05 İyun 2026 21:29
787
İDMAN
A- A+
 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  


Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası (U-20) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçiriləcək FİFA U-20 Dünya çempionatında  həm də ev sahibi kimi iştirak edəcək. Portuqaliyanın U-21 yığmasında uzun müddət uğurlu nəticələr qazanmış Rui Jorje Azərbaycanın U-20 komandasını Dünya çempionatına hazırlayır. 

Hazırda U-20 millisinin heyətinə yeni oyunçuların cəlb edilməsi prosesi davam edir. Komanda 2027-ci il Dünya çempionatına ev sahibi kimi hazırlaşdığı üçün baş məşqçi Rui Jorje davamlı olaraq yeni adları sınayır və rotasiyalar edir. Hazırkı heyətdə İspaniyanın "Barselona" (İbrahim Babayev) və "Marset" (Səttar Tahirzadə), eləcə də Türkiyənin "Keçiören Spor" (Həsən Nəzərli) klublarının üzvləri yer alır.

Azərbaycan çempionu, “Sabah” klubunun yetirməsi İslam Həsənov U-20 millisinə cəlb edilməsi ən çox gözlənilən və izlənilən əsas potensial legionerlərdən biridir. 2008-ci il təvəllüdlü hücumameyilli yarımmüdafiəçi hazırda Serbiyanın nəhəng klubu "Srvena Zvezda"nın U-18/U-19 akademiyasında çıxış edir və Azərbaycanın gənc istedadları arasında xüsusi seçilir. İslam ölkəmizin U-19 millisinin aparıcı üzvüdür. Yaşı hələ 18 olduğu üçün o, Rui Jorjenin 2027 Dünya çempionatı üçün quracağı U-20 yığmasının əsas namizədlərindən biri hesab olunur.

Futbolçu karyerasına "Sabah" klubunda başlayan İslam Həsənov 2023-cü ildə 76 qol vuraraq AFFA U-15 Liqasının bombardiri olub. Daha sonra Serbiyanın "Srvena Zvezda" klubuna transfer edilib. Bir müddət "Srvena Zvezda"nın əvəzedici komandası sayılan "Qrafiçar"da forma geyinib, U-19 Liqasında "Partizan" kimi rəqibin qapısına qələbə qolu vurub. İcarə müddəti bitdikdən sonra "Srvena Zvezda"ya   qayıdıb. Klubun rəhbərliyi İslamı əsas komandaya keçid üçün potensial namizəd kimi görür. Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına, o cümlədən U-17 və U-19 yığmalarına mütəmadi olaraq dəvət alır.

Atası futbol məşqçisi olduğuna görə  uşaqlıqdan tez-tez stadionda olub və futbola həvəsi də məhz buradan başlayıb. Futbolda ilk addımlarını  “Qarabağ” idman klubunda atıb  və ilk məşqçisi elə atası Elvin Həsənov olub.

Elvin Həsənov Zəngilan rayonunda doğulub, məlum səbəblərdən valideynləri ilə Bakıya köçüblər.  10 yaşından Hövsanda məşqlərə başlayıb, “Şəfa”da, “Xəzər Lənkəran”ın əvəzedicilərində və “Şərurspor”da forma geyinib. Zədə səbəbindən erkən yaşda peşəkar oyunçu karyerasını bitirib, İdman Akademiyasının futbol fakültəsində təhsil alıb və məşqçilik karyerasına başlayıb.  “Qarabağ”,  “Vətən” və “Sabah” komandalarında uşaq  məşqçisi kimi çalışıb.

"Sabah"ın U-16 komandası ilə Azərbaycan çempionatlarında 3 dəfə qızıl, 2 dəfə gümüş və 1 dəfə bürünc medal qazanıb. 

Son illərdə Azərbaycanın İkinci Liqasında baş məşqçi kimi "Quba" və "Şəki Siti" komandalarında çalışıb. 

