02 May 2024 21:58
263
SİYASƏT
A- A+

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

 

Mən bilirəm ki, burada hələ də çoxlu sayda minalar var. Amma ümid edirəm ki, bura minalardan təmizlənmiş təhlükəsiz bir məkana çevriləcək və burada insanlar yaşayacaq, uşaqlar oynayacaqlar.

Bunu AZƏRTAC-a müsahibəsində Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”un üzvü David Andre Roeqler deyib.

O qeyd edib ki, tikililərin bu cür vəziyyətdə olması təəssüf doğurur. “Burada bir çox gözəl binaların dağıldığını görürəm. Düşünürəm ki, bu binaları bərpa edib memorial-abidə kimi qoruyub saxlaya biləcəksiniz. Ümid edirəm ki, bura yenidən gözəl bir şəhərə çevriləcək.

Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir. Mən sülh şəraitində olan bir ölkədən gəlirəm və heç vaxt belə müharibə yaşamamışam. Bunları görmək mənim üçün sarsıdıcıdır”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video