən "taktikasına" sadiqdir:

* Havadarlarına arxalanaraq silahlanır.

* Özlərinin hamıdan qədim, güclü və məğlubedilməz olduqları barədə rəvayətləri yorulmadan təkrarlayırlar.

* Daim yeni ağalar axtararaq forpost dövlət, maşa millət olduqlarını dönə-dönə təsdiqləyirlər.

Müharibə başlayanda isə silah-sursatlarını da atıb gəldikləri yerədək qaçır, sonra həmin ağalarını Azərbaycana minnətçi salırlar ki, hərbi əməliyyatları dayandıraq.

Azərbaycan isə tələsmədən istədiklərinə nail olur, torpaqları murdar ləpirlilərdən təmizləyir, heç bir təsir və təzyiq cəhdini vecinə almır, Böyük qayıdış proqramını uğurla reallaşdıraraq Qarabağı və Şərqi Zəngəzuru sürətlə tikib-qurur, keçmiş məcburi köçkünləri həsrətini çəkdikləri doğma torpaqlardakı "ağıllı" yaşayış məntəqələrinə qaytarır.

Odla oynayanları isə vaxtı çatanda odda yandırmağı məharətlə bacarır və edir!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!