17 May 2024 11:59
207
İQTİSADİYYAT
A- A+

Bu il “Kapital Bank” manatla istiqraz buraxacaq  

 

Ötən il “Kapital Bank”ın xalis mənfəəti 284 milyon manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov bankın ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2023-cü ildə bankın ümumi aktivləri 11 faiz artaraq 8,8 milyard manat təşkil edir. Eyni zamanda, ötən ilin sonuna bankın normativləri 41 faiz artıb.

“Kapital Bank”ın bu il manatla istiqraz buraxmağı planlaşdırdığını deyən Fərid Hüseynov istiqrazın ilkin məbləğinin bazarın tələbinə görə tənzimlənəcəyini vurğulayıb.

“İlkin olaraq 100 milyon manatlıq istiqraz buraxılması hədəflənir və illik 10 faizlə olacaq. Bank bununla bağlı yaxın günlərdə ictimaiyyətə açıqlama verəcək”, - deyə F.Hüseynov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video