Mütəxəssislərin fikrincə, İslam Həsənov yüksək texniki hazırlığı və hücum potensialı ilə Azərbaycan futbolunun ən parlaq perspektiv vəd edən gənclərindən biridir. O, Avropa futbolunun tələblərinə uyğun keyfiyyətləri ilə diqqət çəkir. Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayır.  Topla gözəl rəftar edir və kreativliyi ilə seçilir, intuitiv oyun tərzi, meydançanı görmə qabiliyyəti və qəfil ötürmələri ilə hücum xəttində yaradıcı funksiyası diqqət çəkir.

Futbolçunun əsas hədəfi Serbiya klubu ilə Avropa arenalarında debüt etmək və gələcəkdə Top-5 ölkələrinin ən güclü klublarında forma geyinməkdir.

 2027-ci ildə ölkəmizdə keçiriləcək Dünya çempionatında onun Rui Jorjenin rəhbərlik etdiyi U-20 millimizin əsas hücum silahlarından biri olacağı gözlənilir. Avropadakı fiziki və taktiki hazırlıq metodları onun həmyaşıdlarından daha üstün formalaşmasına kömək edir. İslam fiziki inkişaf faktorundan danışarkən  Avropa futbolunda atletik gücün və trenajor hazırlığının rolunu xüsusi vurğulayır. 

Serbiyadakı intensiv dərslər, təlim-məşq toplanışları onun gələcəkdə böyük futbola və milli komandaya tam hazır vəziyyətdə keçidini təmin edəcək.

Hazırda Beynəlxalq Avropa Universitetinin  1-ci kursunda təhsil alan İslamın uşaqlıqdan sevdiyi klub “Real Madrid”dir, kumiri isə Kriştiano Ronaldodur.  

Qəzetimizə müsahibəsində gənc futbolçu deyir: “İdmanda və təhsilimdə bugünədək qazandığım uğurlara və daimi dəstəyə görə valideynlərimə minnətdaram. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan futbolunda çox tanınmış və tarix yazmış oyunçular olub. 2004-cü ildə UEFA-nın versiyasına görə, Anatoli Banişevski ölkəmizdə son 50 ilin ən güclü futbolçusu seçilib. Ələkbər Məmmədov isə 1955-ci ildə Moskva “Dinamo”sunun heyətində  “San-Siro” stadionunda 100 min italyan azarkeşinin tamaşa etdiyi oyunda “Milan”a 4 qol vuraraq böyük rekorda imza atıb. Bu cür əfsanəvi oyunçular mənim üçün böyük motivasiyadır”.  

Dünən Belqraddan aldığımız xəbərə görə, İslam Həsənov çempionatın növbəti görüşündə FC 011 komandasına qol vurmaqla bir daha fərqlənib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldirlər 

17:47
28 İyul

Türk ekspert: Orta Dəhliz və Zəngəzur dəhlizi Asiya-Sakit okean ölkələri üçün Hörmüz boğazına alternativ ola bilər

17:40
28 İyul

KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır

17:33
28 İyul

Qaradağ rayonunda ağsaqqallarla görüş keçirilib

17:31
28 İyul

Magistratura üzrə respublika birincisi AzTU-nu seçib

17:26
28 İyul

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq

17:21
28 İyul

Orta Dəhlizlə Britaniyaya ilk dəfə yük göndərilib

17:19
28 İyul

Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni geoiqtisadi məkanın strateji qovşağına çevrilir

17:12
28 İyul

Azərbaycanın xalq təbabəti və etnobotaniki irsi: aterosklerozun müalicəsində istifadə olunan dərman bitkiləri

15:58
28 İyul

Media: Oman Hörmüz boğazının Malakka boğazı kimi idarə olunması mexanizmini təklif edib

15:51
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:44
28 İyul

Qvadelupadan Parisə sərt cavab: Dekolonizasiya Fransanın daxili işi deyil

15:37
28 İyul

İsmail Ermağan: Orta Dəhlizin əhəmiyyəti Azərbaycanın liderliyi ilə daha da artır  

15:30
28 İyul

“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında

15:23
28 İyul

“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” 

15:16
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:11
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 467-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

15:09
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 471-VIIQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında  

15:05
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:04
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:02
28 İyul

Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi Koreya Fiskal İnformasiya Xidməti ilə Anlaşma Memorandumu imzalayıb

14:52
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!