26 Oktyabr 2026 10:43
337
İQTİSADİYYAT
A- A+
Neftin qiymətinin artması prosesi davam edir  

Neftin qiymətinin artması prosesi davam edir  


Dünya bazarında neftin qiymətinin artması prosesi davam edir.

AZƏRTAC xəbər verir ki, London birjasında qiymətin birdən-birə 3 faiz artması neft idxalçılarını təşvişə salıb. “Brent” markalı neftin bir barelinin qiyməti dekabr fyuçers müqaviləsi üzrə 3,44 dollar (3,14 faiz) artaraq 116,72 dollara, “Light” markalı neftin bir barelinin qiyməti isə 3,80 dollar (3,82 faiz) artaraq 103,27 dollara çatıb.

Ötən bazar günü Səudiyyə Ərəbistanının “Şeyba” neft yatağına edilən dron hücumunun qarşısı alınsa da, hadisə müəyyən fəsadlara səbəb olub. Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri tərəfindən havada vurulan dronun qalıqları yatağın infrastrukturuna düşərək ona zərər vurub. Bu yatağın əhəmiyyəti ondan ibarətdir ki, burada hasil olunan xam neft birbaşa “Saudi Aramco”nun neft emalı zavoduna nəql edilir.

İnsident nəticəsində iki nəfər həlak olub, iki nəfər yaralanıb. Bu hadisə Yəmən husilərinin Səudiyyə Ərəbistanındakı Kral Fəhd adına beynəlxalq hava limanına hücumundan sonra baş verən daha təhlükəli insident kimi qiymətləndirilib. Hava limanına hücumdan sonra ABŞ Dövlət Departamentinin amerikalılara müraciət edərək Səudiyyə Ərəbistanına səfərdən çəkinməyə çağırması treyderləri təşvişə salmışdı. Hadisələrin gedişi bu narahatlığın əsassız olmadığını göstərdi.

Meksika körfəzində baş verən “İsaias” qasırğası neft hasilatının 72 faiz azalmasına səbəb olub. Bunun nəticəsində ABŞ Prezidenti Donald Tramp ölkənin strateji neft ehtiyatları fondundan 4 milyon barel neft ayırmağa məcbur olub. Sonradan məlum olub ki, Konqresə seçkilər ərəfəsində ictimai ajiotaj yaranmaması üçün 4 milyon bareldən daha çox neft ayrılaraq satışa çıxarılıb.

ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatına əsasən, ölkədə kommersiya xarakterli neft ehtiyatları 3,06 milyon barel, strateji neft ehtiyatlarının həcmi 300 min barel, benzin ehtiyatları 2,95 milyon barel, digər ehtiyatlar isə 1,67 milyon barel azalıb. Bununla yanaşı, ABŞ-nin neft ixracı 1,12 milyon barel, hasilatı isə 410 min barel azalıb. Bütün bunlar bazara təsirini göstərib və dünya bazarında neftin qiyməti artmaqda davam edib.

Meksika körfəzindəki yataqlarda hasilatı bərpa etsə də, hələlik daxili bazarda qiymətlərin, cüzi də olsa, aşağı düşməsi müşahidə olunmur.

Qeyd edək ki, oktyabrın 23-də ABŞ və Rusiya prezidentlərinin razılaşmasına əsasən, 40 min ton dizel yanacağı daşıyan tanker ABŞ-yə yola düşüb. Analitiklər bu həcmin böyük olmadığını və ABŞ-ın daxili bazarındakı qiymətlərə ciddi təsir göstərməyəcəyini bildirirlər. Rusiya dizel yanacağının çatdırıldığı ştatda yanacağın qiyməti cüzi azala bilər.

Ötən həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri baş tutub. Mətbuata sızan məlumata əsasən, Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşün nəticəsində noyabrın 18–19-da Çinin Jençjen şəhərində Çin, ABŞ və Rusiya liderlərinin görüşü nəzərdə tutulub. Görüşdə digər məsələlərlə yanaşı, Yaxın Şərq və enerji təhlükəsizliyi məsələləri də müzakirə olunacaq.

Bu görüşün nəticələri dünya neft bazarına təsir göstərə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib  

13:06
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub  

13:02
26 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq

12:34
26 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib VİDEO  

12:09
26 Oktyabr

FİFA U-15 yeniyetmələrin inkişafına və futbolun gələcəyinə mühüm töhfələr verir  

11:42
26 Oktyabr

Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi  

11:26
26 Oktyabr

Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə  

11:19
26 Oktyabr

Həftəsonu 54 cinayətin açılması təmin olunub

11:00
26 Oktyabr

Azərbaycan Hindistan üçün əhəmiyyətli tranzit ölkədir  

10:59
26 Oktyabr

Media: Türkiyə Prezidentinin Liviyaya səfəri dekabrın əvvəlinə planlaşdırılır  

10:55
26 Oktyabr

Neftin qiymətinin artması prosesi davam edir  

10:43
26 Oktyabr

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb  

10:39
26 Oktyabr

Azərbaycan boksçusu Avropa çempionu olub

10:37
26 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:29
26 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:28
26 Oktyabr

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib 

09:38
26 Oktyabr

Netanyahu: İran seçkilərdən əvvəl İsrailə hücum edə bilər  

09:11
26 Oktyabr

Nigeriyada kəndə silahlı hücum nəticəsində 40 nəfər həlak olub  

09:01
26 Oktyabr

Zelenski danışıqlarda Ukraynanın “qırmızı xətlər”ini açıqlayıb

08:56
26 Oktyabr

Zelenski: Ukrayna və Rusiya enerji atəşkəsinə dair razılığa gələ bilər

23:23
25 Oktyabr

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib

21:51
25 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